CS Dinamo Buxarest QVK Haqqinda Melumat - Vikipedia

CS Dinamo Buxarest QVK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

CS Dinamo Buxarest QVK


"Dinamo Buxarest" (rum. Dinamo București) — Rumıniyada fəaliyyət göstərən idman klubudur. Bu ölkənin ən nüfuzlu və böyük şəhəri,həmçinin paytaxtı olan Buxarest şəhərini təmsil edir. İdman klubu ən böyük xərci Dinamo Buxarest Futbol Klubuna edir. CS Dinamo Buxarest QVK isə bu klubun qadın voleybol şöbəsidir. Adının əvvəlindəki "CS" da Clubul Sportiv yəni,idman klubu mənasına gələn söz birləşməsinin qısaldılışıdır.

Rumıniya Dinamo Buxarest
Loqonun şəkli
Ölkə
Şəhər Buxarest
Ləqəb(lər) Dinamo Romprest Bucureşti
Rəng(lər) qırmızı-
        
Yaranma tarixi 1948
Meydança Lucian Grigorescu Sports Hall Bucharest[1]
Prezidenti Rumıniya Eduard Chermes
Baş məşqçisi Rumıniya Marian Constantin
Liqa Divizia A1
2012-13 2
Ev
Səfər
Rəsmi saytı

Tarixi redaktə

1948-ci ildə qurulan Dinamo Buxarest Qadın Voleybol Komandasının Rumıniya çempionatındakı ilk nailliyyəti 1957-ci ildə qazandığı çempionluq olur. Daha sonra ölkə çempionatında Rapid Buxarest hakimiyyəti başlayır. Bu hegomonluq 1968-ci ilə qədər davam edir.1974-cü ildə isə ölkə çempionatında Dinamo qasırğası baş verir. Ardıcıl 10 dəfə ölkə çempionluğunu CS Dinamo Buxarest QVK qazanır. Yalnız 1985-ci ildən sonra ölkə çempionatının kuboku buxarestlilərin muzeyini tərk edir.[2] Komandanın son ölkə çempionluğu isə 1989-cu ilə təsadüf edir, bundan sonra komandanın nə Avropada, nə də ölkə daxilində elə bir uğuru olmur. Yalnız iki dəfə təzə-təzə təşkil edilən ölkə kubokunu qazanılır. Bir də komanda ara-sıra qazandığı wildcard bileti ilə qitənin ən nüfuzlu yarışı CEV Qadınlar Çempionlar Liqasında iştirak edir. Ancaq hələ ki, komanda bu turnirdə qrup mərhələsini adlaya bilmir.

Uğurları redaktə

  • Rumıniya Rumıniya çempionatında yaşadığı çempionluqlar
1956-57, 1857-58, 1959-60, 1960-61, 1961-62, 1962-63, 1965-66, 1966-67, 1968-69,
1974-75, 1975-76, 1976-77, 1977-78, 1978-79, 1979-80, 1980-81, 1981-82, 1982-83,
1983-84, 1984-85, 1988-89
  •   Rumıniya kubokunda yaşadığı çempionluqlar
2009-10, 2011-12

Heyəti redaktə

2013-14 mövsümü üçün[3]

Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Çəkisi(kq) Doğum tarixi Blok yüksəkliyi (sm)
1 Bolqarıstan  Nenova Diana Toppaylayıcı 1.80 65 1985 290
2 Rumıniya  İrina Andreika Toppaylayıcı 1.80 58 1994 280
3 Rumıniya  Stefan Ana-Mariya Hücumçu 1.80 71 1981 300
4 Rumıniya  Lupesku Nikoleta Hücumçu 1.77 62 1999 290
5 Rumıniya  Karmen Markoviki Blokçu 1.90 78 1973 300
6 Bolqarıstan  Tsvetelina Zarkova Blokçu 1.88 76 1986 300
7 Rumıniya  Liyana Smarandaçe Blokçu 1.87 70 1989 295
8 Rumıniya  Loredana Filipaş Blokçu 1.97 79 1997 300
9 ABŞ  Nikola Davis Diaqonal 1.62 66 1982 290
10 Rumıniya  İoana Bakiyu Diaqonal 1.84 70 1990 300
11 Rumıniya  Diana Karbuneanu Hücumçu 1.82 67 1995 295
13 Bolqarıstan  Mariya Karakaşeva Hücumçu 1.82 68 1988 290
14 Rumıniya  Daniyela Minka Toppaylayıcı 1.77 62 1971 280
15 Rumıniya  Mirela Coryeutanu Hücumçu 1.92 79 1977 300
15 Rumıniya  Mihaela Pamfil Hücumçu 1.65 57 1996 250

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 210 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024