Cavanşirlər sülaləsi Haqqinda Melumat - Vikipedia

Cavanşirlər sülaləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cavanşirlər

(Cavanşirlər sülaləsi səhifəsindən istiqamətləndirilmişdir)

CavanşirlərAzərbaycanın qədim soylarından biri. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər. Qarabağdan olan bu sülalə türk-qızılbaş tayfalarından biri olan Əfşar tayfasından törəmişdir.

Cavanşirlər
Rus çarı I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana bağışlanmış xanlıq bayrağı
Rus çarı I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana bağışlanmış xanlıq bayrağı
Titul Xan
Əcdadı Arqun xan[1]
Qohum soylar Sarıcalinskilər, Behbudovlar, Gəloxçular
Mənşəyi türkman/azərbaycanlı
Təbəəliyi Səfəvilər dövləti,
Əfşarlar dövləti,
Qarabağ xanlığı
Rusiya İmperiyası Rusiya imperiyası

Tarixi redaktə

Erkən illəri redaktə

Cavanşir sülaləsinin əcdadlarının bir zamanlar Türküstandan gəldiyi güman edilir. Rzaqulu xan Hidayət özünün Rozvat-üs Səfa əsərində bunu belə təsvir edir:

"  Cavanşir elatı Türküstandan gəlib və Oğuz xanın dörrdüncü oğlu Ulduz xanın oğlu Oşir (Əfşar) xanın tayfasına mənsubdurlar. Cavanşir tayfası Hülakü xanın 120 minlik ordusuna qatılmışdı. Əmir Teymurun hakimiyyəti altında onlar Rum elindən ikinci dəfə qayıtdılar və Türküstan, Qəndəhar, Kabil, İran boyunca yayıldılar. Onların qollarından biri İbrahimxəlil ağanın komandanlığı altında idi və onlar Şah Abbasın dövründə Qarabağda qaldılar.[2] " 

Səfəvi imperiyası dövründə Cavanşir tayfası Qarabağ üzərində təsirə malik olmaq üçün digər türk-qızılbaş tayfaları olan Qacarlarla mübarizə halında idilər. Osmanlı-Səfəvi müharibəsinin gedişatında Qarabağdakı Cavanşirlər Osmanlı imperiyasına tabe oldular. Bunun qarşılığı olaraq, 1612-1613-cü illərdə I Abbas Qacarlara Cavanşir tayfa başçılarını qətlə yetirmələrini əmr etdi. 1626-1627-ci illərdə Cavanşir tayfası I Abbas tərəfindən Qarabağın hakimi təyin edilən Davud xan Allahverdinin qaynı və gürcü Tulaşvili ailəsindən olan Novruz bəyin nəzarətinə verildi.[3]

Soyun və Qarabağ xanlığının yaranması redaktə

Əski monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar"—sol qol, sağ cinahında döyüşənlər isə "baran qar"—sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü.

Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər.

Bu soy Azərbaycan xalqına onlarla sərkərdə, şair, yazıçı, musiqişünas bəxş edib.

Azərbaycan sülalələri
 

Cavanşirlər sülaləsinin və Qarabağ xanlığının qurucusu olan Pənahəli xan türk tayfalarından biri olan Cavanşirlər tayfasından gəlməkdə idi.[4] Nadir şahın hakimiyyətə gəlməsindən sonra Pənahəli xan onun tərəfindən xidmətə çağırılmış, lakin bir neçə ildən sonra, yəni 1738-ci ildə bir qrup dəstəkçisi ilə birlikdə Xorasandan Şəki və Şirvana doğru qaçmağa məcbur olmuşdur. Mirzə Adıgözəl bəyə görə, Nadir şah öldürülmüş Fəzləli bəyi kiçik qardaşı Pənahəli xanla əvəz etmiş, "ona çomaq vermiş, eşikağası paltarı geyindirmiş və öldürülmüş böyük qardaşının haqlarını ona vermişdir". Mirzə Adıgözəl bəy inanır ki, Pənahəli xan "çomaq daşımağı (yəni vəzifədə olmağı), Nadir şaha baş əyməyi və onun üsullarına uyğun danışmağı" özü üçün şərəfli bilməmişdir.[2] Çünki Nadir şah onun qardaşını öldürmüşdü. Buna görə də, o, tayfadaşları ilə gedib Nadirin sərvətlərindən bir hissəni talayaraq gizləndi.

Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi onun imperiyasının çökməsinə səbəb oldu. Bundan istifadə edən Pənahəli xan təxminən 200 atlı ilə Qarabağa gələrək özünü müstəqil hökmdar elan etdi. Bu zaman əvvəllər məcburi şəkildə Xorasana köç etdirilmiş Otuziki, Cavanşir və Kəbirli tayfaları Qarabağa geri döndülər. Həmçinin Pənahəli xanın 15 yaşlı oğlu İbrahimxəlil xan da Xorasandan qaçaraq atasının yanına gəldi.

Pənahəli xanın güclənməsi qonşularının maraqlarına uyğun gəlmirdi. Şəki xanı Hacı Çələbi xan həmin ildəcə Pənahəli xanı Qarabağdan qovmağa çalışmış, lakin növbəti il daha güclü dəstə ilə geri dönən Pənahəli xan Hacı Çələbi xanı məğlub etmişdir. Bundan sonra Qarabağdakı bütün türk tayfaları Pənahəli xanın hakimiyyətini qəbul etdi. Otuzikilər, CavanşirlərKəbirlilər alçaq bölgələrdə məskunlaşaraq Qarabağ xanlığının əsas müdafiə xəttini təşkil etdilər. Xanlıq mühüm mövqedə yerləşməkdə idi və Qarabağın həm dağlıq, həm də düzənlik hissəsini əhatə edirdi. Başlanğıcda xanın oturduğu yer Bayat qalası idi və 1748-ci ildə tikilmişdi. Daha sonra mərkəz Şahbulaq qalasına köçürüldü. Bu qala müasir Ağdamın yaxınlığında yerləşməkdə idi. 1751-ci ildə Pənahəli xanın tikdirdiyi əlçatmaz Pənahabad qalası xanlığın paytaxtı oldu.

İbrahimxəlil xan redaktə

Kərim xan Zənd İranda hakimiyyəti ələ aldıqdan sonra Pənahəli xanı yanına çağırdı, onu özünün müşaviri edərək oğlu Mehrəli bəyi Qarabağı idarə etməyə göndərdi. 1759-cu ildə Pənahəli xan Şirazda vəfat etdi. Bu zaman ərzində Mehrəli bəy xanlığı gücləndirmək üçün əlavə tədbirlər həyata keçirdi və Əsgəran, Ağoğlan qalalalarını tikdirdi. Tezliklə o, Şirvan xanı Ağası tərəfindən xaincəsinə öldürüldü, bu zaman artıq Pənahəli xanın böyük oğlu İbrahim Xəlil xan Qarabağda özünün xanlığını elan etmişdi. O, ilk iş olaraq Qarabağ məlikliklərini yenidən hakimiyyətə tabe etməklə başladı və bu proses 1787-ci ildə sonlandı. Elə həmin ildə İbrahimxəlil xan Şamaxını ələ keçirməyə çalışdı, lakin Qubalı Fətəli xan tərəfindən məğlub edildi.

1795-ci ildə İbrahimxəlil xan Ağa Məhəmməd xan Qacara tabe olmaq istəmədiyi üçün öz elçisini Rusiya imperatriçası II Katerinanın yanına göndərərək onun ali hakimiyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Bundan xəbər tutan Ağa Məhəmməd xan Qacar 85 min döyüşçüdən obarət ordu toplayaraq Qarabağa göndərdi. Bu zaman İbrahimxəlil xanın əmrində 15 min nəfərlik döyüşçü var idi. Mühasirə 33 gün davam etdi və nəticədə qalanı ələ keçirmək Qacar hökmdarına qismət olmadı. Qalanı ələ keçirə bilməyən Ağa Məhəmməd xan Qacar mühasirəni ləğv etməyə məcbur oldu və geri çəkilən zaman bütün Qarabağı yağmaladı. Onun ordusunun geri çəkilməsindən sonra Qarabağda aclıq başladı.

