Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısı Haqqinda Melumat - Vikipedia

Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısı

Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu?)Sunrise, Mainichi Broadcasting SystemProject Geass tərəfindən istehsal olunmuş anime serialıdır.[1] Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir.[1] Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir.

I Mövsüm
Poster.
Anime serialının posteri.
ÖlkəYaponiya Yaponiya
Seriya sayı25
Ekranlaşdırma
Orijinal kanalMainichi Broadcasting System
Orijinal efir6 oktyabr 2006 (2006-10-06) – 29 iyul 2007 (2007-07-29)
Mövsüm xronologiyası
← Əvvəlki
Code Geass seriyalarının siyahısı

"Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir.[2] Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır.[3] Mövsümün son iki seriyası 29 iyul 2007-ci ildə efirə buraxılmışdır, amma bir həftə əvvəl TokioOsaka teatrlarında göstərilmişdir.[4][5] Bandai Visual animenin seriyalarını 9 cilddən ibarət DVD, Blu-ray və Universal Media Disc formatlarında yayımlamışdır.[6][7][8] Hər cildə bonus olaraq şəkilli dorama əlavə edilmişdir. Bu doqquz cild yenə iki cildlik DVD formatında, daha sonra isə yenə "Special Edition Black Rebellion" adlı xüsusi adaptasiyada yayımlanmışdır.[9] Onlar boks-set şəklində yenidən nəşr olunmuşdur.[10][11]

2007-ci ildə keçirilən Otakon tədbirində Bandai Entertainment "Code Geass: Lelouch of the Rebellion" animesinin Şimali Amerikada yayımlanacağını bildirmişdir.[12] ZRO Limit Productions anime serialını dublaj etmişdir və Taniquçi personajların səsləndirilməsi barədə məsləhətlər vermişdir.[13] Bandai Entertainment serialı fərdi cildlərlə və hissələrlə yayımlamışdır. Dörd cild anime serialının ilk 17 seriyasından və üç hissə bütün seriyalardan ibarət idi.[14] 22 mart 2011-ci ildə isə boks-set yayımlanmışdır.[15] Dublaj edilmiş serial Adult Swim-də 27 aprel 2007 – 26 oktyabr 2008 tarixlərində göstərilmişdir.[16][17] Bandai Entertainment 1 fevral 2009-cu ildən başlayaraq bütün dublaj edilmiş seriyaları rəsmi YouTube kanalına əlavə etməyə başlamışdır.[18] Seriyaları 25 aprel 2009-cu ildən 31 dekabr 2012-ci ilə qədər Crunchyroll veb-saytında izləmək mümkün idi.[19] 2013-cü ildə keçirilən Otakon tədbirində Funimation anime serialını yayımlamaq hüququna yiyələndiyini açıqlamışdır.[20]

Böyük Britaniyada Beez EntertainmentKaze anime serialının boks-setini yayımlamışdır.[21][22] Madman Entertainment 2008-ci ilin iyulunda anime serialını Avstralasiyada yayımlamaq üçün lisenziya əldə etdiyini bildirmişdir.[23] 19 yanvar — 29 iyul 2009-cu il tarixlərində anime serialı ABC2ABC iview kanallarında ekranlara buraxılmışdır.[24][25][26] Madman 2009-cu ilin aprelində ilk iki seriyanı rəsmi saytında göstərmişdir.[27] Seriyalar daha sonra DVDBlu-ray formatlarında yayımlanmışdır.[28][29]

Anime serialında beş parça mahnıdan istifadə edilmişdir: üç açılış və iki bağlanış mahnısı.[30] İlk açılış mahnısı Flow musiqi qrupunun ifa etdiyi "Colors", ilk bağlanış mahnısı isə Ali Project tərəfindən ifa olunan "Yūkyō Seishunka" (勇侠青春謳?, azərb. "Rıtsar gənclik mahnısı"‎) olmuşdur. 13-cü seriyadan başlayaraq açılış mahnısı kimi Jinn musiqi qrupunun "Kaidokufunō" (解読不能?, azərb. "Həlledilməz"‎) mahnısından, bağlanış mahnısı kimi SunSet Swish musiqi qrupunun "Mosaic Kakera" (モザイクカケラ?, azərb. "Mozaika fraqmentləri"‎) mahnısından istifadə edilmişdir. 24-cü və 25-ci seriyalarda açılış mahnısı Access musiqi qrupunun "Hitomi no Tsubasa" (瞳ノ翼?, azərb. "Gözün qanadı"‎) mahnısı olmuşdur.[30]

