Daşüz Haqqinda Melumat - Vikipedia

Daşüz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

DaşüzAzərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir.[2]

Daşüz
41°05′39″ şm. e. 47°04′59″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 285 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Daşüz xəritədə
Daşüz
Daşüz

Toponimikası redaktə

Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır.[3]

Tarixi redaktə

Tarixi abidələri redaktə

Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir.

Coğrafiyası və iqlimi redaktə

Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.

Əhalisi redaktə

Kəndin əhalisini rutullar təşkil edir. Kəndin əhalisi 1190 nəfər təşkil edir ki, onun da 570 nəfəri kişi, 620 nəfəri isə qadındır.

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  3. Daşüz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024