Daş kömür Haqqinda Melumat - Vikipedia

Daş kömür Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Daş kömür — bitki mənşəli çökmə süxur olub, təbii yanacaq növüdür.

Daş kömür
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

Daş kömür çox kövrəkdir, qara, boz və parlaqdır. Suda batır və həll olmur. Daş kömür əsasən Donbas, Orta Asiya, ZaqafqaziyaSibirdə çıxarılır. Ondan yaşayış evlərini qızdırmada, fabrik və zavodlarda, poladçuqun əridilməsində, eləcə də yanacaq, sabun, yağ, spirt, benzol, plastik maddələr, ətriyyat, dərman, boyaq, turşular və s. istehsalında istifadə olunur.[1] Daş kömür — üzvi mənşəli bərk yanacaqdır. Təbiətdə daş kömürün ehtiyatları neft ehtiyatından çoxdur. Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri daş kömürün kokslaşdırılmasıdır. Bu zaman 1000–1200 °C-də daş kömürün pirolizi həyata keçirilir. Daş kömürün kokslaşdırılması zamanı bir sıra məhsullar alınır. Daş kömürün kokslaşdırılması koks sobalarında həyata keçirilir. Koks sobası içərisi odadavamlı materialdan tikilmiş metal kameradır. Sobaya 20 ton daş kömür doldurulur və 14–15 saat müddətində kamera qızdırılır. 1 ton kömürdən 750–800 kq koks alınır.

Kokslaşma zamanı ilkin və təkrar çevrilmə prosesi baş verir. İlkin çevrilmə zamanı əvvəlcə qaz qarışığı alınır. Sonra isə daş kömür qatranının buxarı və koks əmələ gəlir. Təkrar çevrilmə zamanı aşağıdakı proseslər baş verir: — alkanların krekinqi;

— alkenlərin polimerləşməsi;

— tsikloalkanların dehidrogenləşməsi;

— tsikloalkanların dehidrogenləşməsi;

Alınan koks ayrıldıqdan sonra əmələ gələn uçucu komponentlər (koks qazı) soyudulur. Kondensləşmə nəticəsində daş kömür qatranı alınır. Bu prosesdə bir sıra maddələr — ammonyak, benzol və onun homoloqları, hidrogen, karbon oksidləri, metan, etilen və s. kondensləşmir.

Qaz qarışığını sulfat turşusu məhlulundan keçirdikdə ammonyak udulur. Reaksiya zamanı alınan ammonium-sulfat gübrə kimi istifadə olunur. Sonra daş kömür qatranından benzol ayrılır.

Koks qazının tərkibinə hidrogen, metan, karbon oksidləri və müxtəlif qazşəkilli karbohidrogenlər daxildir. Koks qazından yanacaq kimi və kimya sənayesində xammal kimi istifadə olunur.

Daş kömürün emalı üsullarından biri də onun hidrogenləşdirilməsidir. Daş kömürün hidrogenləşdirilməsi zamanı yanacağın tərkibindəki üzvi maddələr maye məhsullara çevrilir. Bu proses katalizator iştirakında yüksək temperaturda və təzyiqdə aparılır. Prosesdən alınan karbohidrogenlər qarışığı motor yanacağı kimi istifadə olunur.

Daş kömür planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislərin fikrinə görə onun ehtiyatı 500 ilə çatar. Həmçinin, daş kömürdən sintetik maye yanacaq da almaq olar. Lakin belə məhsulların dəyəri baha başa gəlir.[2]

Daş kömür ehtiyatları redaktə

Ənənəvi enerji mənbələrinin bir növü olan daş kömür ekoloji cəhətdən əlverişli olmasa da dünyada hələ də mühüm enerji mənbəyi olaraq qalmaqdadır. Yalnız hasilatın yüksək xərc tələb etməsi digər enerji mənbələrindən geniş istifadəni zəruri edir. Tarixi statistik məlumatlara əsasən, hələ 1910-cu ildə dünya üzrə ümumi yanacaq-enerji balansında daş kömürdən istifadə 65%, biokütlədən istifadə 32% idisə, neftin ümumi balansda payı cəmi 3% təşkil edirdi. Təbii qazdan istifadə isə demək olar ki, yox səviyyəsində idi. Lakin 1930-cu ildən sonra bu vəziyyət bir qədər dəyişdi. Belə ki, ümumi balansda daş kömürün payı 55%-ə, biokütlənin payı isə 27%-ə endiyi halda neftin payı 15%-ə, təbii qazın payı isə 3%-ə qədər yüksəldi. Ancaq 1970-ci ildən başlayaraq neft tədricən daş kömür və biokütləni əvəzləyərək insanların istifadə etdiyi əsas enerji mənbəyinə çevrildi. Belə ki, həmin dövr üçün neftin energetik balansa olan qatqısı öz tarixi maksimumuna təxminən 47%-ə qədər yüksəldi və beləliklə daş kömürün nisbi payı 25%-ə, biokütlənin nisbi payı isə 12%-ə qədər azaldı. Balansın yerdə qalan (təxminən 16%) hissəsi isə tədricən geniş istifadə olunmağa başlayan təbii qazın və yeni enerji mənbəyi kimi nüvə enerjisinin hesabına təmin edilməyə başladı.

