C vitamini Haqqinda Melumat - Vikipedia

C vitamini Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

C vitamini

C vitamini - Wikipedia


C vitamini və ya Askorbin turşusu — əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70–100 mq-dır. Ağbaş kələmdə 25–60, kartofda – 5–50, pomidorda – 20–40, limonda – 55, itburnu meyvəsində – 450 mq C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.[1]Bundan başqa portağal, bibər, laym(yaşıl limon) da C vitamini qaynağıdır.

Askorbin turşusu
Ümumi xassələri
Molekulyar düsturu C6H8O6
SMİLES OC[CH](O)[CH]1OC(=O)C(=C1O)O
Fiziki xüsusiyyətləri
Molyar kütləsi 176,12 q/mol
Termiki xüsusiyyətləri
Ərimə nöqtəsi 190–192 °C
Kimyəvi xüsusiyyətləri
pKa (turşunun dissosiasiya sabiti) 4,10
Suda həllolması 33 q/100 ml
Etanolda həllolması 2 q/100 ml

Xüsusiyyətləri redaktə

Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan kristal tozdur. Alkoqoldasuda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).

Gündəlik tələbat redaktə

Cins Yaş C vitaminin mq ilə gündəlik norması
Körpələrdə 6 ayadək 40
Körpələrdə 7–12 ay 50
Uşaqlarda 1–3 il 40
Uşaqlarda 4–8 yaş 45
Uşaqlarda 9–13 yaş 50
Qızlarda 14–18 yaş 65
Oğlanlarda 14–18 yaş 75
Kişilərdə 19 yaş və daha çox 90
Qadınlarda 19 yaş və daha çox 75

İstinadlar redaktə

  1. Ərzaq Malları Əmtəəşünaslığı Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine Əhmədov Ə. İ. səhifə 17

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024