Seriya siyahısı redaktə

Azərbaycanca adı
Yaponca adı
Rejissor Ssenarist Yayım. tarixi[4] İng. yayım. tarixi İst.
1 "Yeni şeytanın doğulduğu gün"
"Majin ga Umareta Hi" (魔神が生まれた日) 
Noriaki Akitayaİçiro Okoçi6 oktyabr 200627 aprel 2008[16][31][32]
Hadisələr Müqəddəs Britaniya İmperiyasının imtina edilmiş vəliəhdi və Leluş Lamperuj adı ilə yaşayan Leluş vi Britaniyadan bəhs edir. 2011-ci ildə Britaniya Yaponiyaya hücum etmiş və Yaponiyanı işğal etmişdir. Hazırda isə 2017-ci ildir, Yaponiya 11-ci Bölgə, yaponlar isə on birlər adlandırılır. Müstəmləkə Yaponiyada sürgün kimi yaşayan Leluş bir gün təhsil aldığı Eşford Akademiyasından qayıdarkən hökumətin arxasınca düşdüyü və içində zəhərli qaz olan, terroristlərə məxsus yük avtomobilinin içinə düşüb ilişir. Təqib zamanı Leluş keçmiş dostu, on bir, indi isə Britaniya əsgəri olan Suzaku Kururuqi ilə rastlaşır. Yük avtomobilinin konteyneri açılır və içərisində yaşıl saçlı qız peyda olur. Suzakunun rəisi bütün şahidləri öldürməyi əmr edir. Suzaku bundan imtina edir və vurulur, Leluş isə qızla birlikdə qaçıb xilas olur. Ordu tərəfindən küncə sıxışdırılan Leluşa yaşıl saçlı qız Qiass adlı güc verir. Leluş bu güc vasitəsilə insanların gözlərinə baxaraq onlara istədiyini etdirmək qabiliyyətinə yiyələnir. Leluş onu izləyən Britaniya əsgərlərinə özlərini öldürməyə əmr edir. 
2 "Ağ cəngavər oyanır"
"Kakusei no Shiroki Kishi" (覚醒の白き騎士) 
Masato Miyoşiİçiro Okoçi13 oktyabr 20064 may 2008[33][34][35]
Leluş Britaniya ordusu əsgəri Villetta Nu ilə rastlaşır və Villetta ondan ölmüş əsgərlər barədə soruşur. Leluş Qiassından istifadə edərək onun minilə bilən xüsusi robot növü — Naytmer Freymini götürür. Leluş terrorist qrupa Klovis la Britaniyanın ordusuna qarşı döyüşdə başçılıq edir. Bu zaman Suzaku yeni Naytmer Freym modeli olan Lanselotu sınaqdan keçirir. Lanselot terrorist qruplaşmasını məhv edir, Leluş isə Klovisə qüvvələrinin geri çəkilməsi barədə əmr verməyə məcbur edir və onu öldürür. 
3 "Yalançı sinif yoldaşı"
"Itsuwari no Kurasumeito" (偽りのクラスメイト) 
Kazuya Murataİçiro Okoçi20 oktyabr 200611 may 2008[36][37][38]
Uzun illər əvvəl öldürülən anasının qatilinin qohumlarından biri olduğundan şübhələnən Leluş Klovisi öldürməzdən əvvəl qatil barədə soruşur. Eşford Akademiyasında qayıdan Leluş orada rastlaşdığı Kallen Stadtfildin əslində terrorist olduğunu, amma hər kəsdən şəxsiyyətini gizlətdiyini öyrənir. Leluş Qiassı onun üzərində istifadə edir, onun terroristlərə qatılma səbəbini və Qiassın bir insan üzərində ancaq bir dəfə işə yaradığını öyrənir. Kallen keçən döyüşdə onlara kömək edən gizli şəxsin Leluş olmasından şübhələnir, amma Leluş saxta telefon zəngi onu aldadır. Tezliklə xəbərlərdə Suzakunun Klovisin ölümündə şübhəli olduğu və yaxalandığı anons edilir. 
4 "Onun adı Zerodur"
"Sono Na wa Zero" (その名はゼロ) 
Kazuo Miyakeİçiro Okoçi27 oktyabr 200618 may 2008[39][40][41]
Ceremiya Qottvald və saf qanlılar Klovisin ölümündə şübhəli bilinən Suzakunu sorğulayırlar. Suzaku işğal edilmiş ölkələrdə Britaniyaya qatılan Şərəfli britaniyalılardan biridir. Leluş özü üçün maskalı Zero təxəllüsünü seçir. Zero Kaname Oqi və Kallen Kozukinin köməyi ilə Ceremiya üzərində Qiassdan istifadə edir və ona Suzakunu buraxmaya məcbur edir. Leluş Zero kimi Suzakuya Britaniyaya qarşı döyüşməyi təklif edir, amma Suzaku bu təklifi rədd edir və Britaniyanın içəridən dəyişdirilə biləcəyinə inandığını deyib özünü məhkəməyə təslim edir. 
5 "Şahzadə və cadugər"
"Kōjo to Majo" (皇女と魔女) 
Satoşi Tobaİçiro Okoçi3 noyabr 200625 may 2008[42][43][44]
Leluş ona Qiass gücünü verən yaşıl saçlı sirli qızla yenidən rastlaşır. Qız özünü C.C. kimi tanıdır və C.C. onunla birlikdə eyni evdə yaşamağa başlayır. Bu zaman, Zero ictimaiyyət arasında özünü Klovisin qatili elan etdiyindən məhkəmə Suzakunu təmizə çıxarır. Məhkəmədən çıxarkən Suzaku köməkçi vitse-kraliça Yufemiya li Britaniya ilə rastlaşır. Suzaku Yufemiyaya ətrafı gəzdirir və həmçinin müharibədə dağıdılmış Şincuku şəhərinə aparır. Bu zaman həmin ərazidə bir neçə Britaniya zabiti ilə Ceremiya arasında Ceremiyanın xəyanətinə görə döyüş baş verir. Daha sonra yeni vitse-kraliça və Yufemiyanın böyük bacısı Korneliya li Britaniya Yaponiyaya gəlib Zeronu tutmaq işi ilə məşğul olmağa başlayır. 
6 "Oğurlanmış maska"
"Ubawareta Kamen" (奪われた仮面) 
Hiroaki Kudoİçiro Okoçi10 noyabr 20061 iyun 2008[45][46][47]
