Coker (Qara cəngavər) Haqqinda Melumat - Vikipedia

Coker (Qara cəngavər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Coker (Qara cəngavər)

Coker (ing. The Joker) — Kristofer Nolanın 2008-ci ildə çıxarılmış "Qara cəngavər" adlı superqəhrəman filmində Avstraliya aktyoru Hit Ledcer tərəfindən canlandırılmış DC Comics uydurma mənfi obrazıdır. Ledcerin personaj interpretasiyası Betmen: Öldürən zarafatArkham Asylum: A Serious House on Serious Earth qrafik romanlarından təsirlənmişdir. Onun fiziki xüsusiyyətinə Qlazqo gülüşünü əhatə edən kloun makiyajı aiddir.

Coker
ing. The Joker
Qara cəngavərdə obraz
Hit Ledcer Coker rolunda
Yaradan Kristofer Nolan, Conatan Nolan
Canlandıran Hit Ledcer
Məlumat
Təxəllüslər Xaos daşıyıcısı
Cinsi Kişi
Milliyyəti amerikan
Niyə belə ciddisən?
Niyə belə ciddisən?

Anarxiyaxaos fəlsəfi ideyalarını rezümə edən bu canlandırma, Ledcerin Terri Gilliamın "Qrim qardaşları" fantastik filmindəki kloun səhnəsi də daxil olmaqla, əvvəlki rolları ifa texnikasını da ehtiva edir. Bundan başqa o, Frensis Bekonun rəsm əsərlərinə, Entoni Bercessin "Qurulan portağal" romanına və müxtəlif pank-rok ifaçılarına istinad edir.

Müasir dövrün ən ikonik performanslarından biri kimi qəbul edilən Coker, Ledcerin ən yaxşı işlərindən biri hesab edilir; aktyor özü bu rolu ən xoş rolu hesab edirdi. 2008-ci ilin iyulunda filmin çıxarılmasından altı ay sonra Hit Ledcer doza həddinin aşılmasından (sui-qəsd hesab edilir) vəfat etmişdir. Onun bu performansı sensasiya kimi qəbul edilmiş, tənqidçilər tərəfindən çox müsbət qarşılanmış, Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı da daxil olmaqla, aktyora ölümündən sonra bir çox mükafatlar qazandırmışdır.

Film redaktə

Qara cəngavər redaktə

Sizi ancaq pul maraqlandırır! Bu şəhər daha yaxşı cinayətkarlara layiqdir və mən onlara həmin cinayətkarı bəxş edəcəm!"

Coker

Coker 2008-ci ildə çıxarılmış Qara cəngavər adlı superqəhrəman filminin personajlarından biridir. Filmin birinci səhnəsində Coker onu müşayət edənlərlə birlikdə Mafiyanın sahibi olduğu bankı talayır. Oğrular heç kim sağ qalmayana kimi bir-birlərini öldürürlər, sonda isə Coker pulları götürərək gedir. O, Sal Maroni (Erik Roberts), Çeçen (Riçi Koster), Qembol (Maykl Cey Vayt) və çinli mühasib Lau (Çin Han) araındakı videokonfransı yarımçıq kəsərək mafiya pullarının yarısı qarşılığında Betmeni öldürməyi təklif edir. Qambol bu təklifdən imtina edir və “kloun”u ələ salır. Sonradan Coker Qembolu öldürür və onun imperiyasını öz nəzarəti altına alır.

Betmenin Launu Qotemə geri qaytardığını görən Maroni və Çeçen Cokerin təklifini qəbul etməli olur. Coker Betmenin maskasını çıxararaq əl üzünü göstərməsinə kimi, hər gün insanların öləcəyini elan edir, təhdidinin boş olmadığını göstərmək üçün Qotem Polis Komissarı Gillian B. Loeb (Kolin MakFarleyn) və hakim Canet Surillonu (Nidia Rodrigez) öldürür. Dent Betmen olduğunu elan etdikdən sonra Coker onu oğurlamağa çalışır, lakin, həbs olunur. Bentin itməsindən sonra Betmen Cokeri dindirir. Coker bildirir ki, həm də Dentin qız dostu (Brüs Veynin uşaqlıq sevgisi) Reyçel Deyvs (Meggi Cillenhal) itkin düşüb. Coker deyir ki, onlar iki fərqli yerdədilər və ikisinin də yanında saatlı bomba var, buna görə də onlardan yalnız birini xilas etmək mümkün olacaq. Betmen Denti xilas edir, partlayış zamanı baş vermiş yanğında onun üzü eybəcər hala düşür, Deyvs isə ölür. Daha sonra Coker qaçır.