Yalnız bir faktı da nəzərə almaq lazımdır ki, təkcə XX əsrin əvvəllərindən 1980-ci illərə qədərki dövr ərzində hasil edilən təbii yanacağın miqdarı, bəşəriyyətin bütün tarixi dövr ərzində istehsal etdiyi təbii yanacağın həcmindən yüksək olmuşdur. Xüsusilə 1960-1980-ci illər ərzində hasil edilən təbii yanacaq, əsrin əvvəlindən hasil edilən kömürün 40%-ni, neftin 75%-ni, təbii qazın isə 80%-ni təşkil etmişdir.

Daş kömür yer kürəsinin əsasən şimal hissəsində geniş yataqlara malikdir. Belə ki, dünya üzrə daş kömür ehtiyatlarının ümumi həcmi 1 074 108 mln.t təşkil edir ki, bunun da 42,8%-i (459 750 mln.t) Avstraliya və Şərqi Asiyanın, 23,9%-i (256 734 mln.t) Şimali Amerikanın, 17,7%-i (190 655 mln.t) Qərbi və Mərkəzi Asiyanın (Müstəqil Dövlətlər Birliyi (MDB)), 12,8%-i (137 240 mln.t) Avropanın, 1,5%-i (16 040 mln.t) Orta Şərq və Afrikanın, 1,3%-i isə (13 689 mln.t) Cənubi və Mərkəzi Amerikanın payına düşür.

Ümumilikdə isə dünyanın 80-ə yaxın ölkəsində daş kömür yataqları mövcuddur. Bu ölkələr arasında Amerika Birləşmiş Ştatları (ABŞ) əsas daş kömür ehtiyatlarına malikdir. Belə ki, ABŞ üzrə daş kömür ehtiyatları 248 941 mln.ton olmaqla, ümumdünya üzrə təsdiq edilmiş daş kömür ehtiyatlarının (1 074 108 mln.t) təqribən 1/4 hissəsini təşkil edir. Sonrakı ilk beşliyi isə Rusiya Federasiyası (162 166 mln.t), Avstraliya (150 227 mln.t), Çin Xalq Respublikası (143 197 mln.t) və Hindistan (111 052 mln.t) bölüşür.

Statistik göstəricilərə əsasən, 2021-ci ildə ümumdünya üzrə daş kömür istehsalı 8 172,6 mln.t təşkil etmişdir. Mövcud daş kömür istehsalında Çin Xalq Respublikası liderlik edir. Belə ki, Çinin istehsal göstəricisi (4 126 ml.t) bu sahə üzrə digər ölkələrin istehsal göstəricilərinin təqribən cəminə bərabərdir. Sonrakı ilk beşliyi isə Hindistan (811,3 mln.t), İndoneziya (614 mln.t), ABŞ (524,4 mln.t) və Avstraliya (478,6 mln.t) bölüşür. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə dünya üzrə daş kömür hasilatı 6% artmışdır. Ən böyük artım Bolqariya (26,8%) və Zimbabvedə (20%), ən böyük azalma isə Venesuela (-44,5%) və Böyük Britaniyada (36,8%) baş vermişdir.

2021-ci ildə ümumi daş kömür istehlakı isə 3 823,9 mln.t olmuşdur. Mövcud daş kömür istehlakında da Çin Xalq Respublikası 2 058,1 mln.t göstərici ilə liderlik edir. Belə ki, Çinin istehlak etdiyi daş kömür ümumi dünya üzrə istehlak edilən kömürün təqribən yarısına bərabərdir. Sonrakı ilk beşliyi isə Hindistan (479,8 mln.t), ABŞ (252,5 mln.t), Yaponiya (114,6 mln.t) və Cənubi Afrika (84,3 mln.t) bölüşür. 2020-ci il ilə müqayisədə daş kömür istehlakında 6,3% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Cənubi Kipr (196,9%) və Küveytin (110,4%), ən böyük azalma isə Portuqaliya (-54,6%) və Venesuelanın (-44,5%) payına düşür.

Xarici keçid redaktə

İstinadlar redaktə

  1. Təbiətşünaslığın əsasları [ölü keçid]
  2. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023