Con Lokk Haqqinda Melumat - Vikipedia

Con Lokk Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Con Lokk (ing. John Locke, İngiliscə tələffüz: [/d͡ʒɒn lɒk/];[a] 29 avqust 1632[1][2][…], Rinqton[d], Somerset qraflığı[4][5]28 oktyabr 1704[3][1][…], Hay-Leyver[d], Esseks[d]) — İngiltərə filosofuhəkimi. O, adətən Maarifçilik dövrünün ən təsirli mütəfəkkirlərindən biri hesab edilir və "liberalizmin atası" olaraq tanınır.[11][12][13]

Con Lokk
ing. John Locke
Doğum tarixi 29 avqust 1632(1632-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 oktyabr 1704(1704-10-28)[3][1][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Hay-Leyver qəbiristanlığı[d][6]
Vətəndaşlığı
İstiqaməti empirizm
Əsas maraqları fəlsəfə[9], epistemologiya, siyasi fəlsəfə[10], tibb[10]
Təsirlənib Tomas Hobbs, Rene Dekart, Hüqo Qrotsi, Robert Filmer, Samuel fon Pufendorf, Entoni Eşli-Kuper
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lokk Ser Frensis Bekonun ənənəsini izləyərək İsaak Nyuton (1642–1727) və Devid Yum (1711–1776) ilə birlikdə ilk britaniyalı empirik filosoflarından biri hesab edilir. O, sosial müqavilə nəzəriyyəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Lokk Tomas Hobbs (1588–1679) və Yum ilə birlikdə Maarifçilik dövrünün ilk kontraktualistlərindəndir. Onun fəaliyyəti epistemologiyasiyasi fəlsəfənin inkişafına böyük dərəcədə təsir göstərmişdir. Onun yazıları Volter (1694–1778) və Jan Jak Russoya (1712–1778), Maarifçilik dövrünün şotland mütəfəkkirlərinin əksəriyyətinə, o cümlədən amerikan inqilabçılarına təsir etmişdir. Onun klassik respublikaçılıqliberal nəzəriyyəyə verdiyi töhfələr Birləşmiş Ştatlar İstiqlaliyyət Bəyannaməsində əks olunur.[14]

Lokkun idrakın nəzəriyyəsi müasir kimlikmənlik anlayışlarının mənşəyi kimi qəbul edilir. Onun bu nəzəriyyəsi növbəti illərdə yaşamış Jan Jak Russo, Devid Yum və İmmanuel Kant (1724–1804) kimi filosofların əsərlərində istifadə edilmişdir. Lokk özü şüurun arasıkəsilməzliyi ilə izah edən ilk adam idi. O, doğulanda insan ağlının boş vəziyyətdə və ya tabula rasa olduğunu postulatlaşdırmışdır. Əvvəlcədən mövcud olmuş anlayışlara əsaslanan Dekart fəlsəfəsinin əksinə, o, insanların fitri ideyalar olmadan dünyaya gəldiyini və bunun əvəzinə, biliyin mənanın qavranılmasından törəyən təcrübə ilə müəyyən edildiyini irəli sürmüşdür. Bu konsepsiya indiki dövrdə empirizm adlanır.[15] Müşahidələrində bir şeyin təkrarlanan surətdə sınaqdan keçirilə bildiyini və heç nəyin təkzib edilməkdən azad olmadığını irəli sürən elm ideologiyasını nümayiş etdirən Lokk demişdir: "Mənim nə yazdığımdan asılı olmayaraq, onun həqiqət olmadığını aşkar etdiyim vaxt əlim onu yanğına atacaq ən qabaqcıl [vasitə] olacaq". Bu, Lokkun empirizm inancının nümunələrindən biridir. Digərlərinin işlərini mübahisə mövzusuna çevirən Lokkun daxili müşahidə, yəni öz-özünün hissdavranışlarını təhlil etmə metodu formalaşdırdığı iddia edilir.[16]

Həyatı və işləri redaktə

İlk illəri redaktə

Con Lokk 29 avqust 1632-ci il tarixində, Böyük Britaniyanın Bristol şəhərindən təqribən 19 kilometr (12 mil) uzaqlığında, Somerset qraflığının Rinqton kəndində, kilsə yanındakı küləşlə örtülmüş kiçik bir kottecdə anadan olmuşdur. O, valideynlərinin hər ikisi də puritan olduğundan həmin gün xaç suyuna salınır. Lokkun atası – Con Çu-Maqda kəndindəki beynəlxalq hakimə məmur, İngiltərədə vətəndaş müharibəsinin ilkin dövrlərində parlament qüvvələrinin kavaleriya kapitanı kimi xidmət göstərən bir müvəkkil idi.[17] Onun anası Aqnes Kin idi. Lokkun Tomas adlı kiçik qardaşı var idi. Lokk olduqca zəngin bir ailədən gəlirdi. Onun babası Nikolas Lokk vaxtilə var-dövlət əldə etmiş və bir parça emalatxanası açmışdır.[18][19] Lokkun anadan olmasından çox keçməmiş onun ailəsi Bristolun təqribən 11 kilometr (6.8 mil) cənubunda olan Pensford bazar şəhərinə köçür. Lokk Pensfordun 1 mil (1.6 km) şimalında olan Bellutonda yerləşən tüdor evində böyümüşdür.[20]

Lokk 1647-ci ildə parlament üzvü və atasının keçmiş komandiri Aleksandr Pophemin maddi yardımı ilə London şəhərində yerləşən prestijli Vestminister məktəbinə yazdırılır.[17] Oradakı təhsilini bitirən Lokk 1652-ci ilin payızında, 20 yaşında ikən Oksford Universitetinə bağlı Krayst-çerç kollecinə qəbul olunur.[21] Lokk, bacarıqlı tələbə olmasına baxmayaraq, dövrün tələbə kurikulumuna qıcıqlanırdı. O, universitətdə tədris edilən klassik material düşüncəyə əvəzinə, Dekart və Pyer Qassendi kimi müasir filosofların əsərlərinə daha çox maraq göstərirdi.[22] Lokk həmçinin, latınqədim yunan dillərini, o cümlədən sxolastika öyrənir.[23]

Lokk tələbə vaxtlarından daha çox digər universitetlərdə, o cümlədən gələcəkdə üzvlərindən biri olacağı Kral Cəmiyyətində öyrədilən tibb və həmin dövrdə meydana çıxan eksperimental fəlsəfə ilə maraqlanırdı.[22] O, Vestminister məktəbindən tanıdığı dostu Riçard Louer vasitəsilə onlarla yaxından tanış olur. Lokk tez-tez Louerin qeyri-rəsmi mühazirələrini dinləyər, təbii elmlərlə təcrübə aparardı.[23]

Lokk Oliver Kromvelin edam edilməsi ilə II Karlın hakimiyyətinin bərpa edilməsini dəstəkləyir. O, həmin dövrdə Krayst-çerçdəki tələbələrdən olan Edvard Beşouya iki esse yazır və burada xalqın dinini sadəcə vətəndaş cəmiyyətinin seçə biləcəyini irəli sürür.[24] Fransa filosofu Simona Qoyar-Fabra görə, bu yazılar Tomas Hobbsunkuna bənzər fikirlərin ifadəsidir.[25]

Lokk 1658-ci ilin iyun ayında magistr dərəcəsi ilə, 1659-cu ildə isə bakalavr dərəcəsi ilə məzun olur.[26] O, 1665-ci ildə ser Volter Veyn ilə birlikdə indiki Almaniya ərazisində yerləşən Kleve şəhərinə gedir ki, Brandenburq kürfürstü I Fridrix Vilhelm ilə danışıqlar aparsın, lakin o, təhsilini davam etdirmək üçün həmin il Oksforda qayıdır. O vaxta qədər Oksfordda tibb mövzusu üzrə geniş tədris almış, həmçinin Louerə əlavə olaraq, Robert Boyl, Tomas Uillis, o cümlədən Robert Huk kimi alim və mütəfəkkirlər ilə birlikdə çalışmış olan Lokk 1675-ci ilin fevral ayında tibb üzrə bakalavr dərəcəsi qazanır.[27][28] Lokk daha sonra Oksford Universitetində lektorluq etməyə başlayır. O, 1660-cı ildən sonra yunan dili, 1662-ci ildən sonra retorika, 1663-cü ildən sonra isə etika üzrə lektorluq edir.[29]

Lokkun atası 17 fevral 1661-ci ildə vəfat etdikdən sonra o, bir neçə torpaq sahəsi və kottecə varis olmuşdur. Bu, onun gənc yaşlarında dövrün ingilis cəmiyyətində torpaq sahibi təbəqəsinə yüksəltmişdi.[27]

Şeftsberiyə xidmət etməsi redaktə

 
Con Lokkun anadan olduğu kottec evi.