Coker Lau və Çeçeni öldürür, ikincinin quldurlarını öz nəzarətinə alır. “Wayne Enterprises” şirkətinin hüquq təmsilçisi Koleman Riz (Coşua Harto) TV efirində çıxış edərək Betmenin kimliyini açıqlayacağını bildirdikdə, Coker efirə zəng edərək 60 dəqiqə ərzində Rizin ölməyəcəyi halda şəhər xəstəxanalarından birinin partlayacağını bildirir. Panika zamanı, Qotem Əsas Hospitalına gələn Coker tibb bacısı forması geyinir, Dentlə görüşür və onu Reyçelin ölümündə günahkar olanlardan qisas almağa inandırır. Daha sonra o, xəstəxananı partladır və bir avtobus insanı əsir götürərək aradan çıxır. Daha sonra, o, şəhərdən təxliyə edilən əhalinin yerləşdirildiyi iki gəmiyə bombalar yerləşdirir. Bombaları partladacaq düymələri isə gəmi sakinlərinə verir. Onun şərtinə görə, əgər gəmi sakinlərindən biri digərini partlatmasa özü gəmilərin ikisini də partlatmalı olacaq. Lakin, hər iki gəmidəki insanlar bir-birindən xəbərsiz digərini partlatmamağa qərar verir. Betmen əsirləri xilas etdikdən sonra Cokerin silahlarını və bombaların düymələrini onun əlindən alır, özünü isə pəncərənin qabağında asılmış vəziyyətdə qoyub gedir. Coker gülümsəyərək Betmenə onların əbədi bir-birləri ilə döyüşmək üçün yarandıqlarını deyir. Coker şəhər əhalisinin Dentin “iki üzü” haqqında öyrəndikdən sonra ümidini itirməsi ilə “Qotemin ruhu uğrunda mübarizə”də qalib gəlmiş olacağını bəyan edir. Polislər tərəfindən həbs edilərkən o, isterik şəkildə gülür. Betmen, Dentin ölümünə görə məsuliyyəti öz üzərinə götürməklə Cokerin planının baş tutmasına imkan vermir.

Fon redaktə

“...Mən hiss edirəm ki, bu mənim özümü çox ciddiyə almamağım üçün bir imkandır, müəyyən səbəblərə görə [Coker] məni özünə cəlb edir və mən bilirəm ki, ona nəsə verə bilərəm. Və məndə bunu necə etmək haqqında ideya da yaranıb."

Hit Ledcer nəyə görə superqəddar obrazına
üstünlük verməsini izah edərkən.[1]

Yenicə fəaliyyətə başlamış bir aktyor kimi, Hit Ledcer canlandırdığı rollara o qədər də ciddi yanaşmırdı. 22 yaşından etibarən çəkildiyi bəzi filmlərə baxmağa başlamasından sonra, onun münasibəti dəyişir. Çəkildiyi filmlərin əslində özünü görmək istədiyi filmlər olmadığını başa düşən Ledcer, peşəkar seçiminə qarşı daha ehtiyatla və hörmətlə yanaşmağa başlayır.[2] 2005-ci ildə çıxarılmış Qrim qardaşları filmi aktyor üçün bir dönüş nöqtəsi rolunu oynayır, rejissor Terri Gilliam Ledcerə (və onun tərəf müqabili Mett Deymona), ona əvvəl verilməmiş mükəmməl obrazlar yaratmaq imkanı bəxş edir.[3] Gilliam Ledcerə bu filmdə kloun obrazını canlandırmağıa kömək edir, buradan qazandığı təcrübəni aktyor sonradan Coker obrazını yaradarkən istifadə edir.[2]

Rejissor Kristofer Nolan illər ərzində müxtəlif rollar üçün Ledcerlə görüşlər keçirir. Betmen: Başlanğıc filmində Brüs Veyn obrazı üçün müraciət edildikdə, Ledcer bu cür filmlər üzərində işləməkdə maraqlı olmadığını bildirir.[4] Aktyor superqəhrəmanları canlandırmaq məsələsində qarşılaşdığı problemləri dilə gətirərək deyirdi: “Mən özümü sadəcə axmaq və səfeh hiss edirəm. Mən belə rola çəkilə bilmərəm, insanlar var ki, bu cür rolların öhdəsindən mükəmməl gəlirlər, lakin mən belə rolda özümü ciddi qəbul edə bilmirəm.”[1] Lakin, sonradan “Betmen: Başlanğıc” filmindən təsirlənən Ledcer, Nolandan Coker rolunu istəyir.[4] Aktyorun qorxmazlığından təsirlənən rejissor, rolu əminliklə ona etibar edir.[5] Ssenari hazır olmamış Hit Ledcerin Coker rolunu canlandıracağı müəyyənləşdirilir.[6]

Performans redaktə

Hit Ledcer Cokeri psixopat, kütləvi qırğın törədən, şizofrenik, sıfır empatiyası olan kloun” kimi canlandırıb.[7] Personajın əvvəlki canlandırmalarından fərqli olaraq, təzəliyi xüsusi vurğulayan aktyor, obrazın yeni və qeyri adi təfsirini təqdim edib.[5]

Ledcer və Nolan üzbəüz oturaraq obrazın filmdə iştirakını müzakirə etmiş, personajın kim olması haqqında baxış bucaqlarını bir-birləri ilə bölüşmüşdülər. AnarxiyaXaos fəlsəfi ideyalarına söykənən obrazın görünüşünün yaradılması üçün Frensis Bekonun sənət əsərlərinə baxılmış, obrazın canlandırılması üçün, Malkolm Makdauellin Stenli Kubrikin Qurulan portağal filmində canlandırdığı Aleks obrazına baxılmış və həmin obrazın Entoni Bercessin eyni adlı romanında necə təsvir edilməsi öyrənilmişdir.[8] Rola hazırlaşması üçün Ledcerə Alan Murun “Betmen:Öldürücü zarafat” qrafik romanı verilmişdir. Daha sonra aktyor, Qrant Morrisonun “Arkam dəlixanası: Ciddi dünyada ciddi ev” qrafik romanını oxumuşdur.[9] MTV-yə verdiyi müsahibədə Ledcer deyirdi ki, onun canlandırdığı Coker bu vaxta kimi personajın ən şən halıdır və “çətin ki, bundan sonra bu obraz daha şən formada təsvir edilə”.[10]

Təsvir redaktə

Bilmək istəyirsən bu şramlar hardan əmələ gəlib? Mənim atam əyyaş və vəhşi idi, bir gün o, həmişəkindən daha çox özündən çıxdı. Anam özünü müdafiə etmək üçün mətbəx bıçağını əlinə aldı, lakin, atamın bu xoşuna gəlmədi! Və budur, o mənim gözümün qabağında anamı bıçaqladı, daha sonra isə dəli kimi gülməyə başladı. Sonra mənə tərəf çevrildi və dedi: "Niyə belə ciddisən, oğlum!?" O, əlindəki bıçaqla yanıma gəldi, bıçağı ağzıma qoydu və dedi: "Gəl sənin üzünə təbəssüm çəkək!"

