Cavid Dədəkişiyev Haqqinda Melumat - Vikipedia

Cavid Dədəkişiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cavid Dədəkişiyev

Cavid Gülbaba oğlu Dədəkişiyev (5 iyul 1988; Qaralar, İmişli rayonu, Azərbaycan2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri şəhidi.

Cavid Dədəkişiyev
Cavid Gülbaba oğlu Dədəkişiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaralar, İmişli rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Qaralar, İmişli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Gülbaba Dədəkişiyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2010—2016
Rütbəsi Baş leytenant
Döyüşlər Aprel döyüşləri
Təltifləri "İgidliyə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Cavid Dədəkişiyev 1988-ci ilin 5 iyul tarixində İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Cavid Dədəkişiyev 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Dədəkişiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "Baş leytenant Cavid Gülbaba oğlu Dədəkişiyev". zefer.az (az.). 02.04.2016. 2021-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.

Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024