Dakar meydanı Haqqinda Melumat - Vikipedia

Dakar meydanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dakar meydanı və ya Dakar dairəsiBakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir[1]. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar[2]. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir[3].

Dakar meydanı
Ümumi məlumatlar
Ölkə
Rayon Nizami
metro "Neftçilər"

Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.

İstinadlar redaktə

  1. Bakı metropoliteninin rəsmi saytı Arxivləşdirilib 2013-08-06 at the Wayback Machine.  (az.)
  2. “Neftçilər dairəsi”nin əsl adı nədir? - VİDEOREPORTAJ Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine. report.az, 05.06.2018  (az.)
  3. Гасымлы М. Дж. Азербайджан в международных культурных связях (1946-1990 гг.). Тбилиси: Артанучи. 2005. səh. 300. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-11.

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023