Qaraciyərinin yuxarısındakı kistadan əziyyət çəkən I Şeftsberi qrafı Entoni Eşli-Kuper müalicə almaq üçün 1666-cı ildə Oksforda gəlir, Lokk isə bu zaman onunla tanış olur. Şeftsberinin vəziyyəti kritikləşir. Lokk Şeftsberi ilə əməliyyat olunması üçün danışır və buna nail olur. Şeftsberi bu əməliyyatdan sağ çıxır və Lokkun onun həyatını xilas etdiyini bildirir.[30] Şeftsberi ona tövsiyə edir ki, öz tibb bacarığını qiymətləndirsin.[31] Lokkun Şeftsberi ilə tanış olması onun həyatında açar nöqtədir. Lokk o vaxtlarda iş axtarırdı və 1667-ci ildə Şeftsberinin şəxsi həkimi olaraq işləmək üçün onun Londondakı evinə köçür.[32] Əlavə olaraq, Lokka gələcəkdə mənəvi filosof olacaq III Şeftsberi qrafı Entoni Eşli-Kuper də daxil olmaqla qrafın nəvələrinin təhsillərinə nəzarət etmək vəzifəsi verilir.[33] Lokk Londonda olarkən Tomas Sidenhemin rəhbərliyi ilə tibbi araşdırmalarına davam etmişdir ki, Sidenhamın Lokkun təbii fəlsəfi ağlına əhəmiyyətli təsiri olmuşdur.[34]

Lokk 1668-ci ildə London Kral Cəmiyyətinin, 1669-cu ildə isə onun şurasının üzvü seçilir.[35] 1668-ci ildə Lokk "Tolerantlıq haqqında məktub" əsərini yazır ki, o, burada 1660–1662-ci illərdə yazdıqlarının əksinə tərəfkeşlik edir. 1669–1675-ci illərdə o, Karolinada qurulmuş müstəmləkədə inzibatçılıq işləri görür.[36] Şeftsberi vəzifəsindən azad edilməzdən bir ay əvvəl İngiltərə hökumətinə bağlı ticarət və plantasiyalar şurasının katibi təyin edilir. Buna görə də Şeftsberi və Lokk Amerikanın müstəmləkələşdirilməsindəAmerika kölə ticarətində iştirak edir, kölə ticarəti ilə məşğul olan Kral Afrika Kompaniyasına yatırımlar edirdi.[37]

Viq hərəkatının qurucusu olan Şeftsberinin Lokkun siyasi ideyaları üzərində böyük təsiri olmuşdur. Lokk Şeftsberinin 1672-ci ildə lord-kansler seçilməsi ilə siyasətdə iştirak edir. O, Şeftsberinin siyasi gücünün 1675-ci ildə zəifləməsindən sonra Fransaya köçür, deputat Kaleb Benks ilə birlikdə ölkəni müəllim və tibbi köməkçi olaraq gəzir. Lokk 1676-cı ilin yanvar ayından 1677-ci ilin fevral ayına qədər Monpelyedə qalır ki, o, bu zaman dövrün tanınmış protestant həkimləri olan Şarl Barbeyrak və Pyer Manol, o cümlədən Dekartın ardıcılı olan Pyer-Silven Reji ilə görüşür. O, 1677-ci ilin fevralında Monpelye şəhərini tərk edir, TuluzaBordo şəhərlərinə səyahət edir, iyun ayında isə Paris şəhərinə çatır. O, burada fəlsəfə üzərində işləməyə davam edir və Dekartın əsərlərinin fransızca olan buraxılışlarını oxuyur.[38]

Lokk Şeftsberinin siyasi təsiri 1679-cu ildə qısa bir müddətə bərpa olunduğu zaman İngiltərəyə geri dönür.[39] O, bu dövrdə "Dövlətin iki traktatı" əsərini yazır. Əvvəllər düşünülürdü ki, Lokk bu əsəri 1688-ci ildə baş vermiş Şanlı inqilabı dəstəkləmək üçün yazmışdır, ancaq bəzi müasir alimlər irəli sürüb ki, bu əsər həmin tarixdən əvvəl ərsəyə gətirilib. Əsər indiki dövrdə, xüsusilə də Robert FilmerTomas Hobbsun fikirlərinin əksinə, mütləq monarxiyanın əleyhinə və siyasi legitimliyin əsasını fərdin razılığının təşkil etməsi anlayışının lehinə ümumi arqument kimi qəbul edilir. Baxmayaraq ki, Lokk təsir dairəsi geniş olan Viqlərlə əlaqələndirilir, onun təbii hüquqlar və dövlət haqqında olan ideyaları müasir dövrdə İngiltərə tarixinin o dövrü üçün olduqca inqilabi olduğu hesab edilir.

Hollandiyaya köçməsi redaktə

 
Con Lokkun portreti. Müəllif: Con Qrinhill.

İngiltərə 1679-cu ildə kralın varisliyi məsələsinə görə ciddi bir siyasi böhrana daxil olur. Bundan əlavə, Şeftsberi və onun yoldaşları II Yakovun taxta çıxmasını istəmirdi. Elə bu kontekstdə də Papa sui-qəsdi gerçəkləşir. Yeni bir mütləqiyyətçi monarxdan qorxan Şeftsberi "Çıxarılma haqqında qanun"u təsdiqlətmək istəyir. Lakin II Karlın parlamenti buraxması nəticəsində bu plan uğursuz olur. Beləliklə, Viqlər iki yerə – moderatlar və Şeftsberiyə qoşulan radikallara bölünür. II Karl daha sonra Şeftsberini xəyanətlə təqsirləndirməyə cəhd edir. Təhlükə altına düşdüyünü hiss edən Şeftsberi 1682-ci ildə Hollandiyaya qaçır.[40]

Artıq daha sonra Viqlərə çevriləcək bir qrupun lideri olan Şeftsberi Ray-Haus planı adında bir dövlət çevrilişinə cəhd edir. Plana əsasən, II KarlII Yakov qətlə yetiriləcəkdi.[41] Ancaq bu plan axırda uğursuz olur. Lokk Şeftsberi və yoldaşlarının əməllərindən xəbərdar idi.[42][43] Lakin onun planda birbaşa iştirakına aid heç bir tutarlı dəlil yoxdur. Əksinə, analitiklərin fikrincə, o, plandan əlindən gəldikcə yayınmağa çalışırdı. Həmçinin, qəsdçilərdən heç biri Lokkun bu planda iştirak etdiyi deməmişdir.[44] Lokkun Şeftsberi ilə olan münasibəti və onun dostlarının çoxunun siyasi fəal olduğuna[45] və iştirakçılarının bir neçəsinin onun dost-tanışı olduğuna[46] görə, Lokk bu planın iştirakçılarından biri olduğu şübhəsi altında qalır. Böyük Britaniya tarixşünası Devid Vuton qeyd edir ki, "Lokkun Ray-Haus planında iştirak etməsinə aid heç bir təkzibedilməz bir sübut yox idi və hələ də yoxdur. Fəqət hər şey bunu[n gerçək olduğunu] göstərir".[47] Hakimiyyət onun qəsdçilərdən biri olmasından şübhələnirdi ki, buna görə də Lokk təqib edilməyə başlayır. Özünə zərər gəlməsindən qorxan Lokk buna görə bir müddət İngiltərədə gizlənsə də, 1683-cü ilin sentyabrında Hollandiyaya qaçır.[48]

1684-cü ildə Krayst-çerç kollecinin dekanı II Yakovun təzyiqi ilə Lokku kollecdən qaibanə xaric edir. Ömrü boy Oksford Universitetinin qətiyyətli bir üzvü olan Lokk bu qərara etiraz edir.[49] Lokkun Oksforda olan rəğbəti qarşılıqlı deyildi. Ray-Haus planının uğursuzluğundan sonra Oksford Universiteti 21 iyul 1683-cü il tarixində Roberto Bellarminin "Papanın gücü" və "Şura və kilsə mübarizi", Corc Bükenenin "Şotlandiya qanunları", Con Miltonun "İkonoklast" və "İngiltərə xalqının müdafiəsi", Riçard Baksterin "Müqəddəs birlik", Tomas Hobbsun "Vətəndaş haqqında" və "Leviafan" əsərləri kimi "şahzadələrin, onların dövlətinin və hökumətinin və bütün insan cəmiyyətinin müqəddəs şəxsləri üçün dağıdıcı olan bəzi zərərli kitablara və lənətə gəlmiş doktrinalar"ı təbliğ edən, yəni kralların ilahi hüququna qarşı çıxan bütün kitabları ictimai formada yandırmaq qərarını alır.[50] Bu kitabların demək olar hamısı Lokk tərəfindən sevilirdi. Bundan savayı, 1684-cü ildə universitetdə çalışan bir çox professor Lokku stüartlara qarşı düşmənçilik etməklə ittiham edir.

Lokk Hollandiyada qalarkən Monmut üsyanının maliyyəçilərindən olan Tomas Deyr kimi siyasi mühacirlərlə görüşürdü. Lokk 1685-ci ilin may ayında Hollandiya hökuməti Lokku həbs ediləcək mühacirlər siyahısına əlavə edir bir müddət gizlənməli olur.[51] Filosof və roman müəllifi Rebekka Nyuberger Qoldşteyn irəli sürür ki, Lokk Hollandiyada keçirdiyi beş ilində dostlarını Benedikt Spinozanın loyal konfidantları kimi azad təfəkkürlü və dissident protestant qrupların üzvləri arasından seçirdi. Onun fikrinə görə, Lokkun güclü şəkildə empirik olması onu Spinozanın "Etika" traktatı kimi metafiziki əsərlərini oxumaqdan soyudurdu. Başqa sözlə, Lokk "Spinozanın ideyalarını, xüsusilə də onun siyasi və dini tolerantlıq, eləcə də kilsə ilə dövlətin ayrılmasının lehinə olan arqumentlərini çox gözəl dərk edirdi".[52] Lokk Hollandiyada ikən yazılarına davam etməyə vaxt tapır. O, vaxtının əhəmiyyətli bir hissəsini "İnsan anlayışı haqqında məktub"un üzərində daha çox işləmək və "Tolerantlıq haqqında məktub"u yazmaqla keçirir. Lokkun 1687-ci ildə Haaqa şəhərinə olan səfərlərinin birində III Oranlı Vilhelm ilə tanış olduğu güman edilir.[53]

