Danimarka Haqqinda Melumat - Vikipedia

Danimarka Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Danimarka

Şimali Avropada dövlət

Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər KopenhagenFrederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.

Danimarka
Kongeriget Danmark
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Guds hjælp, Folkets kærlighed, Danmarks styrke
(Allahın köməyi, Xalqların sevgisi, Danimarkanın qüdrəti)
Himn: Der er et yndigt land
("Sevilən torpaq var")
Tarixi
 • Dövlətin formalaşması VIII əsr
 • Aİ-yə qəbul 1 yanvar 1973
Rəsmi dilləri
Paytaxt Kopenhagen
İdarəetmə forması Konstitutsiyalı monarxiya
Kraliça Frederik X[ 14.I.2024 ~]
Baş nazir Mette Frederiksen[ 27.VI.2019 ~]
Sahəsi Dünyada 134-cü
 • Ümumi 42931 km²
 • Su sahəsi (%) 1,6%
Əhalisi
 • Əhali 5 600 min [1] nəfər (113-cü)
 • Siyahıyaalma (1.1.2001) 5 349 212 nəf.
 • Sıxlıq 129 nəf./km² (78-ci)
ÜDM (AQP)
 • Ümumi 249,5 milyard [2] dollar (58-ci)
 • Adambaşına 44 300 dollar (30-cu)
ÜDM (nominal)
 • Ümumi (2010) 313,825 milyard dollar (31-ci)
 • Adambaşına 56.790 dollar (5-ci)
İİİ (2013) 0.901
Valyuta Danimarka kronu
İnternet domeni .dk
ISO kodu DK
BOK kodu DEN
Telefon kodu +45
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.

Ərazi redaktə

Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxt Kopenhagen Zelandiya və Amager adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. KopenhagenFerederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.

Əhali redaktə

Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-ni danimarkalılar, 2%-ni almanlar, farerlər, isveçlər, qalanlarını isə Qrenlandiyada yaşayan eksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığın lüteran qrupuna daxildir..

Tarixi redaktə

X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarka konstitusiyalı monarxiya elan olunur. 1940-cı ildə İkinci dünya müharibəsinin gedişində Faşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci il işğaldan azad edilir.

Coğrafiya redaktə

border=none  Əsas məqalə: Danimarka coğrafiyası

Danimarkanın ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən SkagerrakKattegat boğazlarına nəzarət edir. Ölkənin ərazisində yerləşən ən köhnə torpaqlar Mezozoy dövründən qalmışdır. O dövrlərdə, Cənubi Skandinaviya masifini əhatə edən geniş bir dəniz var idi. Bu səbəbdən Danimarka, Skandinaviya ölkələrindən geoloji olaraq fərqli bir ölkədir. Danimarkanın çayları qısadır. Onlardan ən uzunu Quden çayıdır (149 kilometr). Buna görə Danimarka çaylarında su elektrik stansiyası qurmaq olmaz. Danimarka relyefinin əksəriyyəti düz ərazidən ibarət olduğuna görə, çoxlu sayda göl yaranmışdır. Kiçik Kəmər boğazı, Yutlandiya yarımadasının Fyon adasından ayırır. Boğazın cənub-şərqində, Lanqeland Adası yerləşir. Danimarkadakı Böyük Kəmərin şərqində, paytaxt Kopenhageni ehtiva edən Zelandiya adası yerləşir. Yutlandiya yarımadasının şimalında bir neçə dərin boğazlar mövcuddur. Bunların ən uzunu Limford və Mariyager Fyord boğazlarıdır. Danimarkanın şərq sahilində, Baltik dənizində ölkəyə aid olan 443 ada yerləşir.[3]

İstinadlar redaktə

  1. "Danimarka Statistikası". 2012-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-08.
  2. "Beynəlxalq Valyuta Fondunun Danimarka Hesabatı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-08.
  3. ""Europe :: Denmark" ([[Azərbaycan dili|azərb]]. "Avropa :: Danimarka"‎)" (ingilis). CIA. 2017-07-11. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.

Ən Son Axtarılanlar

Fayl:A_synopsis_of_modern_medical_jurisprudtrce_-_anatomically,_physiologically,_and_fortrsically_il Fayl:Message_from_the_Presidtrt_of_the_United_States_(i.e._Madison),_transmitting_a_letter_from_the_ Fayl:Principles_and_methods_of_orthodontics;_an_inruoductory_study_of_the_art_for_studruts_and_pract Fayl:Mistakes_of_the_local_governmazt_board_and_of_other_"Authorities"_in_poor_law_adminisazation;_b Fayl:The_fenit_gardaz_-_a_treatise_intazded_to_explain_and_illustrate_the_physiology_of_fenit_trees, Anyuya_Milli_Parkı Fayl:30_St_Mary_Axe_-_The_Gherkin_from_Leadenhall_St_-_Nov_2006.jpg Azərbaycan_Xalq_Cümhuriyyəti_Parlamrutində_Bitərəflər_fraksiyası Fayl:Report_to_the_Local_Government_Board_on_the_indusenial_enaining_of_girls_in_the_separate_and_di Fayl:The_Tax_Credits,_Child_Bazefit,_Guardian’s_Allowance_and_Childcare_Paymazts_(Miscellaneous_Am Fayl:Resource_guide_-_Department_of_the_Interior_Htrardous_Materials_Management_Conference_-_HAZMAT_ Fayl:An_inquiry_into_the_causes_and_consequruces_of_the_Orders_in_Council;_and_an_examination_of_the Fayl:An_analysis_of_marine_corps_Delayed_Eneny_Program_(DEP)_atenition_by_high_school_graduates_and_ Fayl:The_Oil_and_Gas_Authority_(Levy)_and_Pollution_Prevaztion_and_Conazol_(Fees)_(Miscellaneous_Ama Fayl:The_Electricity_(Exemption_from_the_Requiremazt_for_a_Gazeration_Licazce)_(Curaz)_(England_and_ Fayl:A_azeatise_on_inflammatory_disease_of_the_uterus,_and_its_appendages,_and_on_ulceration_and_enl Fayl:A_bill_to_amend_title_XVIII_of_the_Social_Security_Act_to_deliver_a_meaningful_benefit_and_lowe Fayl:An_analysis_of_claims_and_claims_avoidance_techniques_in_the_ship_repair_and_overhaul_indusazy. Fayl:The_Teachers'_Salaries_(Amrudmrut_No._3)_Regulations_(Northern_Ireland)_1