Dərbənd xanlığı Haqqinda Melumat - Vikipedia

Dərbənd xanlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dərbənd xanlığı

Dərbənd xanlığıƏfşarlar dövlətinin süqutu nəticəsində yaranmış Azərbaycan xanlıqlarından biri.[7][8] Xanlığın əsası 1747-ci ildə Məhəmmədhəsən xan tərəfindən qoyulmuşdur.[9] Dərbənd xanlığı 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunmuşdur.[10] Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min km². idi.[11]

Xanlıq
Dərbənd xanlığı
Dərbənd xanlığı sərhədləri ilə
Dərbənd xanlığı sərhədləri ilə
 
1747 — 1806

Paytaxt Dərbənd
Rəsmi dilləri Azərbaycan dili,[1]
fars dili[2][3]
Dövlət dini İslam (Şiə)
Ərazisi 7 min kv. km.
Əhalisi Azərbaycanlılar[4][5], ləzgilər[6] dağ yəhudiləri və s.
İdarəetmə forması Mütləq monarxiya
Sülalə İbrahimqulu (Kürçi)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xanlığın ərazisi müasir Dağıstanın cənubunu əhatə edirdi və mərkəzi Dərbənd şəhəri idi.

Tarixi redaktə

1509-cu ilə qədər Dərbənd əsasən Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bu tarixdə Dərbənd Səfəvi hökmdarı I İsmayıl tərəfindən ələ keçirilmiş və burada formalaşdırılmış qızılbaş idarəetmə sisteminin bir hissəsi olmuşdur. Bundan sonra Səfəvilər burada xeyli sayda məscid və digər motivli memarlıq nümunələri tikdirmiş, xüsusən I Abbas şəhərin istehkamlarının gücləndirilməsinə, limanının genişləndirilməsinə diqqət yetirmişdir. Dərbənd qızılbaş əmiri tərəfindən idarə edilirdi və bu əmir Şirvan bəylərbəyinə tabe idi. Dərbənd hakiminin müavini olan naib yerlilər arasından təyin edilirdi və bu vəzifə irsi keçirdi.[12]

Rus hücumu və sonrası redaktə

Dağıstanın böyük bir hissəsi uzun müddət Səfəvi imperiyası tərəfindən idarə edilmişdi. XVII əsrin əvvəllərində Dərbənd Səfəvi şahından sultan titulu almış və qızılbaş tayfalarından Ustaclı, Rumlu, Şamlı və digər tayfalara mənsub olan şəxslər tərəfindən idarə edilməkdə idi.[13]

XVIII əsrin birinci rübündən etibarən Səfəvi imperiyası zəifləməyə başladı və bu zəifləmə nəticəsində Şimali Qafqazda qızılbaş hakimiyyətinə qarşı üsyanlar meydana çıxdı. Səfəvilərin zəifləməsindən istifadə edən ruslar və osmanlılar bu bölgəni öz əllərinə keçirməyə çalışırdılar. 1722-ci ildə I Pyotr Səfəvi imperiyası ilə müharibəyə başladı. Bununla da 1722–1723-cü illəri əhatə edən Rus-Səfəvi müharibəsi başladı. Yürüş nəticəsində Dərbəndi ələ keçirən Pyotr daha da cənuba doğru irəlilədi. Bu rusların Dərbəndə və onun cənubuna həyata keçirdikləri ilk yürüş idi. Dərbəndin bu zaman hakimi olan İmamqulu xan şəhərin açarlarını Pyotra təqim edib ona tabe oldu.[14][15] Pyotr bu barədə sebata bu məktubu yazmışdı:[16]

Bu şəhərin meri bizi qarşıladı və qapının açarını gətirdi. Doğrudur, bu insanlar bizi təmənnasız məhəbbətlə qəbul etdilər və bizi gördüklərinə elə sevindilər ki, sanki özlərini mühasirədən xilas etdilər.