İngiltərəyə qayıtması redaktə

Lokk Şanlı inqilab baş tutandan sonra – 1689-cu ilin fevral ayının 12-də I Mordaunt vikontu Con Mordauntun köməyi ilə İngiltərəyə qayıdır.[54] Lokk bu zaman İsaak Nyuton ilə tanış olur və onlar yaxın dosta çevrilirlər.[55] Lokkun əsərlərinin nəşr edilməsi məhz bu dövrə təsadüf edir. Onun "İnsan anlayışı haqqında məktub",[56] "Dövlətin iki traktatı"[57] və "Tolerantlıq haqqında məktub"[58] əsərləri 1689-cu ildə[b] dalbadal olaraq nəşr edilir. Axırıncı əsər 1690-cı ilin aprel ayında ciddi rezonansa səbəb olur. Oksford keşişlərindən bu əsərə gələn cavablara görə Lokk "Tolerantlıq haqqında ikinci məktub" (1691) və "Tolerantlıq haqqında üçüncü məktub"u yazmasına (1692) səbəb olur.[59] O həmçinin, hüquqlar haqqında qanunun hazırlanması kimi siyasi layihələrdə fəal şəkildə iştirak edir.[60][c]

Lokk 1691-ci ildə "Faizin azaldılması və pulun dəyərinin qaldırılması haqqında bəzi düşüncələr" əsərini, 1693-cü ilin iyul ayında isə "Təhsil haqqında bəzi düşüncələr" əsərini çap etdirir.[59] Nikolya Malbranşın pərəstişkarı olan və əvvəllər "İnsan anlayışı haqqında məktub"a tənqidi cavablar çap etdirmiş olan filosof Con Norris 1692-ci ildə "Faizin azaldılması və pulun dəyərinin qaldırılması haqqında bəzi düşüncələr" əsərinə sərt tənqid yazır. Con Lokk bu tənqidə "Cənab Norrisin fikirlərinə C. L. cavabı" adında bir cavab yazır, bundan sonra isə daha iki əhəmiyyətli yazı çap etdirir – "Cənab Norrisin bəzi kitablarına dair açıqlamalar" və "Tanrıdakı hər şeyi görmək: P. Malbranşın fikirlərinin araşdırılması".[61] İngiltərə teoloqu Edvard Stillinqflit 1696-cı ildə "Üçlüyün doktrinasını doğruldan bir mühazirə" əsərini çap etdirir ki, bu əsərin müqəddiməsində Con Toland və Con Lokk tənqid edilir. Lokk bu tənqidə 1697-ci ildə "Uorçester lord yepiskopu həzrətlərinə məktub"u yazaraq cavab verir ki, yepiskop buna cavab olaraq həmin ilin may ayında "Cənab Lokkun məktubuna cavab"ı yazır. Çox keçməmiş, Lokk "Cənab Lokkun Uorçester lord yepiskopu həzrətlərinin onun məktubuna cavabının cavabı"nı yazaraq yenə Stillinqfliti cavablayır ki, yepiskop Lokka "Cənab Lokkun ikinci məktubuna cavab"ı göndərir. Lokk 1698-ci ilin axırlarında "Cənab Lokkun Uorçester lord yepiskopu həzrətlərinin onun ikinci məktubuna cavabının cavabı"nı yazır. Stillinqflitin 1699-cu ilin mart ayında vəfat etməsi ilə mübahisə sona çatır.[62] Bunlara əlavə olaraq, Lokk İngiltərə hökumətinə bağlı ticarət şurası bərpa ediləndən sonra orada işləməyə başlayır, ancaq 1700-cü ildə istefa verir.[26]

 
Con Lokkun qəbri.

Son illəri redaktə

1700-cü ildən sonra Lokka dövlət vəzifəsində işləmək təklifi verilir, ancaq o, sağlamlığında olan problemlərə görə bu təklifi rədd edir. Bu vaxtlarda astmadan əziyyət çəkən Lokk Londonu tərk edərək dostu olan ser Frensis Meşemin Esseks qraflığındakı kənd evində qalır. Ser Meşemin həyat yoldaşı Damaris Kaduort Meşem Lokkun dostu və uzun illər əməkdaşı olan Ralf Kaduortun qızı idi.[59] O, orada qalarkən əsərləri üzərində düzəlişlər edir, İsaak Nyuton kimi dostları ilə görüşür və onların tənqidlərinə qulaq asırdı.[60] Lokkun siyasətdən fərdi şəkildə uzaqlaşmasına baxmayaraq, onun nüfuzu artırdı. Lokkun 1690-cı ildə nəşr edilən əsərləri Avropada çox populyarlaşmışdı və elə buna görə də onun haqqında qızğın müzakirələr gedirdi.[26] Lokk bu dövrdə "Müqəddəs Pavelin qalatlara, I və II korinflərə, romalılara, efeslilərə müraciətnaməsi haqqında parafraz və qeydlər", "Möcüzələrin mühazirəsi" və "Tolerantlıq haqqında üçüncü məktub" əsərləri üzərində işləyir.[63]

Con Lokk 28 oktyabr 1704-cü il tarixində, 72 yaşında ikən Birləşmiş Krallığa daxil olan İngiltərə krallığının Esseks qraflığını ərazisində yerləşən Hay-Leyver kəndində ürək tutmasından vəfat etmişdir. O, kənd qəbiristanlığında dəfn edilmişdir.[26]

Epistemoloji fəlsəfəsi redaktə

Con Lokkun təfəkkürünün təməllərinə onun empirizmin ən böyük erkən empirik kitablardan sayılan "İnsan anlayışı haqqında məktub"unda rast gəlmək olar. O, bu əsərdə "ruhun təbiətini bir təbii filosof kimi nəzərə almağa, onun mahiyyətini nədən təşkil olunduğunu görməyə" çalışır. Əsərin məqsədi "biliyimizin xatircəmliyinin hüdudlarını insanlar arasında hökmranlıq etdiyini gördüyümüz fikirlərin bünövrələri"ni qeyd etmək üçün "insanda olan fərqli anlayış qabiliyyətlərini araşdırmaq"dır.[64]

İnsan anlayışı haqqında məktub redaktə

"İnsan anlayışı haqqında məktub"un 1690-cı il buraxılışının üzlüyü.
Conn Lokkun "ideyalar" nəzəriyyəsinə ümumi baxış.

"İnsan anlayışı haqqında məktub" müqəddimədən və dörd kitabdan ibarət bir əsərdir. Birinci kitab – "Fitri anlayışlar"ın diqqət mərkəzi fitri ideyanativizmin rəddidir. Lokk əsasən Dekart və onun ardıcılları,[65] eləcə də rasionalistlərə [66] qarşı irəli sürür ki, fitri prinsiplər deyə bir şey yoxdur. İkinci kitab – "İdeyalar"da biliyin materialı olan ideyaların sadəcə təcrübədən törəməsi fikrinə əsasən tezis yaradılır. Üçüncü kitab – "Sözlər" dilin özü, onun təbiəti, ideyalar ilə olan əlaqəsi və bilik prosesindəki iştirakı haqqındadır. Son olaraq, dördüncü kitab – "Bilik haqqında" biliyin təbiəti və hüdudlarına həsr olunub.[67]

İdeyalar nəzəriyyəsi

Lokk "İnsan anlayışı haqqında məktub" əsərinin müqəddiməsində qeyd edir: "Bir insanın düşündüyü zaman anlayışın maddəsini formalaşdıran hər şeyin yerini tutacaq ən yaxşı termin bu olduğundan fantom, qavrayış və növ, ya da düşünmə əsnasında ağıl tərəfindən istifadə edilən hər şey hansı mənanı verirsə, onları izah etmək üçün istifadə etdim" və əlavə edir ki, "hər kəs özündə onların varlığını qavrayır və insanların danışmadavranışları onların başqalarında da mövcud olduğuna insanı inandırır".[66]

Burada "ideya" sözü Dekartın istifadə etdiyi və müasir dövrdə işlədilən idrak halları və ya fəaliyyətləri mənasında verilib. Alimlər düşünür ki, Lokkun "ideya"sını iki nəzəriyyəyə əsasən dərk etmək olar – psixoloji hərəkət[68] və ya psixoloji hərəkətin maddəsi.[69] Bu fərqləndirmə Lokku birbaşa və ya dolayı realizmin nümayəndələri arasına salmağa imkan verir. İdeyaların zehni hərəkətlərin olması ("ideya"larla düşünmək) tezisi bir qədər mübahisəli mövzudur, lakin ideyaların daxili maddələr olması ("ideya"ları düşünmək) fikri daha da mübahisəlidir. Bu müəmmalılıq ikinci kitabın səkkizinci bölməsinin yeddinci və səkkizinci hissələrində də mövcuddur:

"  İdeyalarımızın təbiətini daha yaxşı öyrənib, onları daha başa düşülən şəkildə müzakirə etmək üçün onları bir tərəfdən idraklarımızdakı ideyalar və ya qavramalar, bir tərəfdən də bizdə belə qavramalara səbəb olan bədənlərdəki maddənin dəyişiklikləri olaraq ayırd etmək zəruridir. (…) Başa düşülməlidir ki, mən bu ideyalardan sanki onlar şeylərin içində imişcəsinə danışanda, onların bizdə yaradan maddələrin xassələrindən danışmaq istəyirəm. (…) Zehnin özündə qavradığı və ya qavrayışın, düşüncənin və anlayışın bilavasitə maddəsi olan hər şeyə ideya deyirəm. Zehnimizdə hər hansı bir ideya yaratma qüvvəsinə də qüvvənin mövcud olduğu maddənin xassəsi deyirəm.[70] " 

Bu fərqləndirmə XVII əsrin ən önəmli mübahisələrindən, xüsusilə də Nikolya Malbranş ilə Antuan Arno arasındakı ən əhəmiyyətli müzakirə mövzularından biridir. Bu müzakirəyə daha sonra isə Dekart qoşulmuşdur ki, o da "ideya" anlayışının ikimənalı olduğunu – düşünmə hərəkəti və belə bir hərəkətin maddəsi mənalarını daşıdığını irəli sürmüşdür.

