Cemma Skulme Haqqinda Melumat - Vikipedia

Cemma Skulme Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cemma Skulme (latış. Džemma Lija Skulme‎; d. 20 sentyabr 1925, Riqa, Latviyaö. 9 noyabr 2019, Riqa, Latviya[2]) — Sovet və Latviya rəssamı. Latviya SSR xalq artisti (1976). SSRİ dövlət mükafatı laureatı (1984).

Cemma Skulm
latış. Džemma Lija Skulme
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri Riqa, Latviya
Dəfn yeri
  • Riqa Meşə qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ, Latviya Latviya
Fəaliyyəti incəsənət xadimi, rəssam
Təhsili
  • Latviya Rəssamlıq Akademiyası[d]
Mükafatları "Üç Ulduz" ordeni
SSRİ Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası redaktə

Latviya Rəssamlıq Akademiyasının Rəssamlıq şöbəsini, İ. E. Repin rəssamlıq, heykəltaraşlıq və arxitektura İnstitutunun aspiranturasını bitirmişdir. 1956-cı ildən Latviya Rəssamlar İttifaqının üzvü, 1977-1982-ci illərdə sədr vəzifəsini icra edən, 1982-1992-ci illlərdə isə sədri olmuşdur. Cemma Skulmenin fərdi sərgiləri Rusiya, Avstriya, Almaniya, KanadaABŞ-da keçirilmişdir. Latviya SSR Ali sovetinin üzvü olmuşdur. Xalq Cəbhəsinin ilk simalarından olan Atmodanın fəal iştirakçısı, sonradan Xalq Partiyasının qurulması haqqında manifestə imza atanlardan biri olmuşdur[3].

Ailəsi redaktə

Cemma Skulme tanınmış rəssamlar ailəsindən gəlir. Atası Otto Skulme (1889-1967, Latviya Rəssamlıq Akademiyasının 1961-ci ilə qədər rektoru olmuşdur), anası Marta Liepinya-Skulme (1890-1962). Rəssamlar arasında eyni zamanda əmisi Uqo (Ugis) Skulme, oğlu və ögey qardaşı Yurqis Skulme olmuşdur. Yurqis Skulme Sibirdəki latışların həyatını təsvir etdiyi tabloya görə "Sovet rejiminə qarşı böhtan" atması ilə günahlandırılmışdır. O zaman Cemma Skulmenin başçılıq etdiyi Rəssamlar İttifaqı onun sıralarından kənarlaşdırılmasına səs vermişdir. 90 yaşlı sənətkar o zaman etirafında bu sözləri demişdir: "Bu özünə tarixən müəyyən edilmiş bir xəyanət idi".

Birinci əri Artur Dimiters (1915-1986) olmuşdur. Bu evlilikdən Yuris Dimiters (1947) adlı oğlu dünyaya gəlir.

İkinci əri Oyars Qustavoviç Abols (1922-1983) olur. Bu evlilikdən Marta Skulme (1962) adlı qızı dünyaya gəlir.

Mükafatları redaktə

  • SSRİ Dövlət Mükafatı (1984);
  • Latviya SSR xalq artisti (1976);
  • Latviya Elmlər Akademiyasının fəxri üzvü;
  • Latviya Rəssamlıq Akademiyasının fəxri doktoru;
  • Üç Ulduzun ordeni (1995).

İstinadlar redaktə

  1. https://www.apollo.lv/6822043/dievs-vinu-pienema-muziba-aizgajusi-maksliniece-dzemma-skulme.
  2. "Ушла из жизни художница Джемма Скулме". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-06.
  3. "Cemma Skulme — 80 il". 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-06.

Mənbə redaktə


Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024