Suzaku Leluşun təhsil aldığı Eşford Akademiyasına transfer olunur. Burada Suzaku britaniyalı tələbələrin ona qarşı ədalətsiz hərəkətləri ilə üzləşir. Artur adlı küçə pişiyi Leluşun otağına girir və onun Zero maskasını oğurlayır. Arturun Leluşu narahat edən bir şeyi oğurladığına inanan Milli Eşford bütün akademiyanı pişiyin təqibinə göndərir. Suzaku məktəbin damına dırmaşan Arturu yaxalamağa çalışarkən Leluş ona onu xilas etməyə məcbur edir. Leluş maskanı gizlədə bilir, Suzaku isə qəhrəmanlığına görə bütün akademiyanın alqışını qazanır. Tələbələr daha sonra Klovisin dəfn mərasimində Leluşun atası və Britaniya imperatoru Çarlz zi Britaniyanın nitqinə qulaq asırlar. 
7 "Korneliyanın hücumu"
"Kōneria o Ute" (コーネリアを撃て) 
Noriaki Akitayaİçiro Okoçi17 noyabr 20068 iyun 2008[48][49][50]
Leluş atası ilə son görüşünü yada salır: anasının qətlindən qısa müddət sonra Leluş Çarlza bu barədə sual verir, Çarlz onu və bacısı Nannalli vi Britaniyanı Yaponiyaya sürgün edir. Korneliya Saytama gettosunda Zeronu ələ keçirmək istəyir. Leluş döyüşə qoşulur, bir əsgərin Naytmerini ələ keçirir və terrorçulara əmrlər verməyə başlayır. Amma terrorçular Zeronun əmrlərinə qulaq asmırlar və məğlub olurlar. Korneliya əsgərlərindən birinin Zero olduğundan şübhələnir və bütün əsgərlərinə Naytmerlərindən çıxmalarını əmr edir. C.C. özünü Zero kimi göstərərək ordunun diqqətini çəkir və Leluş qaça bilir. Leluş bu məğlubiyyətinin səbəbini kimi terrorçuların özbaşınalığında görür və özünə xüsusi ordu quracağına söz verir. 
8 "Qara cəngavərlər"
"Kuro no Kishidan" (黒の騎士団) 
Makoto Babaİçiro Okoçi24 noyabr 200615 iyun 2008[42][51][52]
Britaniyaya müqavimət göstərən Yaponiya Azadlıq Qüvvələri bir oteli və Leluşun dostları və maskalanmış Yufemiya daxil olmaqla içərisindəki insanları əsir götürür. Korneliya üsyançılara qarşı qüvvə göndərə bilmir, əvəzində Zero qüvvələri ilə otelə daxil olur. Zero xilasetmə əməliyyatına başlayır: o, üsyançılarla danışığa gedir, Oqinin dəstəsi isə əsirləri xilas edir. Bu zaman Suzaku Lanselot ilə otelin təməlini yıxır. Leluşun əməliyyatı uğurla başa çatır. Leluş canlı yayım vasitəsilə bütün xalqa zəifləri güclülərdən və ədaləti qoruyacaq Qara cəngavərlər təşkilatının qurulduğunu bəyan edir. 
8.5 "Maskanın yolu"[Tərcümə]
"Kamen no Kizeki" (仮面の軌跡) 
YoxdurYoxdur1 dekabr 2006Yoxdur[53]
Leluş keçən səkkiz seriyada baş verənləri nəql edir. 
9 "Refrayn"
"Rifurein" (リフレイン) 
Kazuya Murataİçiro Okoçi8 dekabr 200622 iyun 2008[54][55][56]
Qara cəngavərlər refrayn istehsal edən dərman kartellərini məhv edirlər. Refrayn insana keçmiş xatirələrini yenidən yaşadan, eyni zamanda ağır xəstəliklərə yol açan narkotik maddədir. Yaponların çoxu depresiyada olduğu üçün bu dərmandan istifadə etdiklərindən Qara cəngavərlər bu hədəfi məhv etmək istəyirlər. Eyni zamanda Kallenin həyatı başa salınır: Məlum olur ki, anası britaniyalı atası üçün xidmətçi işləyir və Kallen anasına nifrət edir. Qara cəngavərlərin basqını zamanı Kallen anasının da refrayn istifadə etdiyini görür və onlar yaxalanırlar. Kallenin anası dərmanın təsirindən qurtulandan sonra Kallen bütün dünyanı dəyişdirəcəyinə söz verir. 
10 "Quren rəqs edir"
"Guren Mau" (紅蓮舞う) 
Kazuo Miyakeİçiro Okoçi15 dekabr 200629 iyun 2008[57][58][59]
Korneliyanın başçılıq etdiyi Britaniya ordusu Yaponiya Azadlıq Cəbhəsinin qalan üzvlərini məhv etmək üçün Narita şəhərinə yollanır. Leluş lideri olduğu Qara cəngavərlərlə birlikdə onları izləyir, Korneliyanı sağ ələ keçirib anasının ölümü barədə suallar vermək istəyir. Britaniya ordusu Yaponiya Azadlıq Cəbhəsinin qərargahına yaxınlaşanda Kallen yeni Naytmer modeli olan Guren Mk-II-dan istifadə edir. Qara cəngavərlər süni torpaq sürüşməsi yaradaraq Britaniya ordusunda böyük tələfata səbəb olurlar. 
11 "Narita döyüşü"
"Narita Kōbōsen" (ナリタ攻防戦) 
Satoşi Tobaİçiro Okoçi22 dekabr 20066 iyul, 2008[42][60][61]
Qara cəngavərlər qəfildən Britaniya ordusuna hücum edirlər. Hücum uğurlu alınır, Leluş və Kallen Korneliyanı küncə sıxışdırırlar. Yufemiyanın əmri ilə Suzaku Lanselot ilə Korneliyanı xilas etməyə gəlir. Suzaku Korneliyanı xilas edir və Leluşu küncə sıxışdırır. Leluşu xilas etmək üçün gələn C.C. xüsusi qabiliyyəti ilə Suzakuya psixoloji travma vurur. Daha sonra Qara cəngavərlər geri çəkilirlər, döyüş meydanını Yaponiya Azadlıq Cəbhəsi və Britaniya ordusu üçün buraxırlar. 
12 "Kyotodan mesaj"
"Kyōto kara no Shisha" (キョウトからの使者) 
Hiroaki KudoHiroyuki Yoşino5 yanvar 200713 iyul 2008[62][63][64]
Zero və Qara cəngavərlərin əsas üzvləri Leluşun uşaqlıqda Kururiqi məbədində rastlaşdığı və böyük nüfuza malik Tayzo Kirihara ilə görüşürlər. Zero cəld ona öz taktiki zirəkliyini və düşüncəsini nümayiş etdirir, onun dəstəyini və güvənini qazanmaq üçün əsl şəxsiyyətini göstərir. Leluş Tokioya qayıdanda Narita döyüşündə Şirli Fenettin atasının öldüyü haqqında məlumat alır. 
13 "Şarli atışma bölgəsində"
