Cəmil Əhmədov Haqqinda Melumat - Vikipedia

Cəmil Əhmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əhmədov Cəmil Məhəmməd oğlu (1924, Cəbrayıl, Qaryagin qəzası2 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı.

Cəmil Əhmədov
Cəmil Məhəmməd oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Cəbrayıl, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Polşa
Dəfn yeri Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıq
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Məhəmməd Əhmədov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Xidmət illəri 1941-1944
Rütbəsi Leytenant
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni Aleksandr Nevski ordeni "Qırmızı ulduz" ordeni

Həyatı redaktə

Cəbrayılın mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.

Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.

Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıq da dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir[1].

 
Hərbi qulluqçuların Sovet İttifaqı Qəhrəmanı adı alması, "Lenin" ordeni və "Qızıl Ulduz" medalına layiq görülməsi ilə bağlı sənəddən (Cəmil Əhmədov siyahıda 12-cidir).

Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

  • 9may.az Arxivləşdirilib 2010-05-01 at the Wayback Machine
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Cəmil Əhmədov". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  • Победа у нас в крови. Джамиль Ахмедов

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Ахмедов Джамил Мамед оглы". 2012-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024