Coker

Ənənəvi Coker geyim rənglərində olan personaj, 60-cı illərin tərzində qalstuk və yaşıl jilet, onun üzərindən isə bənövşəyi palto geyinmişdir[11] ki, bu da Yeni Romantika pop mədəniyyət hərəkatına işarədir.[12] Onun ayaqqabıları yuxarı boğzası və iti burnu ilə təlxək ayaqqabısını xatırladır.[11]

Niyə əsəbisən? Üzümdəki şramlara görə? Danışım sənə bunlar hardan əmələ gəlib? Mənim arvadım var idi, gözəl! Sənin kimi! O, mənə deyirdi ki, mən çox kədərliyəm. Deyirdi ki, mən tez-tez gülümsəməliyəm. O, oyunçu idi və bir gün bu köpək balıqlarına həddən artıq borcu meydana gəldi. Onlar onun üzünü kəsdilər, bizim əməliyyat üçün pulumuz olmadı və bu onu öldürürdü. Mən sadəcə istəyirdim ki, o yenidən bircə dəfə gülümsəsin, bilsin ki, şramlar mənim heç vecimə də deyil, buna görə də ülgücü ağzıma qoyub özümü bu hala saldım. Və bilirsən nə oldu? O mənə baxa bilmədi və çıxıb getdi. İndi mən bütün ironiyanı görürəm, indi mən həmişə gülümsəyirəm.

Coker

Cokerin dalğalı saçları yaşıl rəngdə olmaqla dağınıq görünüşə malikdir. Onun qırışlı və cadar üzü bəyaz boya ilə örtülüb, gözlərinin ətrafı isə qara boya ilə rənglənib. Bu makiyajın üzərindən parlaq qırmızı boya ilə Qlazqo gülüşü çəkilib.[11] Film tənqidçisi Piter Travers bu haqqda bəhs edərkən yazır ki, Coker “...qranj saçları və sarı dişləri ilə cəhənnəmdən yenicə qaçmış kimi görünür.”[13]

Personajın maneraları gözlənilməz xarakter daşıyır. O, səsi ilə tək dəyişim edərək dialoqlar zamanı yüksək notları vurğulayır, həmçinin bəzən iki oktavaya qədər səsini endirə bilir. Nolan bu gözlənilməzliyin personajın fiziki sinsiliyinin bir hissəsi olmasından bəhs edən Nolan deyir ki, “Ledcerin performansı bir sürprizdir...”[8] “Los Angeles Times”dan Ceff Buşer Cokerin fiziki görünüşündən bəhs edərkən yazır ki, personaj “... tez-tez dili ilə üzündəki şramları yalayır və çaqqal kimi çiynini əyərək yeriyir.”[14]

İnkişaf redaktə

Bilirsən nə diqqətimi çəkir? Hər şey plan üzə getdikdə heç kim panikaya düşmür. Plan hər nə qədər dəhşətli olsa da! Əgər mən sabah mətbuata quldurlardan birinin öləcəyini və ya əsgərlərlə dolu yük maşınının havaya uçacağını elan etsəm, heç kim panikaya düşməyəcək, çünki, bunlar hamısı planın bir hissəsidir. Lakin, mən dedikdə ki, hansısa yazıq mer ölcək, ətrafda hər kəs başını itirir. Bir qədər anarxiya. Müəyyən edilmiş qaydaların pozulması və ətrafda hər şey xaosa çevrilir. Mən - xaosun daşıyıcısıyam. Bilirsənmi, xaosun əsasını nə təşkil edir? Qorxu!

Coker

Hit Ledcerin agenti Stiv Aleksand deyir ki, “Qara cəngavər” filmi üçün aktyorla “ödə və ya oyna” razılaşması əldə edilmişdi, buna görə də, o, istəklətinin nə qədər çılğın olmasından asılı olmayaraq, Coker kimi istədiyi hər şeyi etməkdə sərbəst idi. Həkim Parnassın təsvirləri filminin rejissoru Nikola Pekorini qeyd edir ki, Ledcer onunla Conni Deppin Karib dənizinin quldurları filmində yaratdığı personaj haqqında danışarkən “Qara cəngavər” filmində buna bənzər “içindəki bütün atəşi çıxarmağa kömək edəcək” bir obraz yaratmağı fikirləşdiyini demişdi.[15] Ledcerin filmin istehsalının ilkin mərhələsində rolu canlandıracağı dəqiqləşdirildiyindən, Nolan qeyd edirdi ki, onun bu rola hazırlaşması üçün ayları vardır.[8]

