Cabir ibn Abdullah Haqqinda Melumat - Vikipedia

Cabir ibn Abdullah Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şeyx Cabir Ənsari

(Cabir ibn Abdullah səhifəsindən istiqamətləndirilmişdir)

Şeyx Cabir ibn Abdullah Ənsari (607, Mədinə[1]697 və ya 696[1], Mədinə) — Həzrət Məhəmməd peyğəmbərin sahəbəsi.

Şeyx Cabir Ənsari
Şeyx Cabir ibn Abdullah Ənsari
Doğum tarixi 607
Doğum yeri
Vəfat tarixi 697 və ya 696[1]
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu

Həyatı redaktə

Cabir ibn Abdullah 607-ci ildə Həzrəc qəbiləsində anadan olmuşdu. Həzrət Məhəmmədə, Həzrət Əliyə və Əhli-beytə sədaqətli adamlardan idi. Ənsarların ilk müsəlmanlarındandır. Şeyx Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir:

"Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: "Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!" dedi". Ərbəinlə bağlı cənab Cabir Ənsari — Peyğəmbərimizin qocaman səhabəsi ki, Ərbəin günündə İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət etdi — bir mühüm nöqtəni vurğulamışdır. Cənab Cabir Ənsari o kəsdir ki, əziz Peyğəmbərin (ə) insan yetişdirən bağının ən nəcib meyvələrindəndir. Bəli, həmin bu cənab Cabir Ərbəin günü Kərbəlanın əziz şəhidlərinə salam verdikdən sonra, bu sözləri deyir: "Biz də sizin daxil olduğunuz (aid olduğunuz, etdiyiniz) işə şərik idik". Cabir Ənsarini müşayiət edən, bu qocaman möminə yolda yardımçı olan həmin Ətiyyə adlı insan xatırlayır: "Ona dedim: "Ey Cabir! Biz əziyyət çəkmədik, qılınc vurmadıq! Bu insanların başları bədənlərindən ayrılıb, ailələri tənha qalıb, uşaqları yetim qalmışdır. Necə ola bilər ki, biz əcrdə, savabda onlarla şərik olaq?" Cənab Cabir cavabında buyurur: "Ətiyyə! Mən öz iki qulağımla Allahın Rəsulundan (s) eşitmişəm ki, buyurub: "Hər kim bir camaatın əməlini sevsə, o əməlin savabında onlarla şərikdir". Sonra dedi: "Ey Ətiyyə! Rəsulullah (s) buyurdu: "Mənim də əshabımın niyyəti — Hüseynin (ə) və əshabının həmin niyyətidir"".

Cabir, Hüseynin oğlu Səccadı və Huseynin nəvəsi- Səccadın övladı Baqiri görmüşdü. Məhəmmədin bir əmanətini çatdırmalı idi Cabir Baqirə. Məhəmməd Cabirə bildirmişdi ki, vaxt gələcək, sən, mənim övladlarımdan olan Baqiri görəsəksən və mənim salamımı Baqirə çatdırarsan.

Rəvayət edilir ki, bir gün Cabir küçədə Baqiri görür və nun Məhəmmədə oxşadığını görüb kimliyini xəbər alır Baqirdən. Baqir kim olduğunu söylədikdə, Cabir sevinir, gözləri sevinc göz yaşları ilə dolur. Və nəhayət, Məhəmmədin əmanətini- salamını Baqirə çatdırır.

Türkiyənin Şanlıurfa eli Harran elçəsinə 20 km. uzaqlıqdaki Cabir əl Ənsar kəndində Cabir bin Abdullah (Cabir əl Ənsari) türbəsi və məscidi var. Məhəmməd ilə birlikdə savaşlara qatılmış, Şamın, Harranın və Urfanın fəthlərində iştirak etmişdir. Şeyx Cabir əl-Ənsari 697-ci ildə Mədinə şəhərində vəfat edib.[2]

Şeyx Cabir Ənsarinin soyu redaktə

Onun soyu Cabiri-Ənsari adlanır. Bu soyun nümayəndələri müsəlman ölkələrin əksəriyyətində yaşayırlar. Şeyx Cabirin Abdulla, Mücahid adlı oğlanları olmuşdur.

