Döyməc Haqqinda Melumat - Vikipedia

Döyməc Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) QəzvinTəbriz[1] şəhərlərinə aid olan qəlyanaltıdır.

Qəzvin döyməci

Lazım olan ərzaqlar redaktə

  • 1 stəkan su
  • 200 q pendir (küp pendiri daha yaxşıdır)
  • 4 ədəd quru lavaş çörəyi
  • 100 q kərə yağı
  • Lazım olan miqdarda doğranılmış göyərtilər
  • 100 q qızardılmış soğan
  • Lazım olan miqdarda qoz içi
  • İstəyə görə qaymaqlı qatıq

Hazırlanma qaydası redaktə

 
Döyməcin hazırlanmasında qızardılmış soğan çox önəmli yer tutur

İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.

İstinadlar redaktə

Yaşayış görünüşü

  1. "Suran". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.

Saytda 209 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024