Corc Uoker Buş Haqqinda Melumat - Vikipedia

Corc Uoker Buş Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Corc Volker Buş

(Corc Uoker Buş səhifəsindən istiqamətləndirilmişdir)

Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[1][2][…], Nyu-Heyven[d], Konnektikut[3]) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstanİraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib.

Corc Volker Buş
ing. George W. Bush
20 yanvar 2001 – 20 yanvar 2009
Vitse-prezidentRiçard Çeyni
ƏvvəlkiBill Klinton
SonrakıBarak Obama
Şəxsi məlumatlar
Doğum adı George Walker Bush
Doğum tarixi 6 iyul 1946(1946-07-06)[1][2][…] (77 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, spiker-motivator[d], avtobioqraf[d], rəssam, zabit, dövlət xadimi, iş adamı, maliyyəçi[d]
Atası Corc Herbert Uoker Buş[4]
Anası Barbara Buş[4]
Həyat yoldaşı
Uşaqları 2
Ailəsi Buş ailəsi[d]
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Qoşun növü ABŞ Hərbi Hava Qüvvələri
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi Baş leytenant

Təltifləri National Defense Service Medal Order pro Merito Melitensi "Rumıniya Ulduzu" ordeni Müqəddəs Georgi adına "Qələbə" ordeni Order of the Cross of Terra Mariana, 1st Class "Üç Ulduz" ordeni Grand Cross with Collar of the Order of the Three Stars
Collar of the Order of the Star of Romania
Order of the Republic of North Macedonia Hungarian Order of Merit Grand Cross of the Order of Vytautas the Great "Böyük Vitautas" ordeni Order of Merit of Benin Order of Kuwait "Kral Əbdüləziz" ordeni Philadelphia Liberty Medal Order of Sikatuna "Zaid" ordeni
İmzanın şəkli
georgewbush.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub. onun rəsmi bioqrafiyasında konkret harda anadan olduğu öz əksini tapmayıb. Texasda olduqca məşhur olan Buşu texaslılar "100% özününki" hesab edirlər. Lakin jurnalistlərin "Cənab Buş harda anadan olub?" sualına administrasiya əməkdaşı Maykl Couns "Təəssüf ki, Konnektikutda, amma 2–3 yaşlarında valideynləri ilə birlikdə Texasa köçüb və tamamilə texaslı ruhunda böyüyüb." cavabını verib. Orta təhsilini Midlend və Hyustonda alaraq, Yel Universitetinə daxil olur və oranı bakalavriat səviyyəsində bitirir. Harvard Universiteti nəzdində Biznes məktəbində oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ-də F-102 təyyarəsində pilot kimi qulluq etmişdir.

Xanımı Lora Buş keçmişdə kitabxanaçı və müəllimə işləyib. Buşların Barbara və Cenni adlı əkiz qızları var.

Əmək fəaliyyəti redaktə

Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz sənaye şəbəkəsində başlamış və 1986-cı ilə qədər bu sahədə çalışmışdır. 1988-ci il prezident seçkilərində atasının seçkiönü kompaniyasında fəal iştirak edir. Növbəti il bir neçə şəriki ilə birgə "Teksas Reyncers" basketbol komandasını alır. Beş il müddətində klub rəhbəliyində aparıcı yer tutur.

1994-cü il noyabrın 8-də keçirilən ştat qubernatoru vəzifəsində iştirak edir və 53,5% səs toplayaraq qubernator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68,6% səs toplayaraq ikinci dəfə ştat qubernatoru seçilir və Texas tarixində iki ardıcıl dördillik müddətə qubernator seçilən ilk şəxs olur.

2000-ci ildə keçirilən seçkilərdə respublikaçılar partiyasının namizədi olur. Gərgin keçən seçkilərdə Buş demokratlar partiyasıın namizədi, Klintonun prezidentliyi dövründə vitse-prezident vəzifəsini tutmuş Albert Qora kiçik üstünlüklə qalib gələrək prezident seçilir.

11 sentyabr 2001-ci il hadisələri nəticəsində 3 min insan həlak olur. ABŞ xüsusi xidmət orqanlarının verdiyi məlumatlara görə terror aktının təşkilatçısı səudiyyəli milyoner Üsamə Bin Laden Əfqanıstanda gizlənir və ABŞ administrasiyası taliban hərəkatından onun təhvil verilməsini tələb edir. Onların rədd cavabına Buş belə reaksia verir:"Biz onları yuvalarından dartıb çıxaracaq… və ədalət məhkəməsi qarşısında mühakimə edəcəyik." ABŞ administrasiyasının diplomatik səyləri və hərbi əməliyyatlar aparmaq üçün geniş koalisiya yaradılır. 2001-ci il milad bayramı ərəfəsində NATO koalisiyası və "Şimal alyansı" adlı mücahidlər qrupunun birgə əməliyyatlarından sonra Əfqanıstan üzərində tam nəzarət yaradılacaq milli vəhdət hökuməti qurulur, talibanın isə əsas hərbi birləşmələri məhv edilir.

Ümumilikdə Buşun prezidentliyi birqiymətli dəyərləndirilmir. Bu özünü aparılan sorğularda da göstərir. 11 sentyabr hadisələrindən sonra reytinqi 90%-ə çatsa da, 2007ci ilin sonunda bu göstərici 24% olmuşdur. Buşun prezidentliyi obyektiv qiymətini yəqin ki, yaxın gələcəkdə alacaq.

