Cəmilə (şəhər) Haqqinda Melumat - Vikipedia

Cəmilə (şəhər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəmilə (şəhər)

Cəmilə[1] (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir.

Cəmilə
ərəb. جميلة‎‎
Cəmilədə yerləşən antik teatr.
Cəmilədə yerləşən antik teatr.
Xəritə
36°19′14″ şm. e. 5°44′12″ ş. u.
Ölkə Əlcəzair Əlcəzair
Yerləşir Setif bölgəsi
Aidiyyatı Roma İmperiyası
Tikilmə tarixi I əsr
Sahəsi
  • 30,6 ha
Rəsmi adı: Cuicul-Djémila
Kriteriyaiii, iv
Təyin edilib1982
İstinad nöm.191
DövlətƏlcəzair
RegionƏrəb ölkələri
Cəmilə (Əlcəzair)
Cəmilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır.

VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur.

Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi. Qədim şəhərin xarabalıqları Ümumdünya irsi siyahısına daxil edilmişdir. Antik kənd yaxılığında arxeologiya muzeyi fəaliyyət göstərir. Burada Cəmilədən tapılmış antik mozaikalar, heykəllər, keramika və tunc əşyalar sərgilənir.

Qalereya redaktə

İstinadlar redaktə

  1. Cəmilə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 273. ISBN 978-9952-441-10-9.

Mənbə redaktə


Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024