Cəlilkənd buzxanası Haqqinda Melumat - Vikipedia

Cəlilkənd buzxanası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəlilkənd buzxanası

Cəlilkənd buzxanasıNaxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində yerləşən buzxana.

Tarixi redaktə

Cəlilkənd buzxanası XIX əsrə aid tikilidir. Bu buzxanadan uzun zaman istifadə olunub. Kəndin girəcəyindədir, onun girişi cənubdandır. Dördkünc şəkildə inşa olunan tikili tağabənzər formada tamamlanıb. Ölkə əhəmiyyətli memarlıq abidələri sırasındadır. Əhali uzun zaman Cəlilkənd buzxanasından istifadə edib. Buzxana sonralar sıradan çıxsa da, kənddə aparılan kompleks quruculuq tədbirləri nəticəsində yenidən qurulub. Yenidənqurmadan sonra Cəlilkənd buzxanasında milli yeməklər hazırlanaraq təqdim olunacaqdır.

2015-ci ildə Cəlilkənd buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.[1]

İstinadlar redaktə


Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024