Fitri ideyaların tənqidi

Lokk birinci kitab olan "Fitri anlayışlar"ın məzmununun fitri ideyaların, xüsusilə də insan ruhunun təcrübədən asılı olmayaraq passiv şəkildə ideyalara sahib olduğu nəzəriyyəsinin rəddinə həsr edir. Fillip Amu qeyd edir ki, bu tənqid Dekart və onun ardıcıllarına xitab edilir. Lokk burada həmçinin, Dekartın ardıcılı olmayan, ancaq yenə də fitri ideyalar nəzəriyyəsini qoruyanlara, xüsusilə də Herbert ÇerberiKembric platonistlərinə diqqət yetirir. Bundan savayı, kitab "dinin doqmatik anlayışının, o cümlədən iyerarxiyanın və səlahiyyətin fitri tanınmaya əsaslanan siyasətin tərəfkeşi olan xeyli sayda kiçik müəllifə, pamflet yazana" xitab edir.[65]

Lokkun fitri ideyalar əleyhinə olan arqumentləri empiriknəzəridir. Birinci kitabdan fitri ideyalar əleyhinə yeddi arqument götürmək olar. Onlar: universal razılığın yoxluğu; uşaqlarda səlahiyyətin yoxluğu; bəhs edilən fitri ideyaların cahilliyi; bu qondarma fitri ideyalardan bəzilərinin fərdlərə öyrədilməyə ehtiyac duyması; bu qondarma fitri ideyalardan bəzilərinin fərdlər tərəfindən dərk edilməsi üçün minimum yaşa ehtiyac duyması; bu qondarma fitri ideyaların bolluğu; siyahının yoxluğu.

Qotfrid Leybnits bu tezisi müəllifi olduğu "İnsan anlayışı haqqında yeni məktublar" əsərində tənqid edir. Lokk özünü dövrün çağdaş empirik dalğası – Corc BerkliDevid Yum ilə bir cərgəyə qoyur.[71] Əgər tanrı insanlara fitri ideyalar verməyibsə, o, onlara qavrayışın və əks olunmanın xassələrini verib ki, bu da onların mənliklə yaşamalarına imkan yaradır.

Lokk ikinci kitab olan "İdeyalar"da ideyaların fitri olmadığı halda haradan gəldiyini izah edir. Onun tezisinə görə, insanın bütün ideyaları təcrübədən gəlir. O, bunu tabula rasa nəzəriyyəsinə görə əsaslandırır. İkinci kitabın birinci bölməsinin ikinci hissəsində qeyd olunur:

"  İdrakın bütün əlamətlərdən məhrum olduğunu, heç bir ideyası olmayan, konkret desək, boş bir kağız olduğunu düşünək. Bu idrak ideyalar ilə necə təchiz ediləcək? İnsanın o nəhəng və məhdudiyyətsiz təxəyyülünün demək olar məhdudiyyətsiz bir cürbəcürlükdə təqdim edilən bu geniş kəmiyyət haradan gəlir? İdrak düşüncə və biliyin bütün materiallarını haradan əldə edib? Buna qısaca cavab verirəm – təcrübə. Təcrübə bütün biliklərimizin əsasını təşkil edir və bu materialların hamısı ondan qaynaqlanır.[72] " 
Bəsit və mürəkkəb ideyalar

Lokk düşünür ki, bəsit ideya "hər hansısa bir tərkib mərhum edilib və bu səbəbdən ruhda yalnız fərqli fikirlərə ayırmağın mümkün olmadığı tamamilə vahid bir anlayış yaradır".[73][74] Lokk qeyd edir ki, bunlar "bütün biliklərimizin materiallarıdır və onlar ruha yalnız yuxarıda bəhs etdiyimiz iki üsul – sensasiya və düşüncə üsulu ilə ötürülür".[75] Lokk bəsit ideyalara nümunələr çəkir: maddələrin ağlabatan xassələri, əks olunmaların ağlabatan xassələri. Maddələrdəki (rəngləri görmə, isti, soyuq, sərt, acı, şirinliyi hiss etmə) ağlabatan xassələrə dair bəsir ideyalar hisslər tərəfindən idraka ötürülür. Əyləncə, birlik, güc, varlıq kimi bəsit ideyalar da mövcuddur ki, onlar nəinki hisslərdən, nə də tamamilə əks olunmaqdan ibarətdir, ancaq bu ikisinin qarışığıdır. Qeyd etmək vacibdir ki, Lokk insanın idrakına təqdim olunan hər hansı bir bəsit ideyanın mənbəyinin onun təcrübəsi olduğuna inanırdı.[76]

 
"Leviafanın məhvi" (reallığı olmayan mürəkkəb ideya). Müəllif: Qustav Dore. 1865-ci il.

Mürəkkəb ideyalar bir neçə bəsit ideyadan təşkil olunub. Onlar insan idrakına hisslər vasitəsilə ötürülürlər. Məsələn, insanın alma haqqında olan ideyası mürəkkəbdir, çünki alma rəng, ölçü və s. ideyalardan ibarətdir. Digər mürəkkəb ideyalar idrak vasitəsilə yaradıla da bilər. İdrak bu zaman fəal olur və əvvəlcədən mövcud olan bir reallığı olmayan ideyalar yarada bilər. Nümunə olaraq, bədheybətləri göstərmək olar. Lokk düşünür ki, idrak hər iki prosesdə də mürəkkəb ideyalar yarada bilər. Bu qarışıq bədənlərin və ya metodların mürəkkəb ideyalarına və bəsit ideyaların əlaqələndirilməsinə səbəb olur.[77]

Mücərrəd və ümumi ideyalar

İdrak qarışdırma və əlaqələndirmə hərəkətlərini yerinə yetirməyə əlavə olaraq, mücərrədlikdən keçərək ümumiləşdirmə yaradır.[78] Lokk yazır ki, "sözlər ideyaların zahiri təsviridirsə və bu ideyalar yalnız müəyyən şeylərə uyğundursa, sözlərin sayı sonsuz olardı", lakin "idrak bu narahatlığın qarşısını almaq üçün ideyaları hər şeydən ayrı bir görünüş kimi qəbul edərək müəyyən maddələr vasitəsilə aldığı müəyyən ideyaları ümumiləşdirir. (…) Buna mücərrədlik deyilir. Bunun sayəsində müəyyən bir varlığın ümumi olmasından irəli gələn ideyalar bu növün bütün varlıqlarını təmsil edir. Buna görə də onlara verilən ümumi adlar, mövcud olan bu mücərrəd ideyalara uyğun olanların hamısı üçün tətbiq edilə bilər".[79]

Lokk öz kitabında mücərrədləşmə prosesi haqqında çox ətraflı məlumat vermir. Əksinə, o, meydana gələn mücərrəd ideyalara daha çox yer ayırıb. Şapel qeyd edir ki, bunun səbəbi ümumiləşdirmələrin Lokka görə, tamamilə zehni bir proses olmasıdır. Təbiətdə yalnız konkretlik var. Lokk irəli sürür ki, ümumi ideyalar ümumilik və sələflərindəki forma, ya da mahiyyət rolunu daşıyır. Lokk mücərrədlikdən keçmə prosesinin iki üsulunu qeyd edir ki, bu üsullar iki növ mücərrəd ideyalar yaradır. İkinci kitabda yazıldığı kimi, birinci halda, mücərrəd fikir ağlabatan xassənin bəsit ideyasıdır. Eyni zamanda, üçüncü kitabda qeyd edildiyi kimi, ikinci halda, mücərrəd ideya bir sıra bəsit ideyanın aradan qaldırılması ilə əldə edilən mürəkkəb ideyadır. Məsələn, biz bir adamdan bəhs etdiyimiz zaman, həmin adamı başqa adamdan fərqləndirməyimizə imkan verən bütün bəsit ideyaları aradan qaldıraraq əldə edilən bir mürəkkəb ideyadan bəhs olunur.[80]

İdeya, reallıq və həqiqət

Lokk düşünür ki, əsl ideyaların "təbiətdə təməli (…) və gerçək bir varlığa, şeylərin və ya onların arxetiplərinin mövcudluğuna uyğunlaşır". Əksinə, fantastik və ya ximerik ideyalar "təbiətdə heç bir təməli olmayan, arxetiplərinə münasibətdə dinmədən əlaqələndirdikləri şeylərin reallığına uyğun olmayan ideyalardır".[81]

Lokk eyni zamanda müvafiq və ya tam ideyaları ayırd edir. Tam ideyalar "arketiplərini mükəmməlcəsinə təmsil edir ki, buna görə də idrak onların çıxarıldığını güman edir", natamam ideyalar isə "arxetiplərinin aid olduqları yalnız bir hissəsini təmsil edir".[82] Lokkun fikrinə görə, həqiqət yalanın əksidir. Həqiqət tam olaraq ideyaların bir xassəsindən danışmaq deyil, sadəcə bir mühakimədir. Buna baxmayaraq, bir ideya mühakimə olunduqda və ya onun xaricindəki bir şeyə uyğun gəldiyi iddia edildikdə, yalnız həqiqət adlandırıla bilər.[83][84]

 
"Con Lokkun portreti". Müəllif: Qodfrey Kneller. Milli Portret Qalereyası. London.
Mənbə: Şapel[84]
Növü Bəsit ideyalar Qarışıq mürəkkəb ideyalar və əlaqəli mürəkkəb ideyalar Maddənin mürəkkəb ideyaları
Real Realdır Realdır Maddənin bəzi ideyaları real, bəziləri isə fantastikdir
Tam Tamdır Tamdır Natamamdır
Həqiqi Həqiqidir Həqiqidir Bəziləri həqiqi, bəziləri isə yalandır

Bədən fəlsəfəsi redaktə

Lokk "İnsan anlayışı haqqında məktub"unda Demokrit, EpikürLukresinin XVII əsrdə Pyer Qassendi tərəfindən təqdim edilən atomizmə əsaslanan bir korpuskulyar bədən formalaşdırır. Bu ideyalar İngiltərədə Robert Boyl, Tomas HobbsVolter Çarlton tərəfindən mənimsənmişdir. Bu bədən formasının əsas prinsipləri bunlardır:[85]

  • "Bütün bədənlərin maddəsi eyni növdür, yəni uzadılmış bir qatı maddədir";
  • "Bütün bədənlər ya atomlar, ya fiziki olaraq bölünməyən və yalnız xassələri (uzunluq və möhkəmlik xaricində) böyüklüyü, forması, mövqeyi, hərəkəti, dayanması və ya sayı olan ayrı-ayrı atomlar, ya da atomların aqreqatları və ya kolleksiyalarıdır";
  • "Bədənlərin vəziyyətindəki bütün dəyişikliklər strukturdakı dəyişikliklərdən qaynaqlanır (…) və strukturdakı hər hansı bir dəyişiklik, bir bədəndən digərinə olan təsir və ya təmasın nəticəsidir".
XVII əsrdə bədən nəzəriyyələri

Eduard Yan Deyksterhöysə görə, XVII əsrin ortalarında bədənin strukturu ilə bağlı bir-birinə zidd olan dörd nəzəriyyə mövcud idi.