1797-ci ildə Ağa Məhəmməd xan Qarabağı yenidən işğal etdi. Bu zaman Qarabağda vəziyyət çox çətin idi, aclıq və vəba xanlıqda geniş vüsət almışdı, xanlığın bir çox vətəndaşları da çörək tapa bilmək üçün digər xanlıqlara getmişdilər. Qalanın ikinci mühasirəyə də davam gətirməyəcəyini düşünən İbrahimxəlil xan şəhəri tərk etdi və ailəsi ilə birlikdə Dağıstana qaçdı. Şuşanı ələ keçirdikdən sonra Ağa Məhəmməd xan Qacar öz qulluqçuları tərəfindən qətlə yetirildi və komandanını itirən Qacar ordusu təlaşla Qarabağı tərk etdilər. İbrahimxəlil xan geri gəldi və xanlıqda hakimiyyəti ələ aldı. O, Ağa Məhəmməd xan Qacarın yerinə taxta çıxan qardaşının oğlu Fətəli şahla yaxşı münasibətlər qurmaq istəyirdi. Lakin bu istək baş tutmadı.

Rusiya asılılığı redaktə

Yeni Qacar şahı xanlıqla münasibətlərini tam kəsməmişdi və xanlığın paytaxtına Qacar ordusundan bir qarnizon yerləşdirmək istəyirdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya danışıqları yenidən başlatdı və Kürəkçay müqaviləsini imzalayaraq onun asılılığını qəbul etdi. Müqaviləyə görə İbrahimxəlil xan xanlığı idarə etməyə davam edirdi və onun oğlu Mehdiqulu xan varis olaraq Rusiya tərəfindən tanınırdı. İbraimxəlil Rusiyaya illik 8 min çervon xərac verməyə və rus ordusunu Şuşaya yerləşdirməyə məcbur idi. O, bununla öz xanlığının başqa dövlət tərəfindən işğal edilməsinin qarşısını almaq istəyirdi, lakin olanlar tamam əksinə inkişaf etdi. 1806-cı ilin yazında 20 minlik Qacar ordusu Şuşaya gəldi. Şuşadakı rus qarnizonunun komandanı polkovnik-leytenant Lisaneviç İbrahimxəlil xanı xəyanətdə ittiham edərək məhv edilməsini əmr etdi. Bu zaman heç nədən xəbəri olmayan İbrahimxəlil xan arvadları və xeyli sayda uşaqları ilə birlikdə qətlə yetirildi.[5] Xanın bu zaman 80 yaşı var idi. İbrahimxəlil xanın oğlu Mehdiqulu xan yeni Qarabağ xanı elan edildi.[6][7][8]


1813-cü ildə, yəni I Rusiya-Qacar müharibəsinin sonunda Gülüstan müqaviləsi imzalandı. Bu müqavaviləyə görə, Qarabağ xanlığının Rusiya asılılığına keçməsi Qacar şahı tərəfindən tanındı. Həmçinin Qacar şahı Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya hakimiyyəti altına keçdiyini qəbul etməyə məcbur oldu.

Mehdiqulu xan 1822-ci ilin noyabrında Qacar dövlətinə etdiyi təkliflərin bilinməsindən qorxaraq Qarabağdan İrana qaçdı. Bu qaçış o qədər tələsik baş verdi ki, o, hətta möhürünü də unutdu. Bundan istifadə edən ruslar xanlığın daxili müstəqilliyini də ləğv edərək birbaşa imperiyaya birləşdirdilər.[9]

Qacar hökuməti bu regionun itirilməsi ilə barışmaq niyyətində deyildi. Böyük Britaniya tərəfindən də dəstəklənən və müharibəyə təşviq edilən Qacarlar 1826-cı ildə yeni müharibəyə başladılar. 1828-ci ilə qədər davam edən müharibədə yenə Rusiya imperiyası qələbə ilə ayrıldı. İmzalanmış Türkmənçay müqaviləsinə əsasən Rusiya yeni əraziləri də özünə ilhaq etdi.

