Dəyər Haqqinda Melumat - Vikipedia

Dəyər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dəyər — Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Qiymətləndirmə – ifadə şəklində verilmiş qiymətlərin müəyyən olunmasının proqram yolu ilə yerinə yetirilməsi və ya proqram deyimi ilə verilən əməllər. Kompilyasiya və ya çalışma mərhələsində baş verir. Məsələn, proqram mürəkkəb ifadəni bərabərlik şəklində qiymətləndirə və sonra bu nəticəni müəyyən dəyişənə mənimsədə bilər. Eləcə də altproqramı çağıran deyimin qiymətini hesablaya və sonra qiymətləndirmənin nəticəsindən asılı olaraq idarəetməni altproqrama verə bilər.

Riskə məruz dəyər redaktə

Riskə məruz dəyər, riskin ölçmə üsulu. Bütün dünya ədəbiyyatlarında riskə məruz dəyər "Value at Risk(VaR)" kimi qəbul edilir. Riskə məruz dəyər (RMD) modeli maliyyə institutları tərəfindən bazar riskini hesablamaq üçün geniş şəkildə istifadə olunur. RMD müəyyənləşdirilmiş çərçivədə verilmiş ehtimalla portfelin dəyərinin maksimal itkisini hesablayan modeldir.

Riskə məruz dəyər üç parametrlə xarakterizə olunur.

  • Müvəqqəti horizont — baxılan vəziyyətdən asılıdır. Bazel metodlarına əsasən 10 gün, Risk Metrics-ə əsasən 1 gün. Əsasən baxılan metod 1 gündür.
  • Etimad səviyyəsi — qəbul edilə bilinəcək risk səviyyəsi.
  • Baza valyutası — göstəricilərin ölçüldüyü valyuta.

Ədəbiyyat redaktə

Digər mənası redaktə

  • Əmtəə istehsalına sərf edilən və bu əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı (iqtisadi mənası).

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024