Daş dövrü Haqqinda Melumat - Vikipedia

Daş dövrü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur.

Daş dövründən qalan nizə ucluğu

Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit.

Paleolit redaktə

Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.

Orta Paleolit: 100 min il əvvəl yaranmış, e.ə. (eramızdan əvvəl) 40-cı minilliyə qədər davam etmişdir. İnsanlar yığıcılıq və ovçuluqla məşğul olmuş, oddan istifadə etmişlər. İbtidai birlik forması Ulu icma olmuşdur. Neondertal (bacarıqlı insan) insan tipi yaranmışdır.

Üst Paleolit: E.ə. 40-cı minillikdə yaranmış, e.ə. 12 minilliyə qədər davam etmişdir. Ağıllı insan (lat. Home Sapiens) yaranmışdır. Birlik forması — Qəbilə quruluşu. Anaxaqanlığı dövrü. Nəsil icması insanların məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Axirətə inam yaranmışdır. İnsanlar daha geniş əraziyə malik olmuşlar.

Mezolit redaktə

E.ə. XII minillikdə yaranmış, e.ə. VIII minilliyə qədər davam etmişdir. Ox və kaman ixtira edilib. Nəticədə ovçuluq inkişaf etmişdir.

Birincisi it olmaqla heyvanların əhliləşdirilməsinə başlanmışdır. İbtidai heyvandarlığın və əkinçiliyin əsası qoyulmuşdur. İnsanlar istehlak təsərrüfatından istehsal təsərrüfatına keçmişlər.Bu dövr ərzində insanlar Mikrolit əmək alətlərindən istifadə etmişlər.

Neolit redaktə

E.ə. VII minillikdə yaranmış, e.ə. VI minilliyə qədər davam etmişdir. Əkinçilik, maldarlıq, toxuculuq, dulusçuluq yaranmışdır. Bu hadisə tarixdə Neolit inqilabı adlanır. İnsanlar oturaq həyata keçmişlər.

İstinadlar redaktə


Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023