"Shārī to Jūkō" (シャーリーと銃口) 
Noriaki AkitayaHiroyuki Yoşino12 yanvar 200720 iyul 2008[65][66][67]
Kallen və Leluş Narita döyüşü haqqında mübahisə edirlər. Villetta Nu Şirliyə Leluşun Qara cəngavərlərin üzvü ola biləcəyini deyir və onu təqib etməsini istəyir. Şirli Yaponiya Azadlıq Cəbhəsi ilə Britaniya ordusu arasındakı döyüşə şahidlik edir. Leluş Yaponiya Azadlıq Cəbhəsinin yükdaşıyan gəmisini partladır, Qara cəngavərlərin hücumu üçün şərait yaradır, amma gəmidəkilərin ölümünə səbəb olur. Döyüş meydanına gələn Suzaku Leluşun Naytmerinə xəsarət verir və Şirli yaxınlığında qəza etməsinə səbəb olur. Şirli atasının qisasını almaq üçün onu öldürməyə cəhd edir, amma maskası düşəndə Şirli bunu edəcəyindən şübhə edir. 
14 "Qiass Qiassa qarşı"
"Giasu tai Giasu" (ギアス対ギアス) 
Makoto Babaİçiro Okoçi19 yanvar 200727 iyul 2008[42][68][69]
Leluş Şirlinin onun gizli şəxsiyyətini öyrəndiyindən şübhələnir, buna görə də C.C. ilə birlikdə Narita şəhərinə yollanır. Qara cəngavərlərin üzvü Oqi keçən gecə baş vermiş döyüşdən qalmış izlərə baxmaq üçün gəzərkən yaralanmış Villettanı tapır və evinə gətirir. Leluş insanların fikirlərini və düşüncələrini oxumaq, insanların düşüncələrini manipulyasiya edə bilmək Qiassına malik Mao adlı insanla rastlaşır. Mao Şirlinin düşüncələrini manipulyasiya edərək Leluşa atəş açmasını istəyir. Şirli son anda tərəddüd edir, C.C. Maonu müvəqqəti uzaqlaşdırır. Şirlinin kədər və günahdan parçalandığını görən Leluş Qiassı ilə onun bütün yaddaşını silir. 
15 "Cəsarətlənən Mao"
"Kassai no Mao" (喝采のマオ) 
Toru Yamadaİçiro Okoçi26 yanvar 20073 avqust 2008[70][71][72]
C.C. Leluşa Maonun tarixçəsi haqqında danışır. Məlum olur ki, Maonun zəif tərəfi Qiassını heç vaxt söndürə bilməməsidir, buna görə də ictimai yerlərdə gəzə bilmir. Villetta Oqinin evində oyanır, amma yaddaşının getdiyi məlum olur. C.C. Mao ilə şəxsən məşğul olmaq üçün Leluşu tərk edir, amma Mao C.C.-yə üstün gəlir. Leluş plan hazırlayıb C.C.-ni xilas edir, Qiassından istifadə edərək Britaniya polisinə Maoya atəş etmək əmrini verir. Döyüş yerindən uzaqlaşdıqdan sonra Leluş ilə C.C. söhbət edirlər. Leluş C.C.-yə Qiass gücünə nəzarət edəcəyinə və Mao kimi olmayacağına söz verir. 
16 "Nannalli girov saxlanılır"
"Toraware no Nanarī" (囚われのナナリー) 
Kazuo Miyakeİçiro Okoçi2 fevral 200710 avqust 2008[73][74][75]
C.C. təmsilçi kimi Çin Federasiyasına göndərilir, Milli Eşford isə Lanselotun yaradıcısı Lloyd Asplund ilə nişanlanır. Mao yenə qayıdır və Nannallini əsir alıb Eşford Akademiyasının kanalizasiya sisteminə gətirir. Nannalini xilas etmək üçün Suzaku və Leluş birlikdə işləyirlər. Suzakunun fiziki göstəriciləri və Leluşun intellekti ilə Maonun planları alt-üst olur. Mao yaxalananda Suzakuya uşaqlıqda atasını öldürdüyünü deyir, Leluş Maonu Qiassı ilə sakitləşdirir, geri qayıdan C.C. Maonu öldürür. 
17 "Cəngavər"
"Kishi" (騎士) 
Kazuya MurataYuiçi Nomura9 fevral 200724 avqust 2008[76][77][78]
Klovisə həsr olunmuş memorial incəsənət muzeyinin təntənəli açılışında Yufemiya incəsənət əsərlərini qiymətləndirmək üçün jüri kimi təyin olunur. Leluş Kyoşiro Todonun yoldaşlarına liderlərini xilas etməkdə kömək etməyə qərar verir. Xilasetmə əməliyyatı zamanı Leluş Todonu Qara cəngavərlərə qatılmağa razı salır. Lanselot onları dayandırmaq üçün gəlir, amma onun gələcəyini qabaqcadan bilən Leluş hazırladığı planla ona əks-hücum edir. Lanselotun kokpiti xəsarət alır və Suzaku görünür. Şoka düşən Leluş qüvvələrinə geri çəkilmə əmri verir. Muzeydə Suzakunun britaniyalıların nifrət obyektinə çevrildiyini görən Yufemiya Suzakunu öz cəngavəri seçdiyini anons edir. 
17.5 "Maskanın həqiqəti"[Tərcümə]
"Kamen no Shinjitsu" (仮面の真実) 
YoxdurYoxdur16 fevral 2007Yoxdur[79]
Leluş Suzaku ilə olan dostluğundan və indiki məqsədlərindən söz açır. 
18 "Sənə əmr edirəm, Suzaku Kururuqi"
"Kururugi Suzaku ni Meijiru" (枢木スザクに命じる) 
Satoşi Tobaİçiro Okoçi23 fevral 200731 avqust 2008[80][81][82]
Suzaku Yufemiyanın rəsmi cəngavəri olur, Leluş isə Qara cəngavərlər təşkilatını böyüdür. Dithard Rid Suzakuya sui-qəsd təşkil etməyi təklif edir, amma Leluş onunla bağlı başqa planlarının olduğunu açıqlayır. Leluş Suzakunu və Lanselotu ələ keçirmək üçün Şikinecima adasında Britaniya ordusuna qarşı əməliyyat təşkil edir. Uğur qazanmağa az qalmışkən, Şnayzel el Britaniya uçan hava gəmisi Avalonla peyda olub adanı bombalamaq əmri verir, Suzakuya həyatını qurban vermək bahasına olsa da, Zeronu öldürmək əmr olunur. 
19 "Tanrılar adası"
"Kami no Shima" (神の島) 
Şiniçi MasakiHiroyuki Yoşino2 mart 20077 sentyabr 2008[83][84][85]