I Pyotr İmamqulu xanı yenidən Dərbəndin hakimi təyin etdi və ona general-mayor rütbəsi təqdim edildi. Pyotra qədər ona xidmət edən döyüşçülər də yenidən İmamqulu xanın əmrinə keçirildi. 1723-cü ildə imzalanmış Peterburq müqaviləsi ilə ruslar Dərbənddən Ənzəliyə qədər Xəzər sahili torpaqları ələ keçirsələr də,[17] yeni Səfəvi şahı bunu qəbul etmədi. Osmanlıların Qafqaza hərbi müdaxiləsi, qızılbaş ordu gücünün yenidən parlaq sərkərdə Nadir xanın rəhbərliyində yüksəlişə keçməsi rusları çətin vəziyyətə saldı. Onlar 1735-ci ildə imzalanmış Gəncə müqaviləsi ilə bütün ələ keçirdikləri torpaqları tərk edərək geri çəkildilər.[18][19]

1735-ci ildə Krım xanı Əhməd Əhməd xan Usmini Dərbənd hakimi təyin edilməsinə nail ola bildi. Nadir şah daha sonra onu Ustaclı və Qaraçorlu tayfasından olan sultanlarla dəyişdirdi. Nadir şahın 1747-ci ildə ölümündən sonra Dərbənd onun yaxın sərkərdələrindən biri olan Məhəmməd xan Gərəkli tərəfindən idarə edildi. Nadirin ölümündən sonra şəhərə geri dönən İmamqulu xanın oğlu Məhəmmədhəsən şəhərdə hakimiyyəti ələ keçirdi. Dərbənd xanlığının formalaşması barədə I. Berezin bu sözləri yazmaqdadır:[20]

…İran fatehinin sui-qəsdçilərin zərbələri ilə düşməsi ilə birlikdə öz hakimlərindən narazı olan Dərbənd sakinləri Məhəmmədhəsəni 1747-ci ildə öz hakimləri etdilər…

Xanlığın yaranması redaktə

1747-ci ildə Nadir şahın ölümündən sonra onun imperiyası parçalanmağa başladı və xeyli sayda xanlıqlar ortaya çıxmağa başladı. Belə xanlıqlardan biri də Dərbənd xanlığı idi.[21] 1747-ci ildən etibarən Dərbənd xanlığı müstəqil olaraq fəaliyyətə başladı və onun ilk xanı İmamqulu xanın oğlu Məhəmmədhəsən xan oldu.[14]

Quba xanlığından asılılıq redaktə

1765-ci ildə Qubalı Fətəli xan Dərbəndi ələ keçirdi və onun torpaqlarını öz mülklərinə birləşdirdi. Ona bu fəth zamanı Tabasaran şamxalı, üsmisi və qazısı yardım etmişdi.[22] Xanlığım tabe etdirilməsindən sonra onun keçmiş xanı Məhəmmədhəsən kor edildi və əvvəlcə Qubada, sonra da Bakıda həbsə atıldı. Bundan bir müddət keçdikdən sonra o, Bakıda vəfat etdi.[23]

1774-cü ildə Qubalı Fətəli xan Gavduşan çölündə Qarabağ, Şəki xanlıqları və Dağıstan hakimlərinin birləşmiş qüvvələri ilə döyüşə girib məğlub oldu və özü yaralanıb Salyan ərazisinə geri çəkildi. Ağır məğlubiyyətdən sonra Fətəli xan yaxın adamlarından birini Qızlar qalasında məskunlaşan rus ordu komandanı general-mayor Medemlə danışıqlara göndərdi. Medem Fətəli xana yardım etmək üçün yürüşə başladı. Bu zaman Dərbənd qalası mühasirəyə alınmışdı. İlk toqquşmalarda İran-Xarab döyüşündə usmiliyin ordusu Başlı yaxınlığında darmadağın edildi. Bundan sonra general Medem Başlını ələ keçirib dağıtdı.[24][25][26]

