Dərbənd mayakı Haqqinda Melumat - Vikipedia

Dərbənd mayakı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dərbənd mayakı

Dərbənd mayakı — Rusiya Federasiyasının ən cənub mayakıdır[1]. Mayak Dağıstanın Dərbənd şəhərində yerləşir.

Dərbənd mayakı
Dərbənd mayakı
Dərbənd mayakı
Ölkə
Su hövzəsi Xəzər dənizi
Yerləşir Dərbənd, Dağıstan, Rusiya
Koordinatlar 42°03′41″ şm. e. 48°17′45″ ş. u.
Yandırılma ili 1 may 1853
Tikilmə tarixi 1853
Tikinti materialı daş
Hündürlüyü 18,6 m
Diapazon əsas: 18 dəniz mili
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayak Rusiyanın qorunan abidələri və UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[2].

Tarixi redaktə

Dərbənd qədim zamanlarlar liman şəhəri olmasına baxmayaraq, burada XIX əsrə qədər limanların əsas atributlarından sayılan mayakın olması barədə məlumat yoxdur.

Rusiya imperiyasına məxsus gəmilər Dərbənd qalası rayonuna XVI əsrin 60-cı illərində[3] yan almışlar. Bu zaman ruslar Xəzər dənizinin qərb sahillərinə gərbi yürüşlər təşkil edirdilər.

I Pyotr Xəzər dənizində Rusiyanın təsir dairəsini artırmaq və Baltik-Xəzər dəniz yolunu inkişaf etdirməklə Avropa-Şərq arasında ticarət əlaqələrini qurmaq məqsədi ilə 17221723-cü illərdə Rusiya imperator donanamasının köməyi ilə Xəzəryanı bölgələrə hərbi yürüşünü təşkil etmişdir. Bunun nəticəsində Dərbənd və Bakı kimi tratüji əhəmiyyəti olan şəhərlər ələ keçirilir.

18261828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi sonrası Rusiya Xəzər dənizində yeganə hərbi gücə çevrildi. rus və fars ticarət gəmiləri isə dənizdə sərbəst dolaşma hüququ əldə etdi.

XVIII əsrdə Xəzər dənizində poçt və sərnişin gəmiçiliyin inkişafı Dərbənddə mayak tikitisini zəruri edir.

Liman qısa zaman kəsiyində inkişaf edirdi. Qafqaz canişini, general-feldmarşal knyaz Mixail Vorontsov Xəzər dənizində gəmilərin təhlükəsizliyini təmin etmək və və Dərbənddə mayakın inşasını gerçəkləşdirmək məqsədi ilə qərar qəbul edir. Mayakın inşasına 1851-ci ildə başlanılır.

1853-cü ildə mayak kapitan saviniçin layihəsi əsasında inşa edilərək bitirilir. 16 yanvar 1853-cü ildə mayak karantin və gömrük postunun gözətçilərinə təhvil verildi.

Yerləşməsi redaktə

Mayak şəhərin mərkəzində, Kirov və Nizami adına parkda yerləşir[3].

N42°03'41,20" E48°17'45,48"

YUNESKO-nun bayrağı  YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 1070
ing.rus.fr.

İstinadlar redaktə

  1. "Mədəni irs abidələri. Dərbənd mayakı". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
  2. "«Dərbənd» mayakı". 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
  3. 1 2 "Дербентский маяк". 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.

Mənbə redaktə


Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024