Avalon adanı bombaladıqdan sonra Leluş, Yufemiya, Kallen və Suzaku özlərini sirli Kamine adasında tapırlar. Suzaku Kallenlə rastlaşır, onun Qara cəngavərlərin üzvü olduğunu və Gurenin pilotu olduğunu öyrənir. Eyni zamanda Yufemiya Leluşla rastlaşır və Leluş Zero olduğunu etiraf edir. Bu zaman Şnayzel, Lloyd və Sesil Krumi adanın qədim xarabalıqlarına səyahət edirlər. Leluş, Kallen, Yufemiya və Suzaku səhvən bu xarabalıqlara düşürlər və Leluş ilə Kallen qaçmaq üçün buradakı Naytmeri — Gavaynı oğurlayırlar. Suzaku itaətsizliyə görə saxlanılır, məlum olur ki, Leluş Qiassından istifadə edərək Suzakuya yaşa əmrini veribmiş və nəticədə, Suzaku həyatını ona verilən əmrdən üstün tutubmuş. Başqa yerdə isə sürgündə olan Yaponiya hökuməti Çin Federasiyanın köməyi ilə Kyuşuya qəfil hücum edir. 
20 "Kyuşu döyüşü"
"Kyūshū Sen'eki" (キュウシュウ戦役) 
Hiroaki KudoYuiçi Nomura9 mart 200714 sentyabr 2008[86][87][88]
Britaniya ordusu Lanselotla Kyuşuda Çin-yapon qüvvələrinə qarşı döyüşürlər. Bu zaman Nina Şahzadə Yufemiya ilə görüşür və Yufemiya Suzakuya ona olan hissələri haqqında danışmağa qərar verir. Lanselotun enerjisi bitəndə Suzaku küncə sıxışdırılır, amma Leluş və C.C Gavayn ilə gələrək ona kömək edirlər və enerjisini yeniləyirlər. İkisi birlikdə Kyuşu əməliyyatını bitirirlər. 
21 "Məktəb festivalı bəyannaməsi"
"Gakuen-sai Sengen!" (学園祭宣言!) 
Noriaki Akitayaİçiro Okoçi16 mart 200721 sentyabr 2008[89][90][91]
Eşford Akademiyasında illik festival keçirilir. Oqi, Villetta, Yufemiya və Kallen şəxsiyyətlərinin üzə çıxma riskinə baxmayaraq festivala gəlirlər. Yufemiyanın şəxsiyyəti hər kəsə məlum olduqda, çaxnaşma yaranır. Televiziya ilə canlı yayımda Yufemiya Fuci dağı ətrafında Yaponiya Xüsusi İdarəetmə Bölgəsinin (YXİB) yaradıldığını elan edir və burada on birlərin yapon adı ilə yaşaya biləcəklərini bildirir. Yufemiya bununla Leluş və Nannalliyə xoşbəxtlik gətirəcəyini düşünür. Amma Leluş başqa cür düşünür və onu sadəlövh hesab edir. 
22 "Qana bulaşmış Yufi"
"Chizome no Yufi" (血染めのユフィ) 
Makoto Babaİçiro Okoçi23 mart 20075 oktyabr 2008[92][93][94]
YXİB-in təntənəli açılış mərasimində Leluş və Yufemiya Yaponiyanın gələcəyi haqqında şəxsi söhbət edirlər. Yufemiya Leluşa üsyanını dayandırmağa razı salır, amma Leluş səhvən Qiassı üzərindəki nəzarətini itirir və Yufemiyadan zarafatyana bütün yaponları öldürməsini istəyir. Qiassın təsirində olan Yufemiya orduya mərasim iştirakçılarını öldürməyi əmr edir. Özünü günahlandıran Leluş heç olmasa vəziyyətdən istifadə etməyə qərar verir. Bunun Yufemiyanın hazırladığı tələ olduğunu bildirir və Qara cəngavərlərə Yaponiyanı qorumağı, Britaniya ordusuna hücum etməyi və Yufemiyanı öldürməyi əmr edir. 
23 "Ən azından kədər"
"Semete Kanashimi to Tomo ni" (せめて哀しみとともに) 
Şiniçi Masakiİçiro Okoçi
&
Yuiçi Nomura
30 mart, 200712 oktyabr 2008[95][96][97]
Yufemiyanın yeri məlum olduqdan sonra Leluş ona atəş açır və onu ölümcül yaralayır. Suzaku buna şahidlik edir və onu təcili Avalona gətirir. Yufemiya Qiassla döyüşməyə çalışır və ölməzdən qabaq Suzaku ilə söhbət edir. Suzaku onun ölümünə şahidlik etdikdən sonra V.V. peyda olur, özünü tanıdır və Yufemiyanın niyə belə qətliama səbəb olduğunu açıqlayır. Bu zaman Leluş Böyük Britaniyanı məhv etmək və Yaponiya Birləşmiş Ştatları (YBŞ) adlı yeni dövlətin yaratmaq üçün hazırladığı planını açıqlayır. Tezliklə bütün 11-ci bölgə Britaniyaya üsyan edir və Qara cəngavərlər Tokioya yönəlir. 
24 "Əzici meydan"
"Hōraku no Sutēji" (崩落のステージ) 
Kazuo Miyakeİçiro Okoçi29 iyul 200719 oktyabr 2008[98][99][100]
Qara cəngavərlər Britaniya ordusuna geri çəkilməyə məcbur edə bilirlər və Eşford Akademiyasını özləri üçün qərargah seçirlər. Leluş və C.C. Suzakunu tələyə salırlar və Lanselotun gücünü bağlayırlar. Villetta yaddaşını qazanır və Oqini vurur. Leluş Korneliya ilə qarşılaşır və Qiassın təsirində olan Andreas Darlton Korneliyanın Naytmerini sıradan çıxarır. Bu zaman Nannalli onu götürmək istəyən V.V. ilə tanış olur. 
25 "Zero"
"Zero" (ゼロ) 
Satoşi Tobaİçiro Okoçi29 iyul 200726 oktyabr 2008[17][99][101]
Leluş Korneliya üzərində Qiassı işlədir və Korneliyanın anasının qatilini bilmədiyi məlum olur. C.C. Nannalinin oğurlandığını hiss edir və Leluş Qara cəngavərləri döyüşün ortasında tərk edib Kamine adasına gedir. Leluşun Suzaku ilə qarşılaşdığı zaman C.C. Ceremiyanı yubatmağa çalışır. Kallen də Kamine adasına gəlir və Leluş ilə Suzaku arasında ədavətə şahidlik edir. Suzaku Leluşun maskasına atəş açaraq özünə və Kallenə onun əsl şəxsiyyətini məlum edir. Leluş ona yalvarır ki, Nannalini xilas etməkdə ona kömək etsin, amma bunu rədd edir. Hər ikisi eyni anda bir-birilərinə atəş açır və ekran qaralır. 