Altı həftə ərzində özünü otel otağında həbs edən Ledcer personajın gündəliyini yazmış, səsi ilə eksperimentlər etmiş və özünü obraz üçün hazırlamışdır. Bu proses haqqında bəhs edərkən o deyir: “Mən personajla əlaqəli bütün komiks kitablarını oxuyur, daha sonra isə gözümü yumaraq sadəcə meditasiya edirdim.”[16] Onun bu müddətdə yazdığı gündəlikdə obrazla bağlı qaralama fikirləri və çoxlu cırıqlar var.” “The Independent”dən Kristofer Huton qeyd edir ki, “Coker jurnalı”nda Stenli Kubrikin “Qurulan portağal” filmindən bəzi səhnələr, Coker kartları, çaqqal şəkilləri, kədərli kloun makiyajları və yaşıl rənglə yazılmış “xaos” sözləri var idi. Bundan başqa gündəlikdə QİÇS, mina, beyin zədələnməsindən əziyyət çəkən dahi kimi Cokerin əyləncəli hesab etdiyi şeylərin siyahısı da vardır.[17] Müəyyən edilmişdir ki, Ledcer Qrant Morrisonun “Gecə yarısı kloun” (Betmen #663) əlyazmasını oxumuş v yuxarıda adı qeyd edilən yazıçısının fikirlərinə istinad etmişdir.[18]

Ledcer personaja “dəlisov qatilin xaraketri üçün açar” rolunu oynayacaq ikonik səs və gülüşün yaradılmasının vacibliyini xüsusi qeyd edir.[19] Ledcerin personaj üçün fikirləşdiyi erkən və “özünəməxsus” səs tembrindən bəhs edərkən Nolan qeyd edir ki, aktyor vantrilok butaforiya yolu ilə danışmağı öyrənmişdi. Rejissor həm də müəyyən etmişdi ki, Ledcerin Coker personajı üçün nəzərdə tutduğu səs tembri Aleksandr texnikasına əsaslanırdı.[20]

Ledcer Cokerin səsini və maneralarını tədricən, kamera testləri vasitəsiylə inkişaf etdirmişdir. “Hərəkət etmək lazım deyil, yalnız oxu” deyə Nolan test çəkilişlərində Ledcerə tapşırıq vermişdi. Saç və makiyaj testləri zamanı Ledcer personajın hərəkətləri üzərində işləməyə başlamışdı. Test çəkilişləri səssiz olduğundan o Cokerin səsini içində saxlamış və bu yolla “sanki obrazı mənimsəmişdir”.[8]

“Daxili. O, qırmızı və qara, qırmızı və qara gülür və gülməli heç nə qalmayana kimi gülür. Çox incəliklə o, ağzı vasitəsiylə özünü büruzə verir.”

Hit Ledcerin Coker gündəliyi qaralamalarından.[17]

Protez nəzarətçisi Konor O’Sullivan qeyd edir ki, aktyor personajın fiziki görünüşü üzərində işləyərkən onun üzündəki makiyaja “çox aludə olmuşdur.”[5] O’Sullivan Ledcer, Nolan və makiyajçı Con Kaqlionenin birlikdə Nolanın istinad etdiyi Frensis Bekonun rəsmini tədqiq etdiklərini xəbər verir. Ledcer şəxsən çoxsaylı rezin bıçaqlar arsından Cokerin silahını seçmiş, kostyum dizayneri Lindi Hemminq ilə birgə personajın geyimlərinin hazırlanmasında iştirak etmişdir.[5]

Nolan qeyd edir ki, “Biz Frensis Bekonun sıxıntısını [onun üzündə] əks elətdirdik. Bu, baxışlarda əks olunan rüşvət və tənəzzül idi. O, çox çirkli idi. Siz hətta onun necə iyrənc qoxduğunu da təsəvvür edə bilərsiz.”[21] Kostyumların xaotik görünüşünü işləyərkən kostyum dizayneri Lindi Hemminq, Pit Doerti, iqqi Pop, Conni Rotten və Sid Vikius kimi kontrkultural pop mədəniyyət rəssamlarından təsirlənmişdir.[5][22] O, Cokerə “çox tərləmiş” və “qalmağa evi olmayan” bir insan görünüşü vermişdir. O, “personajın özünə baxmamasına səbəb olmuş keçmişi”ni onun geyimlərində əks etdirməyə çalışmışdır.[5]

İcra redaktə

“Onun elədiyi hər şey, hər bir jesti, hər bir mimikası, səsi ilə etdiyi incə detallar bu personajın ürəyindən danışır. Bunlar hamısı özünü mükəmməl anarxiya və xaos ideyasına həsr etmiş personajın ideyasını əks etdirir. Bu elementlərin necə birləşdirilməsini təsəvvür etmək çox çətindir. Onun hərəkətləri mənə məşhur səssiz komediya filmi qəhrəmanlarını xatırladır. Onda bir az [Baster] Kiton, bir az da [Çarli] Çaplin var.”

Kristofer Nolan Ledcerin performansı haqqında [23]

Hit Ledcerin makiyajı elə hazırlanmışdı ki, o, xüsusi mimikaları göstərə bilsin. Kaqlione Ledcerin mimika işini "rəqs” adlandırır. Bu üz teksturası texnikası ağ boya üçün hazırlanmışdı. Ledcer gözünü yumduqda isə o, qara makiyajı işləyirdi. Daha sonra Ledcerin alnına və gözlərinin üstünə su səpilmiş, gözlərini bərk yuman aktyorun başını silkələməsi ilə qara makiyaj axaraq ağ makiyaj üzərində ləkələr qoymuşdu.[11]

Obraza girə bilmək üçün Ledcer özü ilə çəkiliş meydanında daşıdığı Coker gündəliyindən istifadə edirdi. Dubllar arasında Hit Ledcer kstyumda olmasına baxmayaraq özü olmağa çalışırdı. Aktyor Coker paltarında insanlarla zarafat edir, skeytbord sürür və siqaret çəkirdi. Con Kaqlione qeyd edir ki, Ledcer ətrafdakı insanlara sakitləşməyə kömək edir, “obrazın xarakterinin onu əzməsinə imkan vermirdi.”[24]

 
Filmdə istifadə olunmuş Coker kostyumu 2011 San-Diyeqo Komik-kon Beynəlxalq Festivalında.