Buş tarixinin xronologiyası redaktə

2001 redaktə

 
  • 20 Yanvar: Corc Uoker Buş, Demokratlar Partiyasının namizədi Albert Qora qarşı şübhəli olduğu iddia edilən seçkinin ardından 43. ABŞ prezidenti oldu.
  • 29 Mart: İstixana qazlarının atmosferə buraxılmasını məhdudlaşdıran Kioto Protokolunu imzalamağı rədd etdi. Protokol, 1998-ci ildə dövrün başçısı Bill Klinton tərəfindən imzalanmışdı.
  • 10 May: 11 illik və 1.350 trilyon dollarlıq vergi endirimi planını qəbul etdi.
  • 11 Sentyabr: rəsmi mövqelər tərəfindən Əl-Qaidə tərəfindən qaçırılan 4 sərnişin təyyarəsi, New Yorkdakı Dünya Ticarət Mərkəzi, Vaşinqtondakı Müdafiə Nazirliyi binası və Pensilvaniyaya düşdü: 3 minə yaxın insan öldü.
  • 20 Sentyabr: Buş, Əl-Qaidə lideri Üsamə Bin Ladenin qaytarılması üçün Əfqanıstana ultimatum verdi.
  • 7 Oktyabr: Əfqanıstana müdaxilə başladı. Paytaxt Kabil 13 Noyabrda işğal edildi.
  • 26 oktyabr: Terrorla mübarizədə artan izləmə və təzyiq səlahiyyəti verən "Patriot Act" qüvvəyə girdi.

2002 redaktə

  • 11 Yanvar: Kubadakı Amerikan hərbi bazası Quantanamoda həbsxana açıldı.
  • 29 Yanvar: Buş, İran, İraqŞimali Koreyanı dünya barışını təhdid edən "Şər oxuna" yerləşdirdi.
  • 1 İyun: Buş, ABŞ təhlükəsizliyini təhdid edən dövlətlərə qarşı "önləyici döyüş" doktrinasını açıqladı.
  • 11 oktyabr: Konqres İraqın vurulmasını təsdiqlədi.

2003 redaktə

  • 22 Yanvar: Dövrün müdafiə naziri Donald Rumsfeld, İraqa müdaxiləyə qarşı çıxan FransaAlmaniyanı "Köhnə Avropa" olaraq xarakterizə etdi.
  • 28 Yanvar: Buş rəhbərliyi, Afrikadakı AIDS qurbanlarına dərman alınması üçün 15 milyard dollarlıq yardım etdi.
  • 20 Mart: İraqın işğalı. Paytaxt Bağdad 9 Apreldə düşdü. (İraq müharibəsi)
  • 1 May: Bush, "əsas qarşıdurmaların sona çatdığını" açıqladı.
  • 3 Oktyabr: Koalisiyanın istintaq komissiyası, İraqda müharibənin səbəbi olaraq göstərilən kütləvi qırğın silahlarının olmadığını açıqladı.
  • 13 dekabr: İraq Dövlət Başçısı Səddam Hüseyn tutuldu.

2004 redaktə

  • 14 Yanvar: Buş, Aya gedilməsini nəzərdə tutan kosmos proqramını başlatdı.
  • 28 Aprel: İraqdakı Əbu Qureyb həbsxanada Amerika əsgərlərinin iraqlılara işgəncə etdiyini göstərən fotoşəkillər bütün dünyada reaksiyalara səbəb oldu.
  • 29 İyun: Liviya ilə diplomatik əlaqələr yenidən başladı.
  • 2 Noyabr: Buş, Demokratların namizədi Con Kerri qarşısında ikinci müddətə yenidən prezident seçildi. Respublikaçılar Konqresdəki əksəriyyəti qorudu.

2005 redaktə

2006 redaktə

  • 8 Noyabr: Növbədənkənar seçkilər keçirildi. Demokratlar Partiyası, Konqresin iki qanadını da qazandı. Buş, Ramsfeldi vəzifədən uzaqlaşdırdı, yerinə Robert Gatesi təyin etdi.
  • 30 dekabr: Səddam Hüseyn edam edildi. Buş, bunu "İraqda əhəmiyyətli bir dövr" olaraq qiymətləndirdi.

2007 redaktə

  • 10 Yanvar: Buş, əvvəlcə paytaxt Bağdadın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan "gücləndirmə planı" çərçivəsində İraqa 20 min əsgər göndəriləcəyini açıqladı.
  • 7 May: Buş, Şimali Koreyaya enerji köməyi edilməsinə icazə verdi.

2008 redaktə

  • 15 Sentyabr: Lehman Brothers bankının çöküşü, dünyadakı maliyyə böhranı zəlzələsini başlatdı.
  • 4 Noyabr: Barak Obama, prezident seçkilərində qələbə qazandı.
  • 15 Noyabr: Buş Vaşinqtonda maliyyə böhranın eşiyindəki dünyanın ən güclü iqtisadiyyatlarını bir araya gətirən G-20 zirvəsi təşkil etdi.
  • 14 dekabr: İraqlı bir jurnalist Bağdadı ziyarət edən Buşa ayaqqabı atdı.

2009 redaktə

  • 20 Yanvar: Buş, prezidentliyi ABŞ-nin ilk qaradərili prezidenti Barak Obamaya təhvil verdi.

Mənbə redaktə

  • Elşən Bayramzadə — "Amerika prezidentləri"(2012)

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 George Walker Bush // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. 2,0 2,1 George Bush // The Fine Art Archive. 2003.
  3. 3,0 3,1 Bush, George W. (George Walker), 1946- // Library of Congress Authorities (ing.). Library of Congress.
  4. 4,0 4,1 Lundy D. R. The Peerage (ing.).

Xarici keçidlər redaktə


Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023