Mənbə: MakKan[86]
Doktrina Tərif
Aristotelizmin sxolastik doktrinası Maddələrin təbiətinin metafiziki nəzəriyyəsinin bir hissəsi kimi dörd elementin (torpaq, hava, od, su) doktrinası.
Əlkimyager ənənəsi Üç əsas prinsip və ya patogenə əsaslanır: duz, sulfidcivə.
Dekart ardıcıllarının fəlsəfəsi Maddəni öz hüdudları ilə müəyyənləşdirir, vakuumun varlığını inkar edir və təbiətin sonsuz dərəcədə bölündüyünü düşünür.
Korpuskulyar ənənə və ya mexaniki atomizm[d] Vakuum və bölünməz atomların mövcudluğu.

Lokk əlkimyager ənənəyə məhəl qoymadan Dekartın anlayışını və aristotelistik-sxolastik doktrinanı hədəf alır.[87] Lokkun bədən fəlsəfəsi mexanik fəlsəfə adlanır. Çünki bu, fərz edir ki, bütün hadisələr ya bir bədənin digərinə təsiri, ya da hərəkəti ilə izah olunur. Mexanik fəlsəfənin tərəfdarları aristotelist, eləcə də sxolastik ənənələrdən gələn gizli xassələr və ya uzaq səbəblər anlayışını rədd edirlər.[88]

Birinci və ikinci dərəcəli xassələr

Birinci və ikinci dərəcəli xassələri fərqləndirmə qədim yunan atomistlərinə qədər gedib çıxıb. Lokkdan əvvəl bu mövzuya Qaliley, DekartRobert Boyl da toxunmuşdur. Maddənin və ya bədənin birinci dərəcəli xassələri heç nədən asılı olmayaraq sahib olduqları şeylərdir. Məsələn, müəyyən məkanı tutmaq, hərəkətli və ya hərəkətsiz halda olmaq, möhkəmlik, struktur və s. Maddənin və ya bədənin ikinci dərəcəli xassələri bədənlərin içimizdəki fikirlərin yaradılmasına səbəb olmasına lazım olan qüvvələrdir. Məsələn, rəng, qoxu və s.[89] Birinci və ikinci dərəcəli xassələr arasındakı bu fərq aristotelistik-sxolastik ənənəya qarşı çıxır. Həmin ənənəyə görə, bədənlərin xassələri realdır.[90]

Dekart kimi, Lokk da xassənin dualizmini qəbul edir, lakin fransız filosofdan fərqli olaraq, Lokkun dualizmi maddənin dualizmini nəzərdə tutmur, çünki bir şey həm birinci, həm də ikinci dərəcəli xassələrə sahib ola bilər. Birinci və ikinci dərəcəli xassələrlə əlaqəli bir maddə yoxdur.[91]

İdrak fəlsəfəsi redaktə

 
Con Lokkun heykəli. 6 Burlinqton-Qardens binasının fasadı. London.

Con Lokk Dekartın bədən ilə idrak arasındakı dualizmini qəbul edir. Lakin bu fərqləndirmə zehni sahənin müəyyənləşdirərək və maddi ilə zehni sahələrin səbəbli qarşılıqlı əlaqəsinə diqqət ayıraraq edilməyib.[92]

Qavrayış və iradə

Lokk düşünür ki, insan idrakının[e] ən böyük iki hərəkəti "düşünmək üçün lazım olan qavrayış, ya da güc və iradə üçün lazım olan ixtiyar, ya da güc"dür. Burada anlamaq düşünmək qabiliyyəti kimi başa düşülür.[93]

Düşünmək hərəkəti ideyalar əsasında edilir. İdrak həqiqi biliyə çatmaq üçün insanın inamını, apriorisini təsdiqləməlidir. Lokk "İnsan anlayışı haqqında məktub" əsərinin dördüncü kitabının on beşinci bölməsinin üçüncü hissəsində yazır:

"  Şeylərin həqiqi olduqlarını bilməzdən əvvəl onların həqiqiliyi fərz edilir. Ehtimal həqiqi olmağa oxşamaqdır. Sözün özü də ona inanılmağa yaxınlaşdıran, onu həqiqi kimi göstərən, ya da elə qəbul etdirən dəlillərin aşkar edildiyi təkliflərdir. İdrakın bu cür təklifləri qəbul etmək növünə inanmaq, təsdiqləmək və ya inam deyilir. Bu, hər hansısa bir təklifi həqiqiliyinə aid dəqiq bir bilgimiz olmadan onun həqiqiliyini bizə qəbul etdirəcək səbəblər və ya dəlillər aşkar edilir deyə həqiqi olaraq qəbul etməkdir. Ehtimal və əminlik, inam və bilgi arasındakı fərqləndirmə də bilginin hər hissəsində sezmənin aşkar edilməsinə əsaslanır. Bilgidə hər bir bilavasitə ideyanın, həm addımın görünən və qəti əlaqəsi var. İnamda belə olmur. Məni inandıran şey inandığım şeyin xaricindəki bir şeydir. İki tərəfə birdən açıq şəkildə bağlanmış, incələnən ideyalar arasındakı əlaqələnmə və əlaqələnməməni açıq şəkildə göstərməyən bir şeydir.[94] " 

Lokkun fikirlərinə görə, iradəni müəyyənləşdirən və insanı hərəkətə cəlb edən arzudan törəyən əndişədir. Burada, arzu "əndişə vəziyyəti"dir. Lokk ilk növbədə inanırdı ki, insanın hərəkəti onun "ən böyük müsbət yaxşılıq" üçün etdikləri ilə qərarlaşdırılır.[95] O, daha sonra müəllifi olduğu "İnsan anlayışı haqqında məktub" əsərinin ikinci kitabının iyirmi birinci bölməsinin otuz beşinci hissəsində bu yanaşmanın yanlış olduğunu qeyd edir:

"  Buna baxmayaraq, daha ciddi bir araşdırmadan sonra yaxşılığın, yəni daha yaxşının elə düşünülmüş və qəbul edilmiş olmasının əksinə, onunla mütənasib olaraq meydana gələn arzumuz onun çatışmazlığıa görə bizə qayğı vermədikcə iradəni müəyyən etmədiyi nəticəsinə çatmaq məcburiyyətində qaldım.[96] " 
İdrak ilə maddə arasındakı əlaqə

Lokk "İnsan anlayışı haqqında məktub" əsərinin ikinci kitabında Hobbsun radikal materializminə qarşı çıxaraq düşünən qeyri-maddi maddələr anlayışını qoruyur. Lokka görə, idrak ilə maddə arasında ikiqat əlaqə var. Ruh bədəndə və bədən ruhda hərəkət edə bilər.[97] Lokk yazır:

"  Ruhun qeyri-maddiliyinin lehinə və ya əleyhinə olmaq zərurəti özləri haqda çox həvəsli olan bəzi insanların onu inandırmaq istəyəcək dərəcədə böyük deyil. Belə deyək ki, bəziləri maddəyə idraklarında çox yer ayırıb, maddi olmayan bir şeyə varlıq verə bilmirlər. Digərləri düşüncənin həddinin maddənin təbii qabiliyyətində olduğunu dərk edə bilmirlər. Onlar bunu bacardıqları bütün tətbiqetmə üsulları ilə hər mənada araşdırdıqdan sonra bundan tanrının özünün belə qatı bir maddəyə həyat və qavrayış verə bilməyəcəyi qənaətinə gəliblər və onlar bundan əmindirlər. Sensasiyanı uzadılmış maddə ilə varlığı tamamilə uzadılmış olmayan bir şeylə birləşdirməyin nə qədər çətin olduğunu düşünəcək insanlar etiraf edəcəkdir ki, ruhunun nə olduğunu dəqiq şəkildə bilməkdən çox uzaqdırlar.[98] " 
Ruh, mənlik və maddə

Lokk düşünür ki, insan "səbəbiyyət yaratma və əks etdirmə bacarığına sahib, fərqli vaxtlarda və yerlərdə düşünən bir şey kimi eynilə özü ilə məsləhətləşə bilən, düşünən və dərrakəli bir varlıq"dır. Onun fikirlərinə görə, "insanın birliyini təşkil edən şüur"dur.[99] Devid Yumdan fərqli olaraq, Lokk israr edir ki, insan zamanla birdir. Dekarta görə, düşüncə ruhun mahiyyətini təşkil edir, necə ki uzanma maddənin bütün mahiyyətini təşkil edir. Lakin Lokk ondan bir qədər fərqli düşünür. O qeyd edir ki, insanı fərqləndirən şey onun davamlı olan düşünməsi yox, düşünə bilməsi faktıdır.[100] Bir şey yalnız maddənin bir hissəsi deyil, eyni zamanda bir saat kimi, "bunun üçün kifayət qədər qüvvənin təəssüratını aldıqda yerinə yetirə biləcəyi müəyyən bir məqsəd üçün uyğun hissələrin təşkil olunması və ya inşa edilməsi"dir.[101] Lokka görə, insanı səciyyələndirən şey onun düşünmə qabiliyyəti, həmçinin müəyyən bir uzunluğa və təşkilata sahib bir bədən olması faktıdır.