Media redaktə

Yapon redaktə

Bandai Visual animenin seriyalarını DVD, Blu-ray və Universal Media Disc formatlarında 9 cilddə yayımlamışdır.[6][7][8] Doqquz cild daha sonra iki cild halına salınmış və DVD jurnallar kimi buraxılmışdır.[9] "Black Rebellion" (azərb. "Qara üsyan"‎) mövsümün bütün seriyalarının bir diskdə cəmləşdiyi xüsusi nəşrdir.[10][102] Ən sonda, doqquz cildin DVDBlu-ray formatlarında boks-setləri yayımlanmışdır.[11][103]

Bandai Visual (Yaponiya, Region 2)
Cild Seriyalar DVD buraxılış tarixi Blu-ray buraxılış tarixi UMD buraxılış tarixi
I cild 1 26 yanvar 2007[104] 22 avqust 2008[105] 23 fevral 2010[106]
II cild 2–4 23 fevral 2007[107] 26 sentyabr 2008[108] 23 fevral 2010[109]
III cild 5–7 23 mart 2007[110] 24 oktyabr 2008[111] 23 fevral 2010[112]
IV cild 8–10 25 aprel 2007[113] 21 noyabr 2008[114] 23 fevral 2010[115]
V cild 11–13 25 may 2007[116] 19 dekabr 2008[117] 23 fevral 2010[118]
VI cild 14–16 22 aprel 2007[119] 23 yanvar 2009[120] 23 fevral 2010[121]
VII cild 17–19 27 iyul 2007[122] 20 fevral 2009[123] 23 fevral 2010[124]
VIII cild 20–22 24 avqust 2007[125] 27 mart 2009[126] 23 fevral 2010[127]
IX cild 23–25 25 sentyabr 2007[6] 24 aprel 2009[7] 23 fevral 2010[8]
DVD jurnal 1–13 21 dekabr 2007[128] Yoxdur Yoxdur
DVD jurnal 2 14–25 January 25, 2008[9] Yoxdur Yoxdur
Black Rebellion 1–25 22 fevral 2008[10] 24 iyul 2009[102] Yoxdur
Boks-set 1–25 27 yanvar 2012[11] 25 sentyabr 2013[103] Yoxdur

İngilis redaktə

Şimali Amerikada Bandai Entertainment mövsümün ilk 17 seriyasını özünü cəmləşdirən 4 cild yayımlamışdır.[14] Daha sonra seriyalar 3 hissə şəklinə salınmışdır.[14] Seriyalar boks-set şəklində 22 mart 2011-ci ildə yayımlanmışdır.[15]

Bandai Entertainment (Şimali Amerika, Region 1 DVD)
Cild Seriyalar Tarix İst.
I cild 1–5 5 avqust 2008 [14]
II cild 6–10 5 avqust 2008
III cild 11–13 2 dekabr 2008
IV cild 14–17 2 dekabr 2008
I hissə 1–9 5 avqust 2008
II hissə 10–17 2 dekabr 2008
III hissə 18–25 24 fevral 2009
Bok-set 1–25 22 mart 2011 [15]

Böyük Britaniyada Beez EntertainmentKazé seriyaları bok-set şəklində yayımlamışdır. Beez-in boks-seti 21 mart 2011-ci ildə satışa buraxılmışdır.[21] Kazé 2012-ci ilin oktyabrında London MCM Ekspo tədbirində mövsümün seriyalarını yayımlamaq hüququnu əldə etdiyini açıqlamışdır.[129] Kazé 21 yanvar 2013-cü ildə DVDBlu-ray bok-setlərini yayımlamışdır və Manga Entertainment distrubüter rolunda çıxış etmişdir.[22] Avstralasiyada Madman Entertainment 18 noyabr 2009-cu ildə DVD kolleksiya, 17 aprel 2013-cü ildə Blu-ray kolleksiya buraxmışdır.[28][29]

Şəkilli doramalar redaktə

Şəkilli doramalar (ピクチャードラマ, Pikuchā Dorama?) hərəkətsiz şəkillərdən ibarətdir və personajlar hekayəni nəql edirlər. Yaponiyada hər fərdi cildə şəkilli dorama əlavə edilmişdir.[104] 2013-cü ildə buraxılmış yeni Blu-ray boks-setinə yeni şəkilli dorama seriyası əlavə olunmuşdu.[130] Şimali Amerikada hər bir hissəyə 3 şəkilli dorama əlavə edilmişdir.[131]

