Cənubi Koreyada rəsmi istirahət günləri Haqqinda Melumat - Vikipedia

Cənubi Koreyada rəsmi istirahət günləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cənubi Koreyada rəsmi istirahət günləri

Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" [1]də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər.

İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. [2]

Tarix redaktə

Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər. Sollalda yeddi gün, Deborum, yəni bədrlənmiş ay günündə üç gün, Dano, yəni ay təqviminə görə ilin beşinci ayının beşinci günü üç gün, çıraq festivalında üç gün, Çusokda isə bir gün istirahət edirdilər.[3]

Həftədə 7 günlük sistem Qərbdən gəlmiş və 1895-ci ildən Qabo İslahatı dövründən etibarən qüvvəyə minmişdi.[4] Gojongun hakimiyyəti dövrü olan 1895-ci ildən Ölkənin əsasının qoyulması (Cosonun əsasının qoyulduğu gün - 16 iyul), Kralın doğum günü (Gojongun doğum günü, 25 İyul), Soqoil (Kral Gojongun Jongmyoda taxta əyləşdiyi gün, ay təqvimi ilə 2 dekabr) rəsmi istirahət günü idi. Sunjongun hakimiyyət dövrü olan 1908-ci ildən Qonvoncol (Sunjongun doğum günü, günəş təqvimi ilə 25 mart, ay təqvimi ilə 8 fevral), Ölkənin əsasının qoyulması (günəş təqvimi ilə 14 avqust), Taxta çıxma mərasimi (Sunjongun taxta çıxdığı gün, günəş təqvimi ilə 27 avqust), [5]

Dövlət idarələrində rəsmi istirahət günləri redaktə

"Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"nin 2-ci maddəsində dövlət idarələrinin rəsmi istirahət günləri aşağıdakı kimi göstərilir. [1]

1.     Bazar günü

2.     Milli bayramlardan 1 Mart Hərəkatı, Koreya Milli Azadlıq günü, Milli Quruluş günü və Koreya Əlifbası günü

3.     1 Yanvar (Günəş təqvimi ilə yeni il)

4.     Yeni ildən bir gün əvvəl, Yeni il, Yeni ilin növbəti günü (Ay təqvimi ilə 12-ci ayın sonuncu günü, 1-ci ayın 1-ci günü, 1-ci ayın 2-ci günü)

5.     Buddanın ad günü (Ay təqvimi ilə 4-cü ayın 8-i)

6.     5 May (Uşaqlar günü)

7.     6 İyun (Xatirə günü)

8.     Çusoqdan bir gün əvvəl, Çusoq, Çusoqun növbəti günü (Ay təqvimi ilə 8-ci ayın 14, 15, 16-cı günü)

9.     25 Dekabr (Milad bayramı)

10.  「Koreya Respublikasının Seçki Qanunu」nun 34-cü maddəsinə əsasən vəzifəyə xitamla əlaqədar seçki günü

11.  Hökumət tərəfindən müəyyən edilən digər günlər

Cari istirahət günləri redaktə

Adı Tarixi Qüvvəyə mindiyi il Qeyd Alternativ istirahət günləri
Yeni il (Günəş təqvimi ilə) 1 yanvar 1949-cu il Günəş təqvimi ilə Yeni il rəsmi istirahət günü kimi müəyyn edildiyi zaman yanvarın 3-nə qədər tətil idi, lakin müvafiq olaraq 1990-cı il1999-cu illərdə rəsmi istirahət günlərindən 1 gün azaldıldı və hal-hazırda yalnız 1 yanvar rəsmi istirahət günüdür. ×
Koreya Yeni ili (Seollal) Ay təqvimi ilə 12-ci ayın sonuncu günü

1-ci ayın 1-ci günü 1-ci ayın 2-ci günü

1989-cu il
1985-ci il
1989-cu il
1989-cu ildə rəsmi olaraq Seollal adı verildi və 3 günlük müəyən olundu. 1985-ci ildən 1988 -ci ilə qədər müvəqqəti olaraq Xalq günü adlandırılmışdır və yalnız həmin gün rəsmi istirahət günü idi. Yapon müstəmləkə hakimiyyəti dövründə, Li Sın ManPak Çon Hi hakimiyyəti illərində həm ay təqvimi, həm də günəş təqvimi ilə, ümumilikdə iki dəfə qeyd olunduğundan təzyiq göstərilmişdir.
1 Mart Hərəkatı 1 mart 1949-cu il Milli Gün. 1919-cu 1 Mart Hərəkatının ildönümü. ×
Buddanın ad günü Ay təqvimi ilə 4-cü ayın 8-ci günü 1975-ci il Buddizmin ənənəvi bayramı. ×
Uşaqlar günü 5 may 1975-ci il Uşaqların sağlamlığını və şəxsiyyətini önəmli sayıb onların xoşbəxtliyi naminə 1919-cu il 1 mart hərəkatı zəminində Bang Jeong-Hvan və Saek-dong Birliyi təşəbbüs göstərmişdir.
Anım Günü 6 iyun 1956-cı il Vətən uğrunda şəhid olanların və müharibədə həlak olan əsgərlərin sədaqətinin yad olunduğu gün. Bayraq yarıya qədər endirilir. ×
Koreya Milli Azadlıq günü 15 avqust 1949-cu il Şimali və Cənubi Koreyanın ortaq olaraq qeyd etdiyi yeganə milli bayramdır. 1945-ci il 15 Avqust Azadlıq gününün yad edildiyi gün. ×
Çusoq Ay təqvimi ilə 8-ci ayın 14-cü günü