Dil fəlsəfəsi redaktə

Ünsiyyətin əhəmiyyəti

Lokk insan təkamülündə ünsiyyətin əhəmiyyətli olduğunu vurğulayır. O, "İnsan anlayışı haqqında məktub" əsərinin üçüncü kitabının ikinci bölməsinin birinci hissəsində yazır:

"  Düşüncələrin ünsiyyəti olmadığı halda, xoşrəftarlığın asanlıq və üstünlükləri də olmayacağından insanların düşüncələrini təşkil edən o görünməyən ideyalarını başqalarının da bilməsinə nail olmaq üçün onların bəzi xarici və eşidilən işarələr kəşf etməsi zəruri idi.[102] " 

Aristoteldən fərqli olaraq, Lokk müəyyən səslər və müəyyən sözlər arasında təbii əlaqənin olduğuna inanmırdı.[103] Sözlərin xitab etdiyi şeylərlə təbii əlaqələrinin olmaması, amma sərbəst şəkildə ideyaları təmsil etmək üçün seçilməsi faktı ünsiyyəti problemli bir şeyə çevirir. Buna görə də insan özünün həmişə başa düşüldüyündən əmin olmalıdır. İnsan öz sözlərinin şeylərin reallığı ilə gizli bir əlaqəsi olduğunu düşünməməlidir. Sözlər tanrının deyil, insanların fəaliyyətindən yaranır. Həmçinin, Lokk insanların "sözlərin mümkün qədər adi istifadənin onlara verdiyi ideyalara uyğunlaşması"na diqqət göstərmələrini tələb edir.[104]

Lokk Platon və Aristotelə qarşı

Söz ilə ideya arasındakı bütün təbii əlaqələri kəsmək Lokkun o dövrdə İngiltərədə dirçəliş yaşayan platonizmə hücumunun açar hissəsidir. Həmçinin, bu, aristotelizmin elminin iki vacib nöqtəsinə də hücumdür. İlk növbədə, o, stayiralının insan qavrayışı üçün ən vacib maddələrin xassələrinin elm üçün də ən fundamental şey olması hipotezinə qarşı çıxır. O, digər tərəfdən, Aristotelin təbii cisimlərin növlərə təsnifatının xüsusi olaraq nəzərə çarpan bir təbii reallığı əks etdirməsi gümanında səhv tutur. Əslində, Lokka görə, "növlər bir şeyin bənzərliyinə əsaslanan bir anlayış işi"dir.[102]

Bilik fəlsəfəsi redaktə

 
Lokk Akvinalı Fomanın (1225–1274) təlimindən irəli gələn sxolastikanın əleyhdarı olmuşdur.

Lokku yeni elmin müəyyən cəhətləri, xüsusən də kartezian rasionalizm cəlb edirdi. O, Oksford Universitetində hələ də dəbdə olan sxolastik müzakirələrdən az istifadə etmişdir.[105]

Lokka görə bilik anlayışı

Lokka görə bilik təcrübədən meydana gəlirdi. Bu o deməkdir ki, insanın biliyini formalaşdıran idrakı yaradan bütün ideyalar və materiallar təcrübədən qaynaqlanır.[106] Əgər tanrı "bütün insanların ruhunda müəyyən ideyaları həkk etməyibsə", onlara "insan kimi bir varlıq üçün lazım olan, həqiqi təyinat yeri ilə bağlı hər şeyi kəşf etməyə kifayət edən qabiliyyətlər" vermişdir.[107]

Lokk yazmışdır ki, bilik "əlaqə və razılaşmanın dərk edilməsindən və ya iki fikir arasında olan ziddiyyət və ixtilafdan başqa bir şey deyil".[108] Bu tərif biliyin aydın və fərqli bir fikir olduğuna inanan Dekartın verdiyi izahdan çox fərqlidir.[109] Lokk insan biliyində dörd növ əlaqəni ayırd edir:[110]

  • eynilik və ya müxtəliflik (məntiq): iki şey eynidir və ya fərqlidir;
  • münasibət (riyazi), həmçinin nisbi adlanır: bu, "iki ideya arasında, hər hansı bir maddədən, üsuldan və ya başqalarından asılı olmayaraq mövcud olan əlaqənin qavranılması"dır;[111]
  • birgə mövcudluq və ya zəruri (fiziki) əlaqə;
  • real varlıq (metafiziki).
Biliyin üç dərəcəsi

Lokkun fəlsəfəsinə görə biliyin üç dərəcəsi vardır. Onlar intuitiv, isbatedici və həssas olanlardır.[112]

İntuitiv bilik ara fikir olmadan ideyalar arasında razılaşmanın və ya fikir ayrılığının dərhal qavranılmasıdır. Məsələn, idrak "ağın qara olmadığını görür".[113]

İsbatedici bilik ideyaları müqayisə və isbat etmək üçün sübut olan digər fikirlər vasitəsilə onların razılığını və ya fikir ayrılığını dərk etməkdən ibarətdir. İsbatedici bilik sübutlardan asılıdır və onu əldə etmək asan deyil. Ondan əvvəl bəzi şübhələr formalaşır və bu, intuitiv bilik qədər aydın olmur. Bundan başqa, hər bir deduksiya dərəcəsi intuitiv olaraq bilinməlidir. İsbat sahəsində ən yüksək əminlik dərəcəsi riyaziyyatdır, çünki o, dörd dərəcəni özündə birləşdirir. Riyaziyyatın mücərrəd ideyaları intuitiv olaraq qəbul edilir. Bu aydın və fərqli intuisiyalar onlardan xassələri çıxarmağa imkan yaradır. Digər tərəfdən, təcrübə sahəsi belə fikirləri təmin etmir. Orada qəti və universal bir şey yoxdur, hər şey şərtidir. Lokk isbat sahəsinə tanrının varlığının sübutunu da daxil olur. Onun fikrinə görə, sübut oluna bilən və riyaziyyatla bərabər olan yeganə varlıqdır. Həqiqətən də, onların varlığına nəzər salsaq, hansısa həqiqi varlığın mövcud olduğunu biləcəklər. Əgər qeyri-varlıq heç nə yarada bilmirsə, deməli, əbədiyyətə qədər mövcud olan bir varlıq var.[114]

Həssas bilik özümüzdən kənarda mövcud olan xüsusi varlıqların mövcudiyyətini onlar haqqında əldə edilən ideyalara uyğun olaraq müəyyən edir. Bu bilik ehtimaldan kənara çıxır, lakin intuitiv və nümayişkaranə biliyin əminlik dərəcələrindən aşağıdadır.[115]

Bilik, ehtimal və mühakimə

Lokka görə, "insan [öz həyatının aparılması üçün] yalnız həqiqi biliyin əminliyinə əsaslanan şeyləri əldə edə bilsəydi, kədərli bir vəziyyətdə olardı".[116] O, əlavə etmişdir:

"  Tanrı bizə həmçinin, öz maraqlarımıza aid olan şeylərin böyük hissəsi ilə bağlı qaranlıq işıq və sadəcə bir ehtimal alatoranlığı bəxş etmişdir ki, əgər mən özümü belə ifadə etməyə cəsarət edirəmsə, bu, bizim təkəbbürümüzü və özümüzə olan hədsiz inamımızı boğmaq üçün bizi bu dünyaya salmaqdan razı qaldığı ortabablıq və sınaq vəziyyətinə uyğun gəlir.[117] " 

Elmi yanaşma dəqiq olmadığı halda Lokk insanların mühakimə aparmalı olduğunu, yəni "onları əminliklə dərk etmədən şeylərin müəyyən bir formada olduğunu fərz etməli" olduğunu bildirmişdir.[118] Lokk ehtimal ifadəsini o zaman yaranan riyazi mənada deyil, köhnə mənada – insanların müşahidələrinə və təcrübəsinə uyğunluq baxımından istifadə edir.[119]

Məntiq və inam
 
Lokka görə çox fanatik olan kvakerlər təriqətinin qurucusu Corc Foksun portreti.