Fətəli xanın ölümündən sonra onun birləşdirdiyi xanlıqlar da ayrılmağa başladılar. Onun varisi Əhməd xan yalnız iki il xan ola bildi və 1791-ci ilin martında vəfat etdi. Ondan sonra Qubanın yeni xanı onun qardaşı Şeyxəli xan oldu. Şeyxəli xanın siyasətindən narazı olan Dərbənd yenidən özünün müstəqilliyini elan etdi. 1799-cu ilin mayında Fətəli xanın ən kiçik oğlu Həsən ağa yeni Dərbənd xanı elan edildi. 1802-ci ildə Həsən ağa öldü və Şeyxəli xan yenidən Dərbəndi Quba xanlığına birləşdirdi.[27]

Qacarların hücumu və xanlığın sonu redaktə

Birinci Qacar-Rus müharibəsi zamanı 1806-cı ildə Dərbənd rus ordusu tərəfindən işğal edildi. Müharibəni sonlandıran və 1813-cü ildə imzalanmış Gülüstan sülhünə görə Dərbənd Rusiyaya verildi. Bundan başqa, Qacar şahı Fətəli şah Bakı, Gəncə, Şirvan, Şəki, Quba, GürcüstanDağıstanın ruslar tərəfindən ələ keçirilməsini tanıdılar.[28]

Əhalisi və coğrafiyası redaktə

Dərbənd xanlığının ərazisi Qaraqaytaqın Usmisinin mülkündən cənuba, qərbdə Tabasaran hakimliyinin sərhədinə, cənubda isə Quba xanlığının şimal-şərq sərhədlərinə qədər uzanırdı.[29] Buraya, cümlədən Dərbənd şəhərinin özü və Ulus Mahalın kəndləri də daxil idi.[30][31] Rus tarixçisi S. M. Bronevski yazır ki, Dərbənd şəhərinin mövqeyi baxımından mühüm əhəmiyyət kəsb edən Dərbənd xanlığı Samur çayından Dərvaqçaya qədər Xəzər dənizinin sahili boyunca 45 verst uzunluğundadır. Dənizdən dağlara qədər eni 20 verst, ən böyük eni isə qərbdə Tabasaran və Qazıqumuq mülklərinə qədər 25 verstdir. Şimalda Qaraqaytaq usmiliyinin mülkləri ilə, cənubda isə Quba xanlığı ilə həmsərhəddir.[32] Dubrovinin məlumatına görə xanlığın əhalisinin böyük bir hissəsi azərbaycanlılardan ibarət idi.[33]

Rus tarixçisi və XVIII əsrin sonlarında Qafqazda olmuş Semyon Mixailoviç Bronevski Dərbənd barədə bunları yazmışdır:[34]

1796-cı ildı orada 2.189 ev var idi. Onlardan biri zərbxana, 450-i dükan, 15-i məscid, 6-ı karvansara, 30-u ipək emalatxanası, 113 kağız dəyirmanları, 50-i digər sənətkarlıq dükanları idi. Hər iki cinsdən olan sakinlərin sayı 10 mindən az idi. Onların hamısı Şiə məzhəbindən və iranlı [ruslar burada iranlı deyərkən Azərbaycan türklərini nəzərdə tuturlar] idilər. İstisna olaraq bir neçə erməni də var idi.