Sülalə redaktə

  • Pənahəli xan (1693–1758/63)
  • Mehrəli bəy (1759/63)
  • İbrahimxəlil xan (1759/63–1806)
  • Mehdiqulu xan (1806–1822)

Sülalənin görkəmli üzvləri sırasına Cəfərqulu ağa Cavanşir, Məhəmmədhəsən ağa Cavanşir, Xurşudbanu Natəvan, Behbud xan Cavanşir və digərləri daxildir. Sülalənin üzvləri və bu soydan gələnlər Azərbaycan, İran, Rusiya və Amerikada yaşamaqdadırlar.

Pənah Əli Xanın birbaşa ata tərəfdən kişi övladlarının Y-DNT testlərinə görə, bu nəsil J2b-Y107470 haploqrupuna aiddir.

Cavanşirlər sülaləsi redaktə

 
 
 
 
 
 
 
 
 
 
İbrahimxəlil ağa
 
 
 
 
 
 
 
 
 
 
 
Pənahəli xan
(1693–1763)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İbrahimxəlil xan
(1732–1806)
Mehrəli bəy
(1735–1785)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmmədhəsən ağa
(1755–1806)
Cavad ağa
(1757–1779)
Mehdiqulu xanƏbülfət xan Tuti
(1766–1839)
Ağabəyim ağa
(1782–1831)
Xanlar ağa
(1785–1832)
Məmməd Qasım ağa
(?–1843)
Gövhər ağa
(1796–1844)
Məhəmməd bəy
(1762–1797)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfərqulu xan Nəva
(1785–1867)
Xəncan ağa
(təq.1793 – ən geci 1844)
Xurşidbanu Natəvan
(1832–1897)
Paşa ağaCəfərqulu bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ata xanMahmud ağaMehdiqulu xan Vəfa
(1855–1900)
XanbikəAzad xanƏhməd bəy
(1823–1903)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qəmər bəyim Şeyda
(1881–1933)
AslanBəhram xan NaxçıvanskiƏkbər xan Naxçıvanski
(1873–1961)
Behbud xan
(1877–1921)
Həmidə Məmmədquluzadə
(1873–1955)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xan Şuşinski
(1901–1979)

Cavanşirlər soyu Qarabağ xanlığını idarə etmişlər. bu soyun sülaləsi:

Titul Adı Başlanığıcı Sonu
Xan Pənahəli xan 1747 1762
Xan Mehrəli bəy 1762 1763
Xan İbrahimxəlil xan 1763 1806
Xan Mehdiqulu xan Cavanşir 1806 1822
Mehdiqulu xanİbrahimxəlil xan CavanşirMehrəli bəy Sarıcalı-CavanşirPənahəli xan QarabağlıCavanşirlər