Siyahı redaktə

Başlıq Yaponiya Şimali Amerika
"Səhnə 0.25"  I cildI hissə
Leluş və Nannalli Yaponiyaya çatırlar və Kururuqi ailəsi onlar üçün bir otaq ayırır. Leluş Nannalliyə yeni evlərinin pozitiv keyfiyyətlərini sadalayır. Suzaku onların söhbətinə gizlicə qulaq asır və Leluşun ailəsini kinayə ilə təhqir etdiyini düşünür. Məlum olanda ki, Leluş Nannallini rahatlaşdırmaq üçün yalan deyir, Suzaku üzr istəyir və otağı xəcalətlə tərk edir. 
"Səhnə 0.97"  Blu-ray boks-setYoxdur
Leluş Britaniya idarəçiliyindən olan narazılığından və özünü və Nannallini Britaniya taxtı ilə əlaqəsindən gizlətməyindən söhbət açır. 
"Səhnə 3.25"  II cildI hissə
Klovisin dəfn mərasimindən sonra Milli, Kallen, Nina və Şirli birlikdə hamama gedirlər və orada Leluş, Milli və Ninanın keçmişindən söhbət açırlar. 
"Səhnə 4.33"  III cildII hissə
Ceremiya və Villetta Suzaku haqqında danışırlar. Məlum olur ki, Ceremiyanın həyatda ən böyük təəssüfü Marinna, Leluş və Nannallinin ölümlərinin qarşısını ala bilməməsidir. Daha sonra ikisi Suzakunu məhkəməyə aparırlar. 
"Səhnə 6.75"  IV cildI hissə
Suzaku Rivalz ilə keçmişini paylaşır. Məlum olur ki, Suzaku orduya qatılmazdan qabaq avtomobil mağazasında işləyib və tək yaşayır. Daha sonra Suzaku hərbi bazaya yollanır, orada Sesil ona iş mühitində özünü evindəki kimi hiss etməsini istəyir. 
"Səhnə 8.75"  V cildII hissə
Leluş və dostları çimərliyə yollanırlar. Orada Korneliya nitq söyləyir. Nitq zamanı Leluş Nannallini imperator etmək hazırlığından söhbət açır 
"Səhnə 9.33"  VI cildIII hissə
Milli məktəbdə festival təşkil edir və Leluş ilə dostları festivala qatılır. Qızlar Leluş üçün savaşırlar və Milli ondan bir qız seçməsini tələb edir. 
"Səhnə 9.75"  VII cildII hissə
Nannalli Leluşdan C.C. ilə olan əlaqəsindən soruşur. Nannaliyə yapon sözlərini öyrətmək məqsədi ilə gələn Sayoko onların danışığını yarıda kəsir. 
"Səhnə 22.25"  VIII cildIII hissə
Nannalli televiziyada Yaponiya Xüsusi İdarəetmə Bölgəsinin açılışına qulaq asır və Yufemiya ilə keçirdiyi gecəni yada salır. Bu zaman Yufemiya Zero ilə görüşündən ayrılır və bütün media yayımı dayandırır. 
"Səhnə 23.95"  IX cildIII hissə
Suzaku uşaqlıqda Leluşun Britaniyanı məhv edəcəyinə verdiyi sözü yada salır. Suzaku Leluşu intiqam fikrindən daşındıra bilməməsindən təəssüflənir və onunla qarşılaşmağa tələsir. 

İstinadlar və qeydlər redaktə

Qeydlər

a b Seriya heç vaxt başqa dilə tərcümə olunmamışdır. İndiki ad IGN-yə aiddir.[42]