Bundan başqa o, əlavə edir:[35]

Digər sakinlərə gəldikdə isə, onların sayı 2000-i keçməzdi. Onlar əslən İrandan gələn ŞahsevənTərəkəmə kimi tayfalar idi və qədim dövrlərdə Dağıstana köçürülmüş, 17 kəndə məskunlaşmış və Şiə məzhəblərini qorumuşdular. Onlar Tatar dialektində (Azərbaycan türkcəsində) danışırdılar. Onlar çalışqan fermerdirlər, bir növ çörək, pambıq, zəfəran hazırlayır, ipəkçiliklə məşğul olurlar və şəhərin odun, kömür və ərzaq ehtiyatları kimi ehtiyac duyduğu təbii sərvətlərə töhfə verirlər. Onların torpaqları bütün təchizat, çəmənliklər, meşələr və sularla dolu idi. Dağ xalqları öz basqınları ilə dincliklərini pozurlar, lakin ehtiyatlı olduqları, cəsur və həmişə silahlanmış olduqları üçün bunu təbiətlərində də əksr etdirə bilirlər. Dərbənd xanlığı şəhər ilə birlikdə çoxu da süvari olan — kimlərki Dəbənddə ən yaxşı şəkildə hörmət görürdülər — və sayı da 4 mindən çox olmayan ordu çıxara bilirdi.

Hakimləri redaktə

1. Məhəmmədhüseyn xan 1747–1765
2. Fətəli xan 1765–1789
3. Əhməd xan Qubalı 1789–1791
4. Şeyxəli xan Qubalı 1791–1796
5. Həsən Ağa 1796–1797
6. Şeyxəli xan Qubalı 1797–1799
7. Həsən Ağa 1799–1802
8. Şeyxəli xan Qubalı 1802–1806

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Большая российская энциклопедия, т. 8, 2007, стр. 55"
  2. Tadeusz Swietochowski «Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community», Cambridge University Press, 2004, стр. 11
  3. Илья Павлович Петрушевский «Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв.», издательство Ленинградского гос. университета имени А. А. Жданова, 1949. Стр. 6:
  4. Дубровин Н. Ф. История войны и владычество русских на Кавказе. Очерк Кавказа и народов его населяющих: Закавказье. — СПб., 1871. — Т. 1, книга 2. — С. 328.
  5. «Историческая география Дагестана, XVII — нач. XIX в: Историческая география Южного Дагестана.» — Махачкала, 2001. — С. 122. Ф. Ф. Симонович писал: «Народ Кубинского владения происходит с дербентским от одних поколений и секты Алиевой, изъемля Юхарибаш и Кубинский Дагестан, причисляющих к дагестанским татарам, исповедующим магометанскую веру секты Алиевой и Сунинской»
  6. Minahan, James. Encyclopedia of the stateless nations. 3. L - R. Greenwood Publishing Group. 2002. 1086. ISBN 9780313321115.
  7. Азәрбајҹан Совет Енсиклопедијасы. III ҹилд: Гajыбов – Елдаров. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjaсы, 1979, cəhифə 413.
  8. Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905–1920: The Shaping of National Identity in a Muslim Community. Cambridge, UK, Cambridge University Press, 2004.
  9. "Dərbənd şəhəri". 2015-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  10. "Dərbənd xanlığı". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  11. "Qan yaddaşımız". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  12. Аликберов, 2003. səh. 847
  13. Bournoutian, 2021. səh. 258
  14. 14,0 14,1 Гаджиева, 1999. səh. 169
  15. Пиотровский, 1988. səh. 414
  16. Любин və digərləri, 1988. səh. 414
  17. "Русско-иранский договор 1723". gatchina3000.ru. 21 fevral 2008. 9 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2023.
  18. "Гянджинский трактат 1735". gatchina3000.ru. 4 noyabr 2011. 9 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2023.
  19. Tucker, 2006
  20. Абдуллаев, 1958. səh. 14
  21. Zonn, 2010
  22. Рамазанов, 1964. səh. 184
  23. İnayətullah Rza. Aran adı niyə məhv oldu ?.
  24. Абдуллаев, 1965. səh. 524-525
  25. Bakıxanov, 2000. səh. 162
  26. Потто, 1886
  27. Mustafayev, 1989. səh. 35
  28. Dowling, 2014. səh. 35
  29. Гаджиев, Давудов və Шихсаидов, 1967
  30. История Дагестана, 1967. səh. 326
  31. Хан-Магомедов, 1958
  32. Броневский, 1823. səh. 176-177
  33. Дубровин, 1823. səh. 329
  34. Броневский, 1996. səh. 176-177
  35. Броневский, 1999. səh. 176-177

