Camış bağa girdi Haqqinda Melumat - Vikipedia

Camış bağa girdi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Camış bağa girdi

Camış bağa girdiAzərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. NaxçıvandaŞahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.[1]

Camış bağa girdi

İstinadlar redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024