Dəndənəkan döyüşü Haqqinda Melumat - Vikipedia

Dəndənəkan döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dəndənəkan döyüşü

Dəndənəkan döyüşü — 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında baş verən savaş.

Dəndənəkan döyüşü
Səlcuqlu – Qəznəvi müharibəsi
Dəndənəkanda Səlcuqlu – Qəznəvi toqquşmasını təsvir edən miniatür
Tarix 23 may, 1040
Yeri Dəndənəkan, Mərv yaxınlığı.
Nəticəsi Səlcuqluların qələbəsi[1]
Münaqişə tərəfləri

Qəznəvilər dövləti

Səlcuqlular

Komandan(lar)

Sultan Məsud Qəznəvi
Əli Daya
Əhməd Şirazi
Əbu Səhl Zəvzani
Əbdürrəzaq Məymandi
Bəydoğdu
Subaşı

Toğrul bəy
Çağrı bəy
Əbu Mənsur Fərəməz[2]

Tərəflərin qüvvəsi

50.000 döyüşçü
60 döyüş fili[3]

20.000 döyüşçü, başqa mənbəyə görə 16 000 [4]

İtkilər

naməlum, lakin ağır itki olması güman edilir

naməlum

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

I Məsud 50 minlik qoşun, 300 döyüş fili ilə səlcuqlara qarşı çıxdı. Döyüş zamanı səlcuqlar geri çəkildilər. Əhali ağır vergilərə görə Qəznəvi döyüşçülərinə kömək etmədi. 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu milli döyüş üsulundan istifadə edərək, qollara ayrıldı. Bir qol vuruşandan sonra geri çəkilir, onu başqası əvəz edirdi. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Oğuzlar qalib gəldilər.[5] Oğuz qəbilələrinin döyüşdən bir gün sonra çağrılmış qurultayında Toğrul bəy (1040–1063) sultan elan edildi.[6]

Qəznəvi dövlətinin məğlub olmasının səbəbi daxili ziddiyyətlər, əhalinin narazılığı, türk qulamlarının səlcuqlara rəğbəti idi.

Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda qərb və şərq istiqamətlərində yeni torpaqlar tutmağı qərara aldılar. İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycana yol açıldı. 1043-cü ildə paytaxt Nişapurdan Reyə köçürüldü. Səlcuqlar 1040–1054-cü illərdə hərbi yürüşləri nəticəsində Sistan, Bəlx, Xarəzm, Həmədan və Qərbi İranı ələ keçirdilər. Onlar 120 illik Buveyhilər dövlətinin varlığına son qoydular.

İstinadlar redaktə

  1. Grousset, Rene, The Empire of the Steppes: A History of Central Asia , (Rutgers University, 2002), 147.
  2. Abū Manșūr Farāmarz, C. E. Bosworth, Encyclopaedia Iranica, (July 19, 2011).[1] Arxivləşdirilib 2013-11-10 at the Wayback Machine
  3. Christian, David, A history of Russia, Central Asia, and Mongolia , (Wiley-Blackwell, 1998), 373.
  4. Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 28
  5. Köymen, s.321–339
  6. Merçil, s.75–76

Mənbə redaktə

  • Qerdîzî (1347/1928). Zeynü'l-ahbâr, nşr. Abdülhayy Habîbî, Tahran.
  • Köymen, Mehmet Altay (1993). Büyük Selçuklu İmparatorluğu Tarihi. Cilt 1. Kuruluş Devri, Türk Tarih Kurumu Yayınları, Ankara. ISBN 975-16-0117-7.
  • Merçil, Erdoğan (1989). Gazneliler Devleti Tarihi, TTK Basımevi, Ankara. ISBN 975-16-0189-4.

Həmçinin bax redaktə


Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024