Con Kennedi adına Beynəlxalq Hava Limanı Haqqinda Melumat - Vikipedia

Con Kennedi adına Beynəlxalq Hava Limanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Con Kennedi adına Beynəlxalq Hava Limanı

Con Kennedi adına beynəlxalq aeroport (BHNA kodu JFK, BMAT kodu KJFK, FAA işarəsi JFK) — Nyu-Yorkdakı Kuins mahalında yerləşmiş beynəlxalq aeroport, ABŞ-nin ən mühüm hava limanlarından biridir. Sahibi Nyu-York şəhəridir. Tikintisi 1942-ci ildə başlanmışdır. Köhnə adı İdlvayld aeroportu, 1963-cü ildə Con Kennedi şərəfinə adlandırılmışdır. 1957-ci ilədək yeganə müvəqqəti terminal var idi. 1970-ci ildə 6-cı terminal əmələ gəldi. İndi səkkiz terminal və dörd uçuş-eniş zolağı (iki asfalt-beton, qalanlar beton) var. Yeddi təyyarə anqarı və bir yük maşını qarajı var. Hazırda hava yollarının əksəriyyəti 4-cü terminaldadır (17 geyt var). Habelə təxminən 100 yük hava yolları işləyir. 1958-1971-ci illərdə 8 yeni terminal tikinib. 1998-2003-cü illərdə dəmir yol rabitəsi tikilmişdir. 1998-ci ildə həmçinin yeni 1-ci terminal (11 geyt) açılmışdır. 11 sentyabr terror aktlarından sonra aeroport Birləşmiş Ştatlarda ilk bağlanmış hava limanları arasında olub. TWA Uçuş Mərkəzi (indiki 5-ci terminal) amerikan memarı Ero Saarinen tikinmişdir. 2006-cı ildə 42,600,000 sərnişin köçürtdü. Bir neçə avtobus xəttilə Nyu-York metropoliteniLonq-Aylend dəmir yolu ilə birləşdirir. 2007-ci ilin martın 19-da Kennedi adına aeroport ABŞ-də Airbus A380-i qəbul etmiş ilk hava limanı olub. LaQvardiya və Nyuark aeroportları ilə bərabər Kennedi aeroportu eyni məlumat sistemi işlədir (sarı nişanlar sərnişinləri geytlərə və uçuş xidməti məntəqələrinə istiqamətləndirir, yaşıl nişanları yerüstü nəqliyyata, qara nişanları isə tualetlərə, telefonlara və başqa yerlərə istiqamətləndirir). Aeroport habelə bir neçə filmlərdə təsvir edilir.

TWA uçuş mərkəzi

Baş vermiş qəzalar redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə



Saytda 16 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024