İlk növbədə filmin IMAX açılışı, “proloq” çəkilmişdi. Cokerin maskada gəzdiyi və minimal dialoq olan bu səhnəni çəkiliş cədvəlində əvvələ salan Nolanın məqsədi, Ledceri çəkilişin yarada biləcəyi narahatçılıqdan azad etməklə özünü sərbəst hiss etməsinə şərait yaratmaq idi.[8]

Betmenin Cokeri sorğuya çəkməsi səhnəsi Ledcerin tam performans göstərdiyi ilk səhnə olmuşdu.[8] Həm rejissor, həm də əsas rolları canlandıran aktyorlar açar səhnələrin əvvəlcə çəkilməsi fikrini bəyənmişdilər. Məşqlərdə aktyorlar əşyalardan istifadə etməyərək əsas çəkilişlər üçün qənaət edirdilər. Beyl təsdiqləyir ki, məşqlərdə Ledcer Cokerin səsindən istifadə etməmiş və obraza girmək üçün çəkilişlərin başlamasını gözləmişdir.[25] Sonradan filmdə sevdiyi səhnə haqqında bəhs edən Nolan deyir: “Mən heç vaxt kiminsə Hitin Beylə etdiyi kimi zərbə endirdiyini görməmişdim.”[26]

Cokerin təhdid videolarının çəkilməsi və rejissorluğu Ledcerə həvalə edilmişdi. Onun hər çəkilişi digərindən fərqlənir. Oğurlanmış jurnalistlə (Entoni Maykl Holl) çəkilmiş səhnə Nolanı çox təəccübləndirmiş və ilk çəkilişdən videonu qəbul etmişdi.[27]

Hit Ledcer həmişə çəkiliş meydanına ilk gələn aktyorlardan biri olmuşdur. Kaqlionenin bildirdiyinə görə, onun ilk gördüyü iş çəkiliş və işçi heyəti ilə qucaqlaşaraq görüşməsi olurdu. “Gün ərzində nə qədər işləməsi və əziyyət çəkməsindən, makiyajın son hissələrinin silinməsinə qədər nə qədər yorulmasından asılı olmayaraq, sonda o, hamı ilə qucaqlaşaraq sağollaşdıqdan sonra çəkilş meydanını tərk edirdi.”[28] Çəkilişlərin sonunda özünün Coker gündəliyində Ledcer yazır “BYE BYE”.[29]

Ledcerin ölümünün təsiri redaktə

Qara cəngavər filminin çəkilişlərinin tamamlanmasından sonra 22 yanvar 2008-ci ildə 28 yaşlı Ledcer artıq dərman dozasından vəfat etmiş, onun qəfil vəfatı mətbuatın diqqətini çəkmişdir. “Ölümündən sonra hər gün geri qayıdaraq [montaj zamanı] ona baxmaq həqiqətən də çox emosional idi” deyə Nolan qeyd edir. “Lakin, mən şanslı idim ki, onun fəxr edəcəyi və tamamlanmasını mənə etibar etdiyi işə materiala malik idim.”[30] Ledcerin çəkilişləri tamamlanmış bütün səhnələri filmdə əks olunmuşdur; filmin montajı zamanı Nolan Ledcerin performansını tamamlamaq üçün heç bir dijital effektdən istifadə etməmişdir.[31] Rejissor Kristofer Nolan filmi Ledcerin xatirsəinə ithaf etmişdi.[32][33]

Ledcerin ölümü həm Nolanın “Qara cəngavər” filminin[34], həm də Terri Gilliamın “Həkim Parnasın təsvirləri” filminin marketinq kompaniyasına, istehsal və marketinq prosesinə təsir etmişdir; Nolan və Gilliam Ledcerin filmlərdə iştirakını xüsusi vurğulamışlar.[30][34][35][36]

Qəbulu redaktə

Elan və erkən qəbul redaktə

31 iyul 2006-cı ildə Warner Bros. “Qara cəngavər” filminin çəkiləcəyini və Hit Ledcerin Coker rolunu canlandıracağını elan etmişdi.[37] Hər kəsi təəccübləndirən bu qərar[38], o dövr üçün mübahisəli hal kimi qəbul edilmiş[39] və internetdə çoxlu mənfi rəylər almışdır.[40][41][42]

2007-ci ildə ilk treylerinin çıxarılmasından sonra, film və Ledcerin yaratdığı Coker obrazı həm izləyici kütləsi, həm də peşəkarlar tərəfindən çoxsaylı müsbət rəylər almışdır. Meksikalı film rejissoru Gilyermo del Toro Ledcerin performansına təəccübünü ifadə edərək, onu “həqiqətən, həqiqətən əsəbi və qorxunc” adlandırmışdı. Amerikalı Betmen yazarları Pol Dini və Cef Leb Ledcerin performansı haqqında müsbət fikirlər səsləndirmişdilər. Cek Nikolsonun performansını tənqid edən Leb Ledcerin təfsirini şərh edərkən aktyor seçiminin düzgün olduğunu vurğulayaraq demişdir: “Mən səbrsizliklə daha çoxunu gözləyirəm!”[43]

Tənqidçilərin mövqeyi redaktə

“Hit Ledcer möhtəşəmdir. Kino tarixinin ən həyəcanverici və məftunedici ifalarından biri ilə Coker yenidən canlandırılmışdır.”