İstinadlar
  1. 1 2 "Code Geass: Lelouch of the Rebellion staff list". Bandai Entertainment. January 28, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  2. "New Anime Trailers Online". Anime News Network. October 2, 2006. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  3. "Code Geass: Lelouch of the Rebellion broadcast information". Geass.jp. September 23, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  4. 1 2 "Code Geass: Lelouch of the Rebellion" series information". Agency for Cultural Affairs (Japan). 2015-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  5. "Code Geass 24 and 25 early screening". Geass.jp. May 12, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  6. 1 2 3 "コードギアス 反逆のルルーシュ 9 DVD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  7. 1 2 3 "コードギアス 反逆のルルーシュ 9 Blu-ray". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  8. 1 2 3 "コードギアス 反逆のルルーシュ 9 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  9. 1 2 3 "コードギアス 反逆のルルーシュ DVDマガジン II". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  10. 1 2 3 "コードギアス 反逆のルルーシュ Special Edition Black Rebellion DVD". Bandai Visual. 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  11. 1 2 3 "コードギアス Collection コードギアス反逆のルルーシュ". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  12. "Bandai Entertainment Adds Code Geass, Three More Anime". Anime News Network. July 21, 2007. 2012-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  13. "Geass Director Taniguchi-san Discusses English VA". Bandai Entertainment. May 7, 2008. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  14. 1 2 3 4 "Code Geass products". Bandai Entertainment. April 23, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  15. 1 2 3 "Code Geass: Lelouch of the Rebellion Complete First Season". Amazon.com. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  16. 1 2 Brian Hudson. "The Click April 26–May 2". Anime News Network. April 26, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 15, 2016. (#invalid_param_val)
  17. 1 2 Brian Hudson. "The Click October 25–31". Anime News Network. October 25, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  18. "Code Geass News". Bandai Entertainment. February 3, 2009. April 20, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  19. "Code Geass Lelouch of the Rebellion Episode 1". Crunchyroll. December 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  20. Michelle. "Multiple Announcements from Funimation at Otakon". Funimation. August 10, 2013. December 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  21. 1 2 "Code Geass complete season". Amazon.com. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  22. 1 2 "Code Geass complete season 1 Blu-ray". Manga Entertainment. June 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016. (#invalid_param_val)
  23. "Madman Entertainment July 2008 Newsletter". Madman Entertainment. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  24. "ABC2 Joins the rebellion in January 2009". Madman Entertainment. June 2, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  25. "Code Geass Stage 1". ABC2. March 21, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  26. "Code Geass Stage 25". ABC2. January 21, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  27. "Code Geass Episodes 1 and 2 now viewable at Madman Screening Room+". Madman Entertainment. April 28, 2009. January 24, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  28. 1 2 "Code Geass Lelouch of the Rebellion collection". Madman Entertainment. April 22, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016. (#invalid_param_val)
  29. 1 2 "Code Geass Lelouch of the Rebellion Blu-ray collection". Madman Entertainment. April 22, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016. (#invalid_param_val)
  30. 1 2 "Code Geass Opening and Endings". Geass.jp. 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  31. "Stage 1". Geass.jp. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  32. "Code Geass Stage 1 summary". Bandai Entertainment. December 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  33. Brian Hudson. "The Click May 3–9". Anime News Network. May 3, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  34. "Stage 2". Geass.jp. 2011-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  35. "Code Geass Stage 2 summary". Bandai Entertainment. December 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  36. Brian Hudson. "The Click May 10–16". Anime News Network. May 10, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  37. "Stage 3". Geass.jp. 2011-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  38. "Code Geass Stage 3 summary". Bandai Entertainment. December 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  39. Brian Hudson. "The Click May 17–23". Anime News Network. May 17, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  40. "Stage 4". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  41. "Code Geass Stage 4 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  42. 1 2 3 4 5 "Code Geass episode guide". IGN. 2013-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  43. "Stage 5". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  44. "Code Geass Stage 5 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  45. Brian Hudson. "The Click May 31–June 6". Anime News Network. May 31, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  46. "Stage 6". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  47. "Code Geass Stage 6 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  48. Brian Hudson. "The Click June 7–13". Anime News Network. June 7, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  49. "Stage 7". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  50. "Code Geass Stage 7 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  51. "Stage 8". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  52. "Code Geass Stage 8 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  53. "Stage 8.5". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  54. Brian Hudson. "The Click June 21–27". Anime News Network. June 21, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  55. "Stage 9". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  56. "Code Geass Stage 9 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  57. Brian Hudson. "The Click June 28– July 4". Anime News Network. June 28, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  58. "Stage 10". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  59. "Code Geass Stage 10 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  60. "Stage 11". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  61. "Code Geass Stage 11 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  62. Brian Hudson. "The Click July 12–18". Anime News Network. July 12, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  63. "Stage 12". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  64. "Code Geass Stage 12 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  65. Brian Hudson. "The Click July 19–25". Anime News Network. July 19, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  66. "Stage 13". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  67. "Code Geass Stage 13 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  68. "Stage 14". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  69. "Code Geass Stage 14 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  70. Brian Hudson. "The Click August 2–8". Anime News Network. August 2, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  71. "Stage 15". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  72. "Code Geass Stage 15 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  73. Brian Hudson. "The Click August 9–15". Anime News Network. August 9, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  74. "Stage 16". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  75. "Code Geass Stage 16 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  76. Brian Hudson. "The Click August 23–29". Anime News Network. August 23, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  77. "Stage 17". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  78. "Code Geass Stage 17 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  79. "Stage 17.5". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  80. Brian Hudson. "The Click August 30– September 5". Anime News Network. August 30, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  81. "Stage 18". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  82. "Code Geass Stage 18 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  83. Brian Hudson. "The Click September 6–12". Anime News Network. September 6, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  84. "Stage 19". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  85. "Code Geass Stage 19 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  86. Brian Hudson. "The Click September 13–19". Anime News Network. September 13, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  87. "Stage 20". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  88. "Code Geass Stage 20 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  89. Brian Hudson. "The Click September 20–26". Anime News Network. September 20, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  90. "Stage 21". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  91. "Code Geass Stage 21 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  92. Brian Hudson. "The Click October 4–10". Anime News Network. October 4, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  93. "Stage 22". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  94. "Code Geass Stage 22 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  95. Brian Hudson. "The Click October 11–17". Anime News Network. October 11, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  96. "Stage 23". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  97. "Code Geass Stage 23 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  98. Brian Hudson. "The Click October 18–24". Anime News Network. October 18, 2008. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016. (#invalid_param_val)
  99. 1 2 "Stage 24 and 25". Geass.jp. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  100. "Code Geass Stage 24 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  101. "Code Geass Stage 25 summary". Bandai Entertainment. December 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2016.
  102. 1 2 "コードギアス 反逆のルルーシュ Special Edition Black Rebellion Blu-ray". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  103. 1 2 "コードギアス 反逆のルルーシュ 5.1ch Blu-ray collection box". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  104. 1 2 "コードギアス 反逆のルルーシュ 1 DVD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  105. "コードギアス 反逆のルルーシュ 1 Blu-ray". Bandai Visual. 2016-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  106. "コードギアス 反逆のルルーシュ 1 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  107. "コードギアス 反逆のルルーシュ 2 DVD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  108. "コードギアス 反逆のルルーシュ 2 Blu-ray". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  109. "コードギアス 反逆のルルーシュ 2 UMD". Bandai Visual. 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  110. "コードギアス 反逆のルルーシュ 3 DVD". Bandai Visual. 2016-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  111. "コードギアス 反逆のルルーシュ 3 Blu-ray". Bandai Visual. 2016-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  112. "コードギアス 反逆のルルーシュ 3 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  113. "コードギアス 反逆のルルーシュ 4 DVD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  114. "コードギアス 反逆のルルーシュ 4 Blu-ray". Bandai Visual. 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  115. "コードギアス 反逆のルルーシュ 4 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  116. "コードギアス 反逆のルルーシュ 5 DVD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  117. "コードギアス 反逆のルルーシュ 5 Blu-ray". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  118. "コードギアス 反逆のルルーシュ 5 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  119. "コードギアス 反逆のルルーシュ 6 DVD". Bandai Visual. 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  120. "コードギアス 反逆のルルーシュ 6 Blu-ray". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  121. "コードギアス 反逆のルルーシュ 6 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  122. "コードギアス 反逆のルルーシュ 7 DVD". Bandai Visual. 2016-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  123. "コードギアス 反逆のルルーシュ 7 Blu-ray". Bandai Visual. 2016-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  124. "コードギアス 反逆のルルーシュ 7 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  125. "コードギアス 反逆のルルーシュ 8 DVD". Bandai Visual. 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  126. "コードギアス 反逆のルルーシュ 8 Blu-ray". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  127. "コードギアス 反逆のルルーシュ 8 UMD". Bandai Visual. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  128. "コードギアス 反逆のルルーシュ DVDマガジン I". Bandai Visual. 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  129. "Anime Announcements at London MCM Expo". Anime News Network. October 28, 2012. 2013-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2016.
  130. "コードギアス 反逆のルルーシュ 5.1ch Blu-ray collection box". Geass.jp. December 30, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2013.
  131. DVD back-cover of Code Geass: Lelouch of the Rebellion Part 1–3 by Bandai Entertainment

Xarici keçidlər redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024