Lokka görə, "əgər məntiq hər hansı bir məzhəbdən hər hansı bir şəxsi uğursuzluğa gətirib çıxarırsa, o, dərhal bunun iman maddəsi və yuxarıdakı səbəb olduğunu söyləyirlər".[120] Əgər vəhy məntiqin yəqinlik əldə edə bilmədiyi məqamlarda faydalı ola bilərsə, bu, məntiq ilə bilinən həqiqətlərlə ziddiyyət təşkil etməməlidir.[121]

Lokk o zaman müəyyən protestant təriqətlərinin əsas xüsusiyyətlərindən biri olan fanatiklik mövzusuna da toxunmuşdu. O, "İnsan anlayışı haqqında məktub"un IV kitabının XIX fəslində təkid edir ki, həqiqi biliyə çatmaq üçün həqiqəti sevmək lazımdır.[122] Bu sevginin qüsursuz sübutu "bir təklifi əsaslandığı sübutun imkan verdiyindən daha əminliklə qəbul etməmək"dir, lakin onun fikrinə görə, fanatiklik bu prinsipin pozulmasına gətirib çıxarır.[123]

Biliyin hüdudu və Lokkun mexaniki fəlsəfəsi

MakKanın fikrinə görə, Lokk insanın təbiət hadisələrinin mexaniki izahatlarını vermək qabiliyyətinin sərhədlərini vurğulamaqda XVII əsrin digər mexaniki filosofları arasında unikal yer tutur. Bu sual, əsasən, "İnsan anlayışı haqqında məktub"un IV kitabının III fəslində müzakirə olunur:[124]

"  Buna görə də, özümüz haqqında təvazökarlıqla düşünsək, kainatın bütün təbiətini və onun tərkibində olan hər şeyi dərk etməkdən o qədər uzaq olduğumuzu, haqqımızda olan və bizim bir parçamız olan cisimlər haqqında fəlsəfi biliklərə qadir olmadığımızı, onların ikinci dərəcəli keyfiyyətləri, səlahiyyətləri və əməliyyatları ilə bağlı heç bir ümumbəşəri əminliyə malik ola bilməyəcəyimizi düşünsək, biliyimizə heç bir zərər vurmayacağıq. İndiyə qədər haqqında həssas məlumatımızın olduğu hisslərimiz hər gün müxtəlif effektləri dərk edir, lakin onların əmələ gəlməsinin səbəbləri, üsulu və dəqiqliyini dərk etmirik ki, yuxarıda qeyd etdiyim iki səbəbə görə bunlara məhəl qoymamaq qərarına gəlməliyik.[125] " 

Siyasi fəlsəfəsi redaktə

Din fəlsəfəsi redaktə

Lokkun yazıları kontekstdə redaktə

 
Anqlikan kilsəsinin banisi VIII Henrinin portreti. Müəllif: Yos van Kleve. 1531-ci il.

Lokk tolerantlıq mövzusunda dörd əsas əsər yazmışdı. Bunlar "Birinci dövlət traktatı" (1660-cı il), "Tolerantlıq haqqında esse" (1667-ci il), "Kilsə hakimiyyəti ilə mülki hakimiyyət arasındakı fərq haqqında esse" (1674-cü il) və "Tolerantlıq haqqında məktub" (1689-cu il) əsərləridir. Lokkun bu marağının davamlı olmağı dövrün problemləri ilə izah olunur. O, dini müharibələrin tam olaraq yekunlaşmadığı bir dövrdə yaşayırdı. Fransa 1685-ci ildə Nant ediktini ləğv etmişdi, İngiltərədə isə XVII əsrdə ölkəni sarsıdan iki inqilabda dini aspekt çox mövcud idi.[126] İngiltərədə VIII Henri Twdorun anqlikan kilsəsinin yaradılması ilə bağlı apardığı islahat kilsəni sadəcə özünə sadiq olanlar ilə məhdudlaşmasına gətirib çıxarmış, onu məhkəmə və qanunvericilik səlahiyyətlərindən məhrum etmişdi. Altuzi, QrotsiHobbs nəzəri yazılarında qarşıda duran məsələ bu idi.[127] Bununla belə, VIII Henrinin islahatı mülki hökumətə yalançı inanclar kimi dini cinayətləri məhkəməyə çıxarması üçün imkan yaratmışdı. Əslində, VIII Henrinin anqlikan islahatı katoliklər üçün problem yaratmışdı, çünki onlar siyasətdən kənarda qalmışdılar. Bu, protestantlar üçün də problem idi, çünki kral "inancların məzmununu və ibadət formasını" özünə uyğun olaraq dəyişə bilərdi və kilsə güclü iyerarxik qurum olaraq qalmışdı.[128] Bununla belə, Tomas KartraytRobert Braun kimi bir çox protestant ilahiyyatçı kilsənin könüllü bir qurum olduğunu müdafiə edir, yalnız vicdan və əqidə önəmli olduğunu, bu şəraitdə dövlətin işə qarışmamalı olduğunu irəli sürürdülər. Martin Marprelat "Marprelat traktatları"nda yazır ki, "nə həbsxana, nə məhkəmə, nə də ölümün özü insanların yalnız tanrının sözünə söykənən vicdanını inandırmaq üçün silah ola bilməz". Jan-Fabyen Şpitsin fikrinə görə, "tolerantlığın lehinə olan arqumentin əsas mövzuları […] çox erkən müəyyən edilmişdir".[129] Onların arasında dövlətin ruhların xilası ilə deyil, yalnız müvəqqəti olanlar ilə məşğul olması, kilsənin isə yalnız inanc assoasiyası olması və üzvlərini müvəqqəti olaraq təqib etmək əvəzinə onları istisna edə bilməsi ideyası var idi. Lokkdan əvvəl bu fikirləri müdafiə edən yazılar arasında Vilyam Volvinin Con Qudvinin "Hagiomatix" (1646) adlı kitabçasında yazdığı "The Compassionate Samaritan: Liberty of Conscience Asserted and the Separatist Vindicated" (1644) əsəri də var idi.[130]

Tolerantlıq haqqında yazıları redaktə

1660-cı il traktatları və Tolerantlıq haqqında məktub

Təsiri redaktə

Əsas əsərləri redaktə

Ölümündən sonrakı əsas əlyazmalar redaktə

  • Birinci dövlət traktatı (və ya İngiltərə traktatı). 1660-cı il.
  • İkinci dövlət traktatı (və ya Latın traktatı). 1662-ci il.
  • Təbiət qanunu haqqında suallar. 1664-cü il.
  • Tolerantlıq haqqında esse. 1667-ci il.
  • Anlayışın tətbiqi haqqında. 1706-cı il.
  • Müqəddəs Pavelin qalatlara, I və II korinflərə, romalılara, efeslilərə müraciətnaməsi haqqında parafraz və qeydlər. 1707-ci il.

Qeydlər redaktə

  1. Adın Britaniya ingilicəsindəki tələffüzünün transkripsiyası beynəlxalq fonetik əlifba standartlarına əsasən yazılıb.
  2. Buna baxmayaraq, nəşriyyat bu əsərlərin nəşr illərini 1690-cu il kimi qeyd etmişdir.
  3. Buna baxmayaraq, dini tolerantlıq mövzusuna Lokkun istədiyi qədər toxunulmur.
  4. Lokk da bu ənənə ilə fikir yürüdürdü.
  5. O, burada "idrak" əvəzinə "ruh" sözündən istifadə edib.

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 Magill F. N. The 17th and 18th Centuries: Dictionary of World Biography. ISBN 978-1-135-92414-0
  3. 3,0 3,1 Graham A.J. Rogers, Bell A. John Locke // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  4. 4,0 4,1 Stephen L. Locke, John (1632-1704) (ing.). // Dictionary of National Biography / L. Stephen, S. Lee London: Smith, Elder & Co., 1885. Vol. 34. P. 27–36.
  5. 5,0 5,1 Locke, John (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 16.
  6. Find a Grave (ing.). 1996.
  7. 7,0 7,1 Viewpoint: Religious freedom is not tolerance (ing.). // BBC News Online 2010.
  8. 8,0 8,1 John Locke. Art UK.
  9. Cohen S. G. John Locke (1632-1704) British physician and philosopher (ing.). // Allergy proceedings : the official journal of regional and state allergy societies. Providence: OceanSide, 1995. Vol. 16, Iss. 6. P. 322–325. ISSN 1046-9354 PMID:8747319
  10. 10,0 10,1 Çex Milli Hakimiyyət Məlumat bazası.
  11. Hirşmann, 2009. səh. 79
  12. Şarma, 2006. səh. 400
  13. Korab-Karpoviç, 2010. səh. 291
  14. Beker, 1922. səh. 27
  15. Beyrd & Kaufmann, 2008. səh. 527–529
  16. Bolduin, 1913. səh. 177–87
  17. 17,0 17,1 Milton, 1997. səh. 5
  18. Broad, 2014. səh. 29
  19. DNB, 1893. səh. 27–36
  20. Hansen, 2008. səh. 162
  21. Parker, 2004. səh. 8–15
  22. 22,0 22,1 Milton, 1997. səh. 6–7
  23. 23,0 23,1 Spellman, 1997. səh. 10
  24. Milton, 1997. səh. 7
  25. Qoyar-Fabr, 1992. səh. 19
  26. 26,0 26,1 26,2 26,3 Uzqalis, 2001
  27. 27,0 27,1 Gerabek, 2005. səh. 860
  28. Ualdron, 2002. səh. 116
  29. Çepmen & Rutlec, 2005. səh. 183
  30. Milton, 1997. səh. 8–9
  31. Ensti, 2011. səh. 40
  32. Vilyams, 2006. səh. 85
  33. Morrill, 1998
  34. Vilyams, 2006. səh. 88
  35. "Fellow details". collections.royalsociety.org (ingilis). The Royal Society. June 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2020.
  36. Milton, 1997. səh. 10
  37. Kranston, 1959. səh. 114–115
  38. Milton, 1997. səh. 12
  39. Qoyar-Fabr, 1992. səh. 23
  40. Milton, 1997. səh. 13–14
  41. Milton, 2000. səh. 649
  42. Eşkraft, 1980. səh. 383
  43. Milton, 2000. səh. 657
  44. Milton, 2000. səh. 667
  45. Eşkraft, 1980. səh. 379
  46. Milton, 2000. səh. 666
  47. Vuton, 2003. səh. 21
  48. Milton, 2000. səh. 647–648
  49. Vullhaus, 2007. səh. 211
  50. Farrer, 2019. səh. 192–199
  51. Milton, 1997. səh. 15
  52. Qoldşteyn, 2006. səh. 260–261
  53. Kranston, 1957. səh. 284
  54. Şverer, 1990. səh. 532–534
  55. Milton, 1997. səh. 17
  56. Knaller & Din, 1823. səh. 4
  57. Laslett, 1988. səh. 9
  58. Qoldi, 2010. səh. 11
  59. 59,0 59,1 59,2 Milton, 1997. səh. 18
  60. 60,0 60,1 Rocers, 1998
  61. Milton, 1997. səh. 19
  62. Milton, 1997. səh. 21
  63. Milton, 1997. səh. 25
  64. Lokk, 2009. səh. 125–126
  65. 65,0 65,1 Amu, 2009. səh. 3
  66. 66,0 66,1 Lokk, 2009. səh. 132
  67. Uzqalis, 2001. səh. 14
  68. Şapel, 1994. səh. 26
  69. Lennon, 2007
  70. Lokk, 2009. səh. 255
  71. Uzqalis, 2001. səh. 12
  72. Lokk, 2009. səh. 215–216
  73. Şapel, 1994. səh. 28
  74. Lokk, 2009. səh. 226
  75. Lokk, 2009. səh. 236
  76. Şapel, 1994. səh. 36–37
  77. Şapel, 1994. səh. 37–38
  78. Şapel, 1994. səh. 38–39
  79. Lokk, 2009. səh. 289
  80. Şapel, 1994. səh. 40–42
  81. Lokk, 2009. səh. 570
  82. Şapel, 1994. səh. 50
  83. Lokk, 2009. səh. 573–574
  84. 84,0 84,1 Şapel, 1994. səh. 57
  85. MakQann, 1997. səh. 56–57
  86. MakQann, 1997. səh. 57
  87. MakQann, 1997. səh. 58
  88. Uzqalis, 2001. səh. 19
  89. Uzqalis, 2001. səh. 20
  90. MakQann, 1997. səh. 64
  91. Bennet, 1997. səh. 98
  92. Bennett, 1997. səh. 90
  93. Lokk, 2009. səh. 247
  94. Lokk, 2009. səh. 949–950
  95. Lokk, 2009. səh. 412
  96. Lokk, 2009. səh. 415
  97. Bennett, 1997. səh. 100
  98. Lokk, 2009. səh. 798
  99. Lokk, 2009. səh. 522–523
  100. Bennett, 1997. səh. 113
  101. Lokk, 1999. səh. 517
  102. 102,0 102,1 Lokk, 2009. səh. 615
  103. Qayyer, 1997. səh. 119
  104. Lokk, 2009. səh. 760
  105. UNESCO, 1994. səh. 65–82
  106. Vulhaus, 1997. səh. 148
  107. Lokk, 1999. səh. 196
  108. Lokk, 1999. səh. 153
  109. Lokk, 1999. səh. 947
  110. Uzqalis, 2016. səh. 33
  111. Lokk, 1999. səh. 777
  112. Locke, 1999. səh. 777
  113. Locke, 1999. səh. 783
  114. Locke, 1999. səh. 783-786
  115. Locke, 1999. səh. 791
  116. Locke, 1999. səh. 945
  117. Locke, 1999. səh. 946
  118. Locke, 1999. səh. 947
  119. Uzgalis, 2016. səh. 35
  120. Locke, 1999. səh. 995
  121. Uzgalis, 2016. səh. 36
  122. Locke, 1999. səh. 1006
  123. Uzgalis, 2016. səh. 38
  124. McCann, 1997. səh. 67
  125. Locke, 1999. səh. 822
  126. Spitz, 1992. səh. 18
  127. Spitz, 1992. səh. 22
  128. Spitz, 1992. səh. 28
  129. Spitz, 1992. səh. 31
  130. Spitz, 1992. səh. 32-35