Riçard Karlis, TIME[44]

Hit Ledcerin canlandırdığı Coker obrazı tənqidçilər tərəfindən böyük rəğbətlə qəbul edilmiş və aktyorun ölümündən sonra bir çox mükafatlara, o cümlədən Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatına[45], Filmdə ən yaxşı ikinci plan kişi roluna görə Qızıl Qlobus mükafatına[46], Ən yaxşı ikinci plan kişi roluna görə BAFTA mükafatına[47], Ən yaxşı ikinci plan kişi roluna görə Saturn mükafatına[48], İkinci plan kişi rolunda əlamətdar ifaya görə Ekran Aktyorları Gildiyasının mükafatına[49], 2008-ci il Avstraliya Film Mükafatları çərçivəsində Ən Yaxşı Aktyor Beynəlxalq mükafatına[50] layiq görülmüşdür.

“Rolling Stone”-dan Piter Travers yazır ki, “Mən yalnız Coker kimi dəlisov-çılğın və parlaq olan Ledcer haqqında xoş sözlər deyə bilərəm.” O, bildirir ki, populyar psixologiya əsasında Cokeri yenidən təqdim edən film sələfindən daha dərindir.[51] Aktyor heyətini qiymətləndirən Travers qeyd edir ki, onların hər biri filmə özünün “A səviyyəli” ifasını əlavə etmişdir.[51] Treversin fikrincə Ledcer Cokeri Cek Nikolsonun Cokerindən uzaqlaşdıraraq daha qaranlıq ərazilərə aparır; o, Ledcerin Oskar mükafatı almasına dəstəyini göstərmişdir.[51]

“Chicago Sun-Times”dan Rocer Ebert qeyd edir ki, Hit Ledcerin canlandırması “açar ifa”dır və ola bilsin ki, 1976-cı ildə Piter Finçin mükafata layiq görülməsindən sonra Hit Ledcer ölümündən sonra mükafat alan ilk aktyor olacaq.[52]

“Empire” jurnalından Mark Daynninq Hit Ledcerin ifasını “monumental” adlandırır və yazır ki, “Qara cəngavər Ledcerin filmidir. Bu çox güclü ifadır...Lənətə gəlmiş təbiətin gücüdür.”[53] Hit Ledcerin ifasını dəyərləndirən Kevin Smit onu “inanılmaz” adlandırır, “bütün zamanların ən qorxulu, ağıllı və yaxşı canlandırılmış qəddarı” elan edir.[54] “The Daily Telegraph”dan Mark Li qeyd edir ki, Ledcer “qəddarlığın həqiqətən də həyəcanlandıran, parlaq və incə simasını yaratmışdır.” “The Times”dan Tim Timan qeyd edir ki, “Ledcer o qədər qorxunc və gözlənilməzdir ki, sadəcə onun ekranda peyda olması belə, izləyicilərin həyəcanlanmasına səbəb olur.” “Total Film”in şərhində Ledcerin ifasını “şah əsər” adlandıraraq bildirilir ki, “O, parlaq bir ikona kimi həmişə yaşayacaqdır... Bu Cokerin yekun obrazıdır.” “The Hollywood Reporter”dən Kirk Hanikatt Ledcerin performansını “gözəllik” adlandırır.[55] “Entertainment Weekly” filmi onillik yekunlaşdırıcı siyahısına daxil edərək qeyd edir ki, “Hər bir böyük qəhrəmanın böyük qəddara ehtiyacı var. Və 2008-ci ildə Kristian Beylin Betmeni Hit Ledcerin dəlisov dərviş Cokeri timsalında özünə layiq qəddar tapmışdır.”[56] Emanuel Levi yazır ki, Ledcer tamamilə “rolun dərinliyinə dalır.”[57] “The New Yorker”dən Devid Denbi Ledcerin “qorxuducu və qəddar” performansını qiymətləndirərək, onu filmin uğurunun səbəblərindən biri adlandırır. Denbi Ledceri “ovsunlayıcı” adlandırır və deyir: “Onun performansı qəhrəmansayağı, həyəcanlı bağlanış aktını təqdim edir: bu gənc aktyor uçuruma baxır.”[58]

Film tənqidçiləri, aktyorlar Maykl Keyn və Meqqi Cillenhol və başqaları Beylə qoşularaq Hit Ledcerin “Qara cəngavər” filmindəki ifasının nəzərə alınaraq 2008-ci il Oskar mükafatlarına namizədliyə layiq olduğunu bildirmişlər.[59]