Ay təqvimi ilə 8-ci ayın 15-ci günü Ay təqvimi ilə 8-ci ayın 16-cı günü

1989-cu il



1949-cu il



1986-cı il
Bu Koreya xalqının ən böyük bayramıdır. 1986-cı ildən 1988-ci ilə qədər iki günlük istirahət günü( Çusok günü və ertəsi gün) idi, 1989-cu ildən bu gün ( ay təqvimi ilə avqust ayının 14-ü) daxil olmaqla üç günlük tətil oldu.
Milli Quruluş günü 3 oktyabr 1949-cu il Milli dövlət günüdür. Koreya tarixində ilk ölkə olan Dangun Cosonun əsasının qoyulduğu gündür. ×
Koreya Əlifbası (Hanqıl) günü 9 oktyabr 1949-cu il Milli dövlət günüdür ( 2005 - ci ilin dekabrında milli dövlət günü olaraq təyin edilmişdir [6] ). 1991-ci ildən rəsmi istirahət günləri siyahısından çıxarıldı və 28 dekabr 2012-ci ildə yenidən rəsmi dövlət günü olaraq təyin edildi. ×
Milad bayramı 25 dekabr 1949-cu il Xristianlıqda ənənəvi bayramdır nümayəndəsi tətili. El arasında 'Sonqtancol' və ya 'Milad' adlanır. ×
Seçki günü Prezident seçkiləri Parlament seçkiləri Bələdiyyə seçkiləri 2006-cı il ×

Alternativ tətillər redaktə

Seollal və Çusok tətilləri bazar günü də daxil olmaqla digər istirahət günləri ilə üst-üstə düşdükdə, Uşaqlar Günü istirahət günləri və ya şənbə ilə üst-üstə düşdükdə qarşıdan gələn ilk iş günü alternativ tətil hesab olunur. (Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamənin 3-cü maddəsi. [1] 5 noyabr 2013-cü ildə təsis edilmişdir)

Koreyada 27 mart 1959-cu ildən 30 dekabr 1960-cı ilədək Alternativ Tətil Sistemi (bazar günlərindən başqa rəsmi dövlət günləri bazar günləri ilə üst-üstə düşdükdə ertəsi gün də istirahət günü hesab olunur) tətbiq olunmuşdur. 2009-cu ildən başlayaraq rəsmi istirahət günləri ilə bağlı qanunvericilik layihələri davamlı olaraq Milli Məclisin müzakirəsinə təqdim olunur və Alternativ Tətil Sisteminin bu qanunla tənzimlənməsi üçün müzakirələr aparılır. Buna dair səlahiyyətli orqan olan Təhlükəsizlik və Dövlət İdarəçilik Nazirliyi və maliyyə dünyası şirkətlərin tətil günlərində işləyənlərin sayının artması və istehsalda gecikmə, müvəqqəti və günəmuzd gəlirin azalması və s.in özəl iqtisadiyyata olan təsiri səbəbi ilə qarşı çıxdılar.[7] 5 Noyabr 2013 tarixindən yalnız Seollal, Çusok tətilləri və Uşaqlar Günü üçün məhdud şəkildə Alternativ Tətil Sistemi tətbiq edildi. Lakin özəl müəssisələrin bu qanuna əməl etmələri zəruri olmadığı üçün bu məsələ mübahisələrə səbəb olmaqdadır.

Ləğv edilən rəsmi istirahət günləri redaktə

Adı Tarixi Qüvvəyə mindiyi il Ləğv olunduğu il Qeyd
Günəş təqvimi ilə Yeni il tətili 2 yanvar
3 yanvar
1949-cu il 1999-cu il

