Cəlaləddin Təbrizi Haqqinda Melumat - Vikipedia

Cəlaləddin Təbrizi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəlaləddin Təbrizi

Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri.

Cəlaləddin Məhəmməd Təbrizi
fars. جلال الدین محمد تبریزی‎‎
1523 – 1524
MonarxŞah İsmayıl Xətai
ƏvvəlkiMirzə Şah Hüseyn
SonrakıCəfər Savcı
Şəxsi məlumatlar
Doğum yeri Təbriz
Vəfat tarixi 1524
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur.[1] Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir[2]:

Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi. Xacəni kətana büküb yandırdıqları vaxt öz halına münasib bu beyti dedi:

Bəla küncündə əyləşdim və əndamım alovlandı,
Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə

İstinadlar redaktə

  1. Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire - I.B.Tauris. səh 16. ISBN 9780857716613.
  2. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh 295

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024