Cek Falaxi Haqqinda Melumat - Vikipedia

Cek Falaxi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cek Falaxi (20 fevral 1989, Ann-Arbor, Miçiqan) ABŞ aktyoru və ifaçısıdır. Cek How to Get Away with Murder (sətri tərcüməsi: "Cinayətdən necə yayınmaq olar") adlı ABC-nin televiziya qanuni dramında baş rollardan birində çəkilərək, şöhrət qazanır.[2]

Cek Falaxi
Doğum tarixi 20 fevral 1989(1989-02-20) (35 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, televiziya aktyoru, kino aktyoru, teatr aktyoru
Fəaliyyət illəri 2012-ci ildən
Təhsili
  • Nyu-York Universiteti Tiş İncəsənət Məktəbi[d][1]
IMDb ID3924265
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Falaxi Miçiqan ştatının Ann Arbor şəhərində anadan olub. Cekin atası irlandiyalı, anası isə italiyalıdır.[3] 2011-ci ildə Nyu-York universitetini biririr. Universitetdə aktyorluq peşəsini öyrənir və eyni zamanda qısa tamaşalarda iştirak edirdi. Eləcə də Cek filmlərdə çəkilməyə başlayır. Onlardan biri də Nikolas Keyc tərfindən çəkilmiş Rage (Tokarev) filmidir. Lifetime kanalı ilə də bir ara əməkdaşlıq edirdi. 2014-cü ildə Cek Los Ancelesə köçür və burada Şonda Rayemsin How to Get Away with Murder (sətri tərcüməsi: "Cinayətdən necə yayınmaq olar") dramında baş rollardan birinə dəvət alır. Cek bu dramında Viola Devisin beş seçilmiş tələbələrdən birini Konnor Uolş oynayır. Serial 2014-cü ildə ilk dəfə nümayiş etdirilir və çox böyük uğur qazanır. Serialın 14 milyondan çox izıəyicisi olub.[4]

Filmoqrafiya redaktə

  • Sunburn (Gündən yanma) 2012
  • Campus Life (Tələbə həyatı) 2013
  • Hunter (Ovçu)2013
  • Escape from Polygamy (Poliqamiyadan qaçış) 2013
  • Rage 2014
  • Blood and Circumstance (Qan və vəziyyət) 2014
  • Slider 2014
  • Untitled Ari Gold Project (Ari Qoldun adsız proyekti) 2014
  • Lily & Kat (Lili və Ket) 2015
  • Cardboard Boxer (Boksçu-marionet) 2016
  • The Song of Sway Lake (Sallanan gölün mahnısı) 2017

İstinadlar redaktə

  1. 1 2 Tisch Noted Alumni.
  2. "Jack Falahee" (ingilis). TV guide. 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.20.'
  3. "Everything You Need To Know About "How To Get Away With Murder" Star Jack Falahee" (ingilis). BuzzFeed. 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.20.
  4. "UPDATE: Jeffrey Nordling & Christina Chang In ABC's 'Sea Of Fire', Trio Cast In 'Murder'" (ingilis). DEADLINE. 2014-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.20.

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024