Coğrafiya ensiklopediyası Haqqinda Melumat - Vikipedia

Coğrafiya ensiklopediyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Coğrafiya ensiklopediyası

Coğrafiya Ensiklopediyası — Azərbaycanda 2012-ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyası.

Coğrafiya Ensiklopediyası
Coğrafiya Ensiklopediyası. I və II kitab
Müəlliflər Zakir Eminov , Qabil Səmədov
Janr ensiklopediya
Mövzu coğrafiya
Orijinalın dili Azərbaycan
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2012
Tərtibat Z.Eminov, Q.Səmədov
Nəşriyyat Çaşıoğlu Multimediya
Nəşr kağız
Cild 2 cild
Səhifə 736 (hər kitab 368 səhifə)
Növ ensiklopediya
Tiraj 35000
ISBN 978-9952-27-316-8

Haqqında redaktə

Coğrafiya Ensiklopediyası 2012-ci ildə Azərbaycanda nəşr olunan və geniş kütlə üçün(əsəsən məktəblilər) nəzərdə tutulmuş elmi-kütləvi coğrafi məlumat əsəridir. Ensiklopediyanın ümumi həcmi 2 kitab halında 736 səhifədən (hər kitab 368 səhifə) ibarətdir. Əsər Dünyada və onun ayrı-ayrı regionlarında baş verən təbii və iqtisadi coğrafi proseslərin davamlı inkişafa təsirinin öyrənilməsində hər bir oxucu üçün əhəmiyyətli ola bilər. 

AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, i.e.n. Zakir Eminov və Bakı şəhəri H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e. n. Qabil Səmədov un[1] tərtib etdiyi və "Çaşıoğlu Multimediya" nəşriyyatında 35 000 nüsxədə çap olunaraq ölkənin bütün orta məktəblərinin kitabxanalarına dövlət tərəfindən hədiyyə edilən nəfis əsərin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur. Ensiklopediyadakı anlayışlar rəngli təsvirlər, sxemlər və xəritələrlə daha da əyani izah olunur.

I kitabda Yer planetinin kainatdakı mövqeyi, yaranması, təbəqələri, təbii resursları  haqqında geniş məlumatlar verilməklə yanaşı, dünya əhalisi və onun təsərrüfat fəaliyyətinin qanunauyğunluqları təsvir edilir.[2]

II kitabda Dünyanın ayrı-ayrı regionlarının və ölkələrin coğrafi mövqeyi, təbi şəraiti, tarixi və iqtisadi inkişaf xüsusiyyətləri təsvir olunur.  Azərbaycan Respublikası və onun inzibati rayonlarının təbiəti və iqtisadi-coğrafi xüsusiyyətləri haqqında da müfəssəl məlumatlar verilir.[3]

İstinadlar redaktə

  1. https://commons.wikimedia.org/wiki/File:Qabil_S%C9%99m%C9%99dov.jpg
  2. "Arxivlənmiş surət". 2019-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
  3. "Arxivlənmiş surət". 2019-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.

Xarici keçidlər redaktə

  1. Coğrafiya Ensiklopediyası. I kitab, Bakı, Çaşıoğlu Multimediya, 2012, 368 s.
  2. Coğrafiya Ensiklopediyası. II kitab, Bakı, Çaşıoğlu Multimediya, 2012, 368 s.
  3. https://igaz.az/az/books/17
  4. https://igaz.az/az/books/18
  5. http://karandash.az/index.php?route=product/product&product_id=333

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024