Cimmi Uels Haqqinda Melumat - Vikipedia

Cimmi Uels Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cimmi Vels

internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı
(Cimmi Uels səhifəsindən istiqamətləndirilmişdir)

Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[1][2][…], Hantsvill, Alabama[4]) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur.

Cimmi Vels
ing. Jimmy Donal Wales
Doğum tarixi 7 avqust 1966(1966-08-07)[1][2][…] (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iş adamı, bloger[d], sahibkar, vikimediaçı[d], informatik, tədqiqatçı, orator, tacir
Üzvlüyü
İmza
jimmywales.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Jimmy Wales 2014 on CeBIT Global Conferences, Wikipedia Zero

Həyatı

redaktə

1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı. "Vikipediya", həmçinin wiki (havay dilində "mümkün qədər tez") mexanizminə əsaslanırdı, əvvəlcə "Nupedia" ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı. Hazırda, "Vikipediya" dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. "Vikipediya" müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur. 2003-cü ilin 20 iyun tarixində Uels "Vikipediya" və digər bu tipli layihələrin dəstəyilə məşğul olan qeyri-kommersiya təşkilatını – "Vikimedia" Fondunu, Florida ştatında və Sankt-Peterburqda yaratdı. 2009-cu ildə Cimmi Uels saytın istifadəçilərinə müraciət edərək maliyyə yardımına ehtiyac olduğunu bildirmişdir. Bu müraciətdən sonra saytın 125 mindən artıq istifadəçisi 4 milyon dollar dəyərində ianə vermişdir. "Vikipediya"nın uğurlarından ilham alan Uels 2004-cü ildə Ancela Bizli ilə birlikdə "Vikicities"in layihəsini idarə etməsi ilə məşğul olan "Wikia" kommersiya şirkətinin əsasını qoymuşdur. 2005-ci ilin 3 oktyabrında Uels viki-texnologiyaların təchizatçısı olan "Socialtext" şirkətinin Direktorlar Şurasına qoşulmuşdur. Hazırda Cimmi, həyat yoldaşı Kristin və qızı Kira ilə FloridadaSankt-Peterburqda yaşayır.

Ailəsi

redaktə

2012-ci ilin oktyabrında Keyt Qarvi ilə ailə həyatı qurmuşdur[5].

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

Saytda 205 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024