DC Comics Haqqinda Melumat - Vikipedia

DC Comics Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

DC ComicsABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros.[1] şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl Fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir.

DC Comics
Ölkə ABŞ ABŞ
Əsas şirkət Warner Bros.
Status aktiv
Yaranma tarixi 1934
Qurucu Malkom Hiler-Nikolson
Qərargah Berbank, Kaliforniya, ABŞ
Nəşrlər komiks
Sahib Time Warner
Sayt dccomics.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür.[2] Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.[3]

DC Comics və Marvel Comics birlikdə 2008-ci ildə ABŞ-də çap olunan komikslərin 80 %-nin müəllifi idilər.[4]

Tarix redaktə

DC Comicsin əsası 1934-cü ildə Malkol Hiler-Nikolson tərəfindən qoyulmuşdur. Nəşriyyatın ilk adı National Allied Publications idi.[5] Nəşriyyatın ilk komiksi 1935-ci ilin fevralında nəşr olunmuş "Yeni əyləncə: Böyük komiks jurnalı" komiksinin ilk sayı idi.[6] 1935-ci ilin dekabrında "Yeni komikslər" nəşr olunmağa başlandı. Bu, komiks Qızıl dövrün başlanğıcının xəbərçisi idi.[7] Daha sonra bu komiksinin adı dəyişdirilərək "Macəra komiksləri" olmuş, 1983-cü ilə qədər 503 sayı nəşr olunmuş, DC Comicsin ən uzun müddət çap olunmuş komiksi olmuşdur. 2009-cu ildə DC Comics bu adla yeni komiks nəşr etməyə qərar vermişdir.[8]

3-cü komiks seriyası "Dedektiv komikslər" olmuşdur. Bu komiksin reklamı 1936-cı ilin dekabrında edilsə də, 1937-ci ilin martında çap olunmuşdur. 1939-cu ilin mayında komiksin 27-ci sayında Betmen personajının peyda olmasından sonra bu komiks xeyli məşhurlaşmışdır. Nəşriyyatın qurucusu Malkom isə nəşriyyatı tərk etmişdir. 1937-ci ildə nəşriyyat adını Dedective Comics almışdır.[9]

Dedective Comics adı ilə ilk təsis olunmuş komiks "Əməliyyat komiksləri" olmuşdur. Bu komiks seriyasında ilk dəfə Supermen yer almışdır. Komiksin 1938-ci ilin iyun ayında nəşr olunmuş ilk sayı komiks dünyasına yenilik gətirmişdi. Bu komiksdə ilk dəfə "super qəhrəman" termini işlədilmişdi və komikslərdə ilk dəfə super qəhrəmanlar iştirak edirdi. Tezliklə nəşriyyat Qum-adam və Betmen kimi məşhur personajlarını yaratmışdır.

22 fevral 2010-cu ildə "Əməliyyat komiksləri"nin ilk sayının nüsxəsi xərracda 1 milyon ABŞ dollarına satılmışdır.[10]

Loqolar redaktə

İstinadlar redaktə

  1. Melrose, Kevin. "DC Entertainment - what we know so far". Comic Book Resources. October 10, 2009. June 1, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 11, 2009.
  2. [www.dccomics.com "Official Site"] (#bad_url). Dccomics.com. April 21, 2010. İstifadə tarixi: June 17, 2010.
  3. DC Comics Inc. Arxivləşdirilib 2008-09-21 at the Wayback Machine Hoovers. Retrieved October 18, 2008.
  4. Siklos, Richard. "Spoiler alert: Comic books are alive and kicking". CNN. October 13, 2008. March 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2010.
  5. Marx, Barry, Cavalieri, Joey and Hill, Thomas (w), Petruccio, Steven (a), Marx, Barry (ed). "Major Malcolm Wheeler-Nicholson DC Founded" Fifty Who Made DC Great: 5 (1985), DC Comics
  6. New Fun #1 (Feb. 1935)
  7. New Comics Arxivləşdirilib 2012-12-31 at the Wayback Machine at the Grand Comics Database
  8. Adventure Comics (DC, 2009 series) Arxivləşdirilib 2012-10-30 at the Wayback Machine at the Grand Comics Database
  9. Micheal Jones, Gerard. Men of Tomorrow: Geeks, Gangsters, and the Birth of the Comic Book. Basic Books. 2004. səh. 125. ISBN 0-465-03657-0.
  10. "Superman's debut sells for $1M at auction". Associated Press via Crain's New York Business. February 22, 2010. February 23, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 14, 2015. (#invalid_param_val); (#apostrophe_markup)

Xarici keçidlər redaktə


Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024