İstinadlar redaktə

  1. 1,0 1,1 Collura, Scott. The Dark Knight: Heath Ledger Talks Joker Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine 7 November 2006. Yoxlanılıb: 14 fevral 2016.
  2. 2,0 2,1 Neumaier, Joe A look at how Heath ledger viewed his career Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine Daily News,, 16 November 2006. Yoxlanılıb: 14 fevral 2016.
  3. Otto, Jeff. Interview: Matt Damon and Heath Ledger Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine IGN, 22 August 2005. Yoxlanılıb: 14 fevral 2016.
  4. 4,0 4,1 Christopher Nolan Reflects On His Batman Trilogy, Heath Ledger & More Arxivləşdirilib 2016-08-09 at the Wayback Machine, 3 Dec 2012. Yoxlanılıb: 14 fevral 2016.
  5. 5,0 5,1 5,2 5,3 5,4 5,5 Jolin, Dan. The Making of The Joker Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine Dec 2009. Yoxlanılıb: 14 fevral 2016
  6. Mattina, Eric. "Christopher Nolan Spends the 'Knight' at Lincoln Center: 5 Things Learned About Batman and Beyond". Indiewire. November 29, 2012. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2016.
  7. Lyall, Sarah. "Movies: In Stetson or Wig, He's Hard to Pin Down". The New York Times. November 4, 2007. May 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2016.
  8. 8,0 8,1 8,2 8,3 8,4 8,5 Interview: Christopher Nolan Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine, verbicidemagazine.com, December 4th, 2012, Yoxlanılıb: 14 fevral 2016
  9. Lesnick, Silas. "IESB Exclusive: Heath Ledger Talks the Joker!". The Movie Reporter. IESB.net. November 10, 2007. February 15, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2016.
  10. Horowitz, Josh. Heath Ledger Discusses Delving Into Dylan For I'm Not There and Channeling Sid Vicious For The Dark Knight Arxivləşdirilib 2017-07-08 at the Wayback Machine, 12 November 2007. Yoxlanılıb: 14 fevral 2016
  11. 11,0 11,1 11,2 11,3 PuppetMaster. Redesigning the Bat Suit for The Dark Knight Arxivləşdirilib 2014-11-26 at the Wayback Machine Yoxlanılıb: 15 fevral 2016.
  12. The Dark Knight Set Visit: Lindy Hemming Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine, 2008. Yoxlanılıb: 15 fevral 2016.
  13. Travers, Peter. The Dark Knight Arxivləşdirilib 2018-06-24 at the Wayback Machine, 18 July 2008. Yoxlanılıb: 15 fevral 2016.
  14. Boucher, Geoff. Christopher Nolan's Knight Vision Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine, 6 July 2008. Yoxlanılıb: 15 fevral 2016.
  15. Biskind, Peter. The Last of Heath Arxivləşdirilib 2021-10-07 at the Wayback Machine, Hollywood, August 2009. Yoxlanılıb:15 fevral 2016.
  16. Richards, Olly. World Exclusive: The Joker Speaks Arxivləşdirilib 2015-09-28 at the Wayback Machine EMPIRE. 28 November 2007. Yoxlanılıb:15 fevral 2016
  17. 17,0 17,1 Hooton, Christopher. A look inside Heath Ledger's sinister Joker journal Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine, BST, 10 August 2015. Yoxlanılıb:15 fevral 2016.
  18. Vineyard, Jennifer. Arkham Asylum Scribe Grant Morrison Opens Up On Heath Ledger's Joker Diary Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine, 4 August 2008. Yoxlanılıb:15 fevral 2016.
  19. voice to the villain presents quite the acting challenge[ölü keçid], usatoday.com, 7/17/2008, Yoxlanılıb:15 fevral 2016
  20. Murray, Rebecca. Writer/Director Christopher Nolan Talks About 'The Dark Knight' And Heath Ledger's Incredible Performance Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine about entertainment. Yoxlanılıb:15 fevral 2016.
  21. James, David. "Indy, Batman, Narnia All Return in 2008". MSNBC. January 14, 2008. January 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2016.
  22. "Dressing the Joker". IGN. February 25, 2008. February 28, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2016.
  23. Writer/Director Christopher Nolan Talks About 'The Dark Knight' and Heath Ledger's Incredible Performance Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine, Rebecca Murray, movies.about.com, Yoxlanılıb: 20 fevral 2016
  24. Van Luling, Todd. 5 Stories You've Never Heard Before About Heath Ledger As The Joker Arxivləşdirilib 2017-10-17 at the Wayback Machine, Posted 4 April 2015. Updated 4 July 2015. Yoxlanılıb: 20 fevral 2016.
  25. Bowles, Scott. Giving voice to the villain presents quite the acting challenge Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine, Posted on 15 July 2008. Updated on 17 July 2008. Yoxlanılıb: 20 fevarl 2016.
  26. Boucher, Geoff. Christopher Nolan revisits his favorite scene in Dark Knight Arxivləşdirilib 2018-10-20 at the Wayback Machine, 28 Oct 2008. Yoxlanılıb: 20 fevarl 2016.
  27. "Merrick" (pseudonym). "Nolan Talks DARK KNIGHT Blu-Ray, a 100,000 Person Screening of the Film (Featuring Live Q & A w/ Nolan), TDK Sequel, and More!!". Ain't It Cool News. December 5, 2008. Archived from the original on March 21, 2011. İstifadə tarixi: 20 fevral 2016.. .
  28. Oscar Nominated Make-Up Artist Arxivləşdirilib 2022-01-09 at the Wayback Machine, time, at 53:00. Yoxlanılıb: 20 fevral 2016
  29. Heath Ledger's Creepy Joker Diary Revealed Arxivləşdirilib 2022-04-21 at the Wayback Machine, 31 May 2013. Yoxlanılıb: 20 fevral 2016