Haqqında nəql olunan kəlamlar redaktə

Cabir b. Abdullah b. Amr b. Hazm, Mədinə’yə köçmüşdür, Nəbi s.ə.ə. ilə birlikdə Bədr döyüşünə və 18 Qəzvəyə qatılmışdır. 78-ci ildə ölmüşdür.[3][4]

Əli b. İbrahim mənə atasından, o ibni Əbu Nəcran’dan, o Asim b. Humeyd’dən, o Məhəmməd b. Müslim’dən, o da Əbu Cəfər (imam Baqir ə.s.) ’dan rəvayət etdi, dedi ki: "Cabir mənə Rəsulullah s.ə.ə.’in "qardaş oğlu dədə kimi qismləndirilir" dediyini rəvayət etdi və Cabir yalan söyləməmişdir."[5][6][7]

Mənə Məhəmməd b. Məsud danışdı, dedi ki: Mənə Əli b. Məhəmməd b. Yəzid əl-Qumi rəvayət etdi, dedi ki: Əhməd b. Məhəmməd b. İsa əl-Qumi mənə ibni Fəddal’dan, o Abdullah b. Bukeyr’dən, o Zürarə’dən, o da Əbu Cəfər (imam Baqir ə.s.)’dan rəvayət etdi, dedi ki: "Cabir’in atası Abdullah yetmiş insandan (2-ci Aqabə beyətinə qatılanlardan) və on iki insandan (1-ci Aqabə Beyətinə qatılanlardan). Cabir isə yetmiş insandan birisi olmasına baxmayaraq on iki kişidən deyildi."

Mənə Əbu Məhəmməd Cəfər b. Maruf danışdı, dedi ki: Həsən b. Əli b. Nöman mənə atasından, o Asim əl-Hənnat’dan, o da Məhəmməd b. Müslim’dən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) mənə dedi ki: Atamın elə xüsusiyyətləri vardır ki, bunlar ancaq ona aiddir. Bir gün Rəsulullah s.ə.ə. Cabir b. Abdullah əl-Ənsari’yə dedi ki: "ey Cabir! Sən Məhəmməd b. Əli əl-Baqir’i görəcəksən, gördüyün zaman mənim salamımı ona çatdırarsan." Bunun üstündən Cabir, Əli b. Hüseyn əs-Səccad ə.s.’ın evinə gəlib Məhəmməd b. Əli əl-Baqir’i soruşdu. İmam Səccad ə.s. ona "o uşaqlarla birlikdədir, sənə gəlməsi üçün onu göndərərəm" dediyi zaman "Xeyr, Mən ona gedəcəm" qarşılığını verdi və əl-Baqir ə.s.’ı axtarmaq üçün yola çıxdı. İmam ə.s.’ın hüzuruna çatdı, əhdini yerinə yetirdi, imam’ın başını öpdü və belə buyurdu: "Rəsulullah s.ə.ə. məni sənə Onun salamını çatdırmağım üçün göndərdi." İmam ə.s. dedi ki: "Rəsulullah s.ə.ə.’ə də, sənə də salam olsun". Sonra Cabir dedi ki: "Anam, atam sənə fəda olsun, Qiyamət günündə mənə şəfaət edəcəyinə dair bir güvəncə verə bilərsən mi ?" İmam ə.s. dedi ki: "Bunu yerinə yetirəcəm ey Cabir!"[8]

Şəni yüksək bir şəxsiyyətdir.[9]

Kəşşi onun mədhi haqqında bir çox hədis rəvayət etmişdir, bu rəvyətlər onun uca, dəyərli, doğru əqidəli və Əhli Beyt ə.s.’a bağlı olduğunu göstərməkdədir.[10]

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Али-заде А. Джабир ибн Абдуллах (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 218. ISBN 978-5-98443-025-8
  2. İbn Əbdül-Birr, "Əl-isti`ab", c. 2, səh. 473
  3. Bərki, "Rical", səhifə 2, 3, 7, 8, 9 [ölü keçid]
  4. "Şeyx Tusi, "Rical", səhifə 31, 134-cü ravi; səhifə 59, 498-ci ravi; səhifə 93, 921-ci ravi; səhifə 99, 964-cü ravi; səhifə 111, 1087-ci ravi; səhifə 129, 1311-ci ravi". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  5. "Kuleyni, "əl-Kafi", c. 7, səh. 74, Varislər kitabı, hədis 3". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  6. Şeyx Tusi, "Təhzib", c. 9, səh. 309, hədis 27 [ölü keçid]
  7. İsnad səhihdir

  8. Kəşşi, "Rical", c. 1, səh. 41–43 [ölü keçid]
  9. "İbni Davud, "Rical", səhifə 60, 288-ci ravi". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.
  10. "Seyyid Təfşiri, "Naqdur Rical", c. 1, səh. 323, 884-cü ravi". 2010-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-13.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023