Ədəbiyyat redaktə

  • Hansen, Hans V.; Pinto, Robert K. Fallacies: Classical and Contemporary Readings (ingilis). Pensilvaniya: Pennsylvania State University Press. 1995. ISBN 978-0271014166. OCLC 30624864.
  • Broad, Jakelin. "A Woman's Influence? John Locke and Damaris Masham on Moral Accountability". Journal of the History of Ideas (ingilis). LXVII (3). 2006. doi:10.1353/jhi.2006.0022. JSTOR 30141038.
  • Broad, Jakelin. "A Woman's Influence? John Locke and Damaris Masham on Moral Accountability". Journal of the History of Ideas (ingilis). LXVII (3). 2006. doi:10.1353/jhi.2006.0022. JSTOR 30141038.
  • Bostok, Devid. Philosophy of Mathematics: An Introduction (ingilis). Nyu-Cersi: Wiley-Blackwell. 2009. ISBN 9781405189927.
  • Antoniu, Qriqoris; Sleyni, Con. Advanced Topics in Artificial Intelligence (ingilis). Nyu-York: Springer. 1998. ISBN 978-3-540-65138-3.
  • Şapel, Ver Kleyborn. Locke's theory of Ideas // The Cambridge Companion to Locke (ingilis). Kembric: Cambridge University Press. 1994. ISBN 9780521387729.
  • Hirşman, Nensi C. Gender, Class, and Freedom in Modern Political Theory (ingilis). Prinston: Princeton University Press. 2009. ISBN 0691129886.
  • Beker, Karl Lotus. The Declaration of Independence: A Study in the History of Political Ideas (ingilis). Breys: Harcourt. 1922. ISBN 1240122667.
  • Bolduin, B. T. "John Locke's Contributions to Education". The Sewanee Review (ingilis). XXI (2). 1913. JSTOR 27532614.
  • Milton, C. R.; Milton, Fillip. "Selecting the Grand Jury: A Tract by John Locke". The Historical Journal (ingilis). Kembric: Cambridge University Press. XL (1). 1997: 185–194. doi:10.2307/3020958.
  • Broad, Çarli Danbar. Ethics and the History of Philosophy: Selected Essays (ingilis). Abinqdon: Routledge. 2014. ISBN 1317830725.
  • Hansen, Reymond. The Messengers (ingilis). Toronto: Spire Publishing. 2008. ISBN 1897312660.
  • Parker, Kim Ayan. The Biblical Politics of John Locke (ingilis). XXX. Vaterlo: Wilfrid Laurier University Press. 2004. ISBN 0889204500.
  • Spellman, U. M. John Locke (ingilis). London: Macmillan International Higher Education. 1997. ISBN 1349253928.
  • Gerabek, Verner E. Enzyklopädie Medizingeschichte (alman). Berlin: Walter de Gruyter. 2005. ISBN 9783110157147.
  • Kranston, Moris. John Locke: A Biography (ingilis). London: Longmans Green & Co Ltd. 1959.
  • Ualdron, Ceremi. God, Locke, and Equality: Christian Foundations in Locke's Political Thought (ingilis). Kembric: Cambridge University Press. 2002. ISBN 978-0-521-89057-1.
  • Çepmen, Kristofer; Rutlec. Key Thinkers in Linguistics and the Philosophy of Language (ingilis). Oksford: Oxford University Press. 2005. ISBN 9780195187687.
  • Eşkraft, Riçard. "Revolutionary Politics and Locke's Two Treatises of Government: Radicalism and Lockean Political Theory". Political Theory (ingilis). Sage Publications, Inc. VIII (4). 1 noyabr 1980: 429-486. doi:10.2307/190657.
  • Vuton, Devid. Locke: Political Writings. Hackett Classics Series (ingilis). İndianapolis: Hackett Publishing. 2003. ISBN 0872206769.
  • Enson Farrer, Ceyms. Books Condemned to Be Burnt (ingilis). Sidney: Wentworth Press. 2019. ISBN 0469800089.
  • Nyuberger Qoldşteyn, Rebekka. Betraying Spinoza: The Renegade Jew Who Gave Us Modernity (ingilis). Nyu-York: Schocken Books. 2006. ISBN 0805211594.
  • E. Kranston, Moris. John Locke: A Biography (ingilis) (I). Harlou: Longmans Green. 1957. ISBN 0192830449.
  • Şverer, Lui G. "Locke, Lockean Ideas, and the Glorious Revolution". Journal of the History of Ideas (ingilis). Filadelfiya: University of Pennsylvania Press. LI (IV). oktyabr–dekabr 1990: 531–548. doi:10.2307/2709645.
  • Qoldi, Mark. Introduction // A Letter Concerning Toleration and Other Writings (ingilis). İndianapolis: Liberty Fund. 2010. ISBN 0865977909.
  • Laslett, Piter. Introduction // Two Treatises of Government (Cambridge Texts in the History of Political Thought) (ingilis). Kembric: Cambridge University Press. 1988. ISBN 1453857710.
  • Lokk, Con. Les clients ayant consulté Essai sur l'entendement humain ont également consulté (fransız). Paris: Le Livre de Poche. 2009. ISBN 2253082198.
  • Amu, Fillip. Dans la Chambre Obscure de l'Esprit: John Locke et l'Invention du Mind (fransız). ITHAQUE. ISBN 978-2916120928.
  • Lennon, Tomas M. Locke on ideas and representation // The Cambridge Companion to Locke (ingilis). Kembric: Cambridge University Press. 2007. ISBN 9781139001380.
  • MakQann, Edvin. Locke's philosophy of body // The Cambridge Companion to Locke (ingilis). Kembric: Cambridge University Press. 1997. ISBN 9780521387729.
  • Bennett, Conatan. Locke's philosophy of mind // The Cambridge Companion to Locke (ingilis). Kembric: Cambridge University Press. 1997. ISBN 9780521387729.
  • Qayyer, Pol. Locke's philosophy of Language // The Cambridge Companion to Locke (ingilis). Kembric: Cambridge University Press. 1997. ISBN 9780521387729.
  • Vulhaus, Rocer. Locke's theory of knowlege // The Cambridge Companion to Locke (ingilis). Kembric: Cambridge University Press. 1997. ISBN 9780521387729.

Xarici keçidlər redaktə

Əsərlər redaktə

Resurslar redaktə

П:   Fəlsəfə portalı П:   Tibb portalı П:   Liberalizm portalı П:   Böyük Britaniya portalı


Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023