Mənbə redaktə

  • С. Ш. Гаджиева. Дагестанские азербайджанцы, XIX — начало XX в.: историко-этнографическое исследование. Восточная литература. 1999.
  • Пиотровский Б.Б. История народов Северного Кавказа с древнейших времён до конца XVIII в. Moskva: Наука. 1988.
  • Ernest Tucker. NĀDER SHAH. Encyclopædia Iranica. 2006.
  • Timothy C. Dowling. Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond [2 volumes]. ABC-CLIO. 2014.
  • Zonn, Igor S.; Kosarev, Aleksey N.; Glantz, Michael; Kostianoy, Andrey G. The Caspian Sea Encyclopedia. Springer. 2010. ISBN 9783642115240.
  • Х. Х. Рамазанов, А. Р. Шихсаидов. Очерки истории Южного Дагестан. Махачкала: Дагестанский филиал Академии наук СССР. 1964.
  • Camal Mustafayev. Azərbaycanın şimal xanlıqları və Rusiya: XVIII əsrin sonu - XIX əsrin əvvəlləri. Bakı: Elm. 1989.
  • С. М. Броневский. Историческия выписки о сношениях России с Персиею, Грузиею и вообще с горскими народами, в Кавказе обитающими, со времен Ивана Васильевича доныне. Центр "Петербургское востоковедение". 1996.
  • М. Г. Гаджиев, О. М. Давудов А. Р. Шихсаидов. ИСТОРИЯ ДАГЕСТАНА С ДРЕВНЕЙШИХ ВРЕМЁН ДО КОНЦА XV В . Moskva: Наука. 1967.
  • Аликберов А.К. Эпоха классического ислама на Кавказе: Абу Бакр ад-Дарбанди и его суфийская энциклопедия "Райхан ал-хака'ик" (XI-XII) вв.). под. ред С.М. Прозорова. 2003. ISBN 5-02-018190-0.
  • George A. Bournoutian. From the Kur to the Aras: A Military History of Russia's Move Into the South Caucasus and the First Russo-Iranian War, 1801-1813. Brill. 2021. 318.
  • История Дагестана. 1. Moskva: Наука. 1967.
  • С. О. Хан-Магомедов. Дербент. Moskva: 1958.
  • Дубровин Н. Ф. История войны и владычество русских на Кавказе. Очерк Кавказа и народов его населяющих: Закавказье. 1. СПб. 1871.
  • Г. Б. Абдуллаев. Из истории Северо-Восточного Азербайджана в 60-80-х гг. XVIII в. Баку: Изд-во АН Азербайджанской ССР. 1958.
  • Г. Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во АН Азербайджанской ССР. 1965.
  • Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı: Minarə. Əsgərli, M. tərəfindən tərcümə olunub. 2000.
  • Мустафаев Дж. М. Северные ханства Азербайджана и Россия: конец XVIII — начало XIX в. Bakı: Elm. 1989.
  • В. П. Любин, Х. А. Амирханов, П. У. Аутлев и др.; Отв. ред. Б. Б. Пиотровский; Введ. А. П. Новосельцева. История народов Северного Кавказа с древнейших времён до конца XVIII в. Moskva: Наука. 1988. ISBN 5-02-009486-2.
  • С.М. Броневский. Кавказцы / Титъ Каменецкий. 1. Москва: Типография Селивановского. 464.
  • Василий Потто. Генерал Медем (Кавказская линия с 1762 по 1775 год) // Кавказская война - От древнейших времен до Ермолова. 1. Москва: Типография Селивановского. 1886.

Xarici keçidlər redaktə


Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023