Cerri Qoldsmit Haqqinda Melumat - Vikipedia

Cerri Qoldsmit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cerrald Kinq "Cerri" Qóldsmit (ing. Jerrald King "Jerry" Goldsmith; 10 fevral 1929[1], Los-Anceles, Kaliforniya[2]21 iyul 2004[3][4][…], Beverli-Hillz, Kaliforniya) — amerikalı bəstəkar və dirijor, 250-dən çox televiziya layihəsi və film üçün musiqi müəllifidir. Məşhur Universal Studios açılış musiqisinin müəllifi.

Cerri Qoldsmit
ing. Jerry Goldsmith
Ümumi məlumatlar
Doğum adı Jerrald King Goldsmith
Doğum tarixi
Doğum yeri Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Beverli-Hillz, Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
  • Hilsayd qəbiristanlığı[d]
Vətəndaşlığı ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, film bəstəkarı
Fəaliyyət illəri 1951 – 2004
Janrlar klassik musiqi, film musiqisi, müasir klassik musiqi
Musiqi aləti piano
Albom şirkəti Monument Records
Təhsili
Mükafatları Oskar (1977)
Enni (1998)
Emmi (1973, 1975, 1976, 1981, 1995)
Saturn (1984)
jerrygoldsmithonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) əslən Rumıniyadan olan yəhudi ailəsində anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojanın kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu olur. 18 dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb və "Omen" (1976) filmi üçün yazılan musiqiyə görə "Oskar" qazanıb. Həmçinin beş dəfə "Emmi" mükafatı qazanıb. Cerri Qoldsmit 21 iyul 2004-cü ildə 75 yaşında xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra vəfat edib.

Seçilmiş filmoqrafiya redaktə

Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı
1973 f Kəpənək Papillon
1984 f Qremlinlər Gremlins
1989 f Cadugər Warlock
1990 f Hər şeyi xatırlayarkən Total Recall
1991 f Düşmənlə yataqda Sleeping with the Enemy
1993 f Zülmkar Dennis Dennis the Menace
1994 f Kölgə The Shadow
1995 f Konqo Congo
1997 f Məxfi Los-Anceles L.A. Confidential
1997 f Prezidentin təyyarəsi Air Force One
1997 f Son hədd The Edge
1998 f Qanun Xidmətçiləri U.S. Marshals
1998 f Mulan Mulan
1999 f Mumiya The Mummy
2000 f Gözəgörünməz Hollow Man

İstinadlar redaktə

  1. Jerry Goldsmith // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. Deutsche Nationalbibliothek Record #123575451 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Jerry Goldsmith // filmportal.de. 2005.

Xarici keçidlər redaktə


Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023