  30. 30,0 30,1 Carroll, Larry. "'Dark Knight' Stars, Director Want Film To 'Celebrate' Heath Ledger's Work". MTV. March 18, 2008. March 22, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  31. Brown, Scott. "Dark Knight Director Shuns Digital Effects for the Real Thing". Wired. June 24, 2008. June 27, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  32. "Dark Knight Dedicated to Ledger". BBC News. June 27, 2008. September 14, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2008.
  33. Jolin, Dan. "The Dark Knight". Empire. 228. July 2008: 92–100.
  34. 34,0 34,1 Halbfinger, David M. "Batman's Burden: A Director Confronts Darkness and Death". The New York Times. March 9, 2008. 1, 16. April 17, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  35. Kilpatrick, Christine. "Production Suspended on Heath Ledger's Latest Movie". People. January 24, 2008. April 20, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  36. "Ledger's Death Puts Last Films in a Bind". CNN. January 24, 2008. January 3, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  37. Batman sequel title announced Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine 31 July 2006. Yoxlanılıb: 20 fevral 2016.
  38. Jolin, Dan. The Making Of The Joker Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine, December 2009, Yoxlanılıb: 20 fevral 2016.
  39. Finamore, Brian. Robin Williams' Batman Near Misses! The Riddler? The Joker? Hugo Stange? Arxivləşdirilib 2015-09-30 at the Wayback Machine, 15 August 2014, Yoxlanılıb: 20 fevral 2016.
  40. Rowles, Dustin. Christopher Nolan Foolishly Casts Heath Ledger Over Paul Bettany as The Joker in Batman Begins Sequel Arxivləşdirilib 2018-03-04 at the Wayback Machine, Posted 3 August 2006. Reloaded 1 April 2013. Yoxlanılıb: 20 fevral 2016.
  41. Beall, Mark. Nolan Defends Heath Ledger Casting Arxivləşdirilib 2015-09-30 at the Wayback Machine, 11 October 2006. Yoxlanılıb: 20 fevral 2016.
  42. Acuna, Kirsten. Everyone Was Also Furious With The Initial Casting Of Heath Ledger As The Joker Arxivləşdirilib 2017-12-02 at the Wayback Machine, 23 Aug 2013. Yoxlanılıb: 20 fevral 2016.
  43. Billington, Alex. Del Toro's, Dini's and Loeb's Reaction to Heath Ledger's Joker Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine 21 Dec 2007. Yoxlanılıb: 20 fevral 2016.
  44. Carliss, Richard. Batman Is Back Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine 9 July 2008. Yoxlanılıb:20 fevral 2016
  45. Neumaier, Joe. Slumdog Millionaire wins Oscar for Best Picture; the late Heath Ledger is Best Supporting Actor Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine, 23 Feb 2009. Yoxlanılıb: 20 fevral 2016.
  46. Elseworth, Catherine. Golden Globes 2009: Heath Ledger wins best supporting actor for The Dark Knight Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine, GTM, 12 Jan 2009. Yoxlanılıb: 20 fevral 2016.
  47. Winslet wins best actress Bafta Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine, GMT, 8 Feb 2009. Yoxlanılıb: 20 fevral 2016.
  48. Kilday, Gregg Dark Knight tops Saturn Awards Arxivləşdirilib 2015-09-29 at the Wayback Machine, EDT 24 June 2009. Yoxlanılıb: 20 fevral 2016.
  49. Brown, Lane. PGA and SAG Bow to Peer Pressure, Name Slumdog Millionaire Best Picture Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine, Yoxlanılıb: 20 fevral 2016.
  50. Heath Ledger honoured by Australian film industry Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine, GTM, 8 Dec 2008. Yoxlanılıb: 20 fevral 2016.
  51. 51,0 51,1 51,2 Travers, Peter. "Dark Knight". Rolling Stone. July 18, 2008. July 9, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016. (#invalid_param_val)
  52. Ebert, Roger. "The Dark Knight". Chicago Sun-Times. rogerebert.com. July 16, 2008. January 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  53. Dinning, Mark. The Dark Knight Arxivləşdirilib 2014-12-15 at the Wayback Machine, Yoxlanılıb: 20 fevral 2016.
  54. Smith, Kevin. Kevin's Review: The Dark Knight Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine, 6 July 2008. Yoxlanılıb: 20 fevral 2016.
  55. Davies, Rebecca. ["http://www.telegraph.co.uk/culture/film/filmreviews/3556524/The-critics-verdict-on-Heath-Ledger-in-The-Dark-Knight.html Arxivləşdirilib 2022-03-01 at the Wayback Machine The critics verdict on Heath Ledger in The Dark Knight], BST, 16 July 2008. Yoxlanılıb: 20 fevral 2016.
  56. Geier, Thom; Jensen, Jeff; Jordan, Tina; Lyons, Margaret; Markovitz, Adam; Nashawaty, Chris; Pastorek, Whitney; Rice, Lynette; Rottenberg, Josh; Schwartz, Missy; Slezak, Michael; Snierson, Dan; Stack, Tim; Stroup, Kate; Tucker, Ken; Vary, Adam B.; Vozick-Levinson, Simon; Ward, Kate (December 11, 2009), "THE 100 Greatest MOVIES, TV SHOWS, ALBUMS, BOOKS, CHARACTERS, SCENES, EPISODES, SONGS, DRESSES, MUSIC VIDEOS, AND TRENDS THAT ENTERTAINED US OVER THE PAST 10 YEARS." Entertainment Weekly. (1079/1080):74-84
  57. Levy, Emanuel. "Movie Review: Dark Knight, The: A". emanuellevy.com. n.d. 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  58. Denby, David. "Past Shock". The New Yorker. July 21, 2008. June 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  59. Smith, Nina Hämmerling. "Movie News: Ledger's Knight Costars Call for Posthumous Oscar". TV Guide. July 28, 2008. December 14, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.

Xarici keçidlər redaktə

ch0000180IMDb səhifəsi


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023