1990-cı il

Günəş təqvimi ilə Yeni ildə yanvarın 3- dək tətil olurdu, ancaq 1990-cı il yanvarın 3-ü, 9 il sonra 1999-cu ildə isə yanvarın 2-si rəsmi istirahət günü olaraq ləğv edildi.
Sabanq günü 15 mart 1960-cı il 1961-ci il 1960-cı ildə "Sabanq Günü" ( 15 Mart )nü Ağac əkilməsi gününün əvəzinə rəsmi istirahət günü olaraq müəyyən etdilər. 1960-cı ildə Sabanq gününü 15 Mart əvəzinə 21 Mart olaraq təyin edib qeyd etdilər. Növbəti ilin əvvəllərində Sabanq gününü ləğv edib Ağac əkilməsi gününü rəsmi istirahət günü olaraq bərpa etdilər.
Ağac əkilməsi günü 5 aprel 1949-cu il 2006-cı il 1960-cı ildə Sabanq günü (15 Mart) olaraq dəyişildi və növbəti ilin əvvəllərində bərpa edildi. Dövlət müəəssisələrində 5 iş günü sisteminin tətbiqi ilə birlikdə rəsmi istirahət günü siyahısından çıxarıldı [8]
Konstitusiya Günü 17 iyul 1949-cu il 2008-ci il Milli dövlət bayramlarından biridir. Dövlət müəəssisələrində 5 iş günü sisteminin tətbiqi ilə birlikdə rəsmi istirahət günü siyahısından çıxarıldı [8]
Silahlı Qüvvələr Günü 1 oktyabr 1976-cı il 1991-ci il Bayram tətillərinin artması səbəbindən rəsmi istirahət günü siyahısından çıxarıldı. [9]
Birləşmiş Millətlər Günü 24 oktyabr 1950-ci il 1976-cı il Silahlı Qüvvələr Gününü rəsmi istirahət günü olaraq təyin etdikdən sonra rəsmi istirahət günü siyahısından çıxarıldı.
  • 4 iyun 1949-cu il: Rəsmi istirahət günlərinin ilk dəfə
  • 18 sentyabr 1950-ci il: Birləşmiş Millətlər Təşkilatı günü (24 oktyabr) rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 19 aprel 1956-cı il: Anım Günü rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 27 mart 1959-cu il: Alternativ Tətil Sisteminin tətbiqi (Bazar günündən başqa digər rəsmi istirahət günlərinin bazar günü ilə üst-üstə düşdüyü təqdirdə ertəsi günün də rəsmi istirahət günü hesab olunması).
  • 30 dekabr 1960-cı il: Alternativ Tətil Sisteminin ləğvi.
  • 27 yanvar 1975-ci il: Uşaqlar Günü və Buddanın Ad gününün rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 3 sentyabr 1976-cı il: Birləşmiş Millətlər Günü rəsmi istirahət günü olaraq ləğv edib Silahlı Qüvvələr Günü ( 1 Oktyabr)nün rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 21 yanvar 1985-ci il: Seollal (o vaxtkı adı ilə "Xalq günü")ın rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 11 sentyabr 1986-cı il: Çusokun ertəsi gün (Ay təqvimi ilə 16 avqust) rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 1 fevral 1989-cu il: Xalq Günü adınının Seollal olaraq dəyişdirib Çusok və Seollalın üç günlük tətil olaraq təyin edilməsi. Günəş təqvimi ilə Yeni il tətilindən 3 yanvarın rəsmi istirahət günü olaraq ləğv edilməsi.
  • 5 Noyabr 1990-cı il: Silahlı Qüvvələr Günü və Koreya Əlifbası (Hanqıl) Gününün rəsmi istirahət günü olaraq ləğv edilməsi.
  • 18 dekabr 1998-ci il: 2 yanvarın rəsmi istirahət günü olaraq ləğv edilməsi.
  • 30 iyun 2005-ci il: Dövlət müəssisələrində beşgünlük iş sistemi ilə birlikdə Əğac əkilməsi günü və Konstitusiya Gününün rəsmi istirahət günü olaraq ləğv edilməsi (Əlavə müddəalarda keçid müddəası qoyub Konstitusiya Gününün 2008-ci ildən etibarən ləğv edilməsi).
  • 6 sentyabr 2006-cı il: Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən seçki gününün rəsmi istirahət günü olaraq təyin edilməsi.
  • 28 dekabr 2012-ci il: Koreya Əlifbası (Hanqıl) Gününün rəsmi istirahət günü olaraq yenidən təyin edilməsi.
  • 5 Noyabr 2013-cü il: Seollal-Çusok tətili və Uşaqlar Günü ilə əlaqədar olaraq Alternativ Tətil Sisteminin tətbiqi.
  • 10 oktyabr 2017-ci il: Buddanın Ad Günü adında Koreya dilində dəyişiklik.

İstinad redaktə

  1. 1 2 3 "관공서의 공휴일에 관한 규정". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  2. 최정훈,오주환,부모와 함께하는 조선시대 역사문화 여행, 북허브, 2013년
  3. 최정훈,오주환,부모와 함께하는 조선시대 역사문화 여행, 북허브, 2013년
  4. 강돈구, 근대 한국 종교문화의 재구성, 한국학중앙연구원, 2006년
  5. 김규원, 조선시대 공무원들 ‘하루 6~7시간’ 일했다 Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine, 한겨레신문
  6. 국경일에 관한 법률 (법률 제7771호, 2005.12.29 일부개정)
  7. 대체휴일 할까, 말까? Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine 한국경제, 2010.4.5
  8. 1 2 휴일은 점점 없어지기 시작 되었으며 국가 공휴일은 말 그대로 국가에서 대통령령으로 국경일을 수록한것이다.
  9. 다만, 추석연휴겹쳐 버리면, 이 날은 공휴일이 되나, 나머지 해는 해당되지 않는다.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023