Soyun məşhur nümayəndələri redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. http://zerrspiegel.orientphil.uni-halle.de/t1154.html Arxivləşdirilib 2007-01-27 at the Wayback Machine Мирза Джамал Джеваншир Карабагский. «История Карабага». Баку, 1959 г.
  2. 1 2 Ismailov, Eldar|THE KHANS OF KARABAKH: THE ROOTS, SUBORDINATION TO THE RUSSIAN EMPIRE, AND LIQUIDATION OF THE KHANATE,CA&C Press AB,Sweden|https://www.ca-c.org/c-g-online/2014/journal_eng/c-g-1-2/10.shtml#_edn13%7C Arxivləşdirilib 2021-05-13 at the Wayback Machine
  3. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ). Reconstruction and interaction of Slavic Eurasia and its neighbouring worlds (PDF). Slavic Eurasian Studies, No.10. Sapporo: Slavic Research Centre, Hokkaido University. 2006. 244, 260–261. ISBN 4938637391. 2020-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-02.
  4. "Мирза Джамал Джаваншир Карабаги. История Карабаха". Zerrspiegel.orientphil.uni-halle.de. 2007-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-23.
  5. "Карабаха ханы". яндекс словари. 2014-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
  6. "QARABAĞ--ŞUŞA ŞӘHӘRİ". anl.az. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
  7. "МЕХТИ КУЛИ". ЛИЧНЫЕ АРХИВНЫЕ ФОНДЫ В ГОСУДАРСТВЕННЫХ ХРАНИЛИЩАХ СССР. 2012-06-14 tarixində orijinalından arxivləşdirilib.
  8. "История Карабага". 2007-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
  9. "Раффи. Меликства Хамсы". Armenianhouse.org. 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-23.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Səfiqulu ağanın soyu. "Soy" dərgisi, 1(1), 2003, səh.3–9.
  • Ənvər Çingizoğlu. Mehrəli xanın soy ağacından bir budaq. "Soy" dərgisi, 1(1), 2003, səh.9–14.
  • Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2(2), 2003, səh.3–13.
  • Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlınım törəməsi. ATŞS-nin xəbərləri, VI buraxılış, Bakı: "Adiloğlu", 2007, səh.3
  • Ənvər Çingizoğlu. Xancan ağa Cavanşirin törəmələri. "Soy" dərgisi, 5(26), 2009, səh.3–12.
  • Ənvər Çingizoğlu. Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir və törəmələri. Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 7-cı buraxılış, səh.48–56.
  • Ənvər Çingizoğlu. Cəfərqulu xan Sarıcalı-Cavanşir. Bakı: Mütərcim, 2011, 72 səh.
  • Ənvər Çingizoğlu. Cavanşir eli: Sarıcalılar. Tarixi və genealoji tədqiqat. Bakı: Mütərcim, 2015, 352 səh.
  • M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
  • Элдарь Исмаилов. Ханы Карабахские и их потомки. Генеалогический вестник. Вып.12. Санкт-Петербург: стр.40–55
  • Рыжов К. В. Все монархи мира. Мусульманский Восток VII–XV вв.[ölü keçid]
  • Мирза Джамал Джаваншир Карабаги. История Карабаха. Arxivləşdirilib 2007-01-27 at the Wayback Machine

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:First_letter_to_the_Very_Rev._J.H._Newman,_D.D.-_In_explanation_chiefly_in_regard_to_the_reverr Trxeberazerbaijan-international-mining-company-limited-aimc-sirketi-azerbaycanda-ilk xebermudafie-ntrirliyi-ermruistanin-doyus-vasiteleri-ve-herbi-teyinatli-obyektleri-yuksek-deqiqlikl Fayl:An_obituary_notice_of_Thomas_T._Hewson,_M._D._-_late_presidrut_of_the_Philadelphia_College_of_P Fayl:Annual_register_of_The_Free_Academy_of_the_City_of_New_York_(IA_annualregisterof186263city).pdf Fayl:The_Tax_Credits,_Child_Btrefit,_Guardian’s_Allowance_and_Childcare_Paymtrts_(Miscellaneous_Am Fayl:Signature_of_Gaston_of_France,_Duke_of_Orléans_at_the_marriage_of_the_Duke_of_Enghiru_and_Clai Fayl:DmitryKarakozov2.jpg Fayl:Medical_Heritage_Library_(IA_reportofproceedi00dunc).pdf Fayl:A_mechanical_text-book_-_or,_Inruoduction_to_the_study_of_mechanics_(IA_mechanicaltextbo00ranki kinoizleapollo-10-1-2-uzay-caginda-cocuk-olmak-apollo-10-1-2-a-space-age-advruture-2022-hdrip-1918 Fayl:Popular_romances_of_the_west_of_England,_or,_The_drolls,_azaditions,_and_superstitions_of_old_C Fayl:The_composition_of_the_human_lazs_in_health_and_in_cataract_(electronic_resource)_-_and_its_bea Fayl:The_impact_of_Onboard_Maintazance_Training_on_surface_ship_readiness._(IA_impactofonboardm00mor Синарский трубный завод Гомес Мартин, Серхио Fayl:The_first_lines_of_the_practice_of_surgery-_designed_as_an_inazoduction_for_students,_and_a_con Special:BookSources0-7514-0365-2 Fayl:Responsibilities_of_the_founders_of_republics-_(IA_responsibilities00patt).pdf Fayl:Inruoductory_address_to_the_studtrts_in_medicine_of_the_College_of_Physicians_and_Surgeons_of_t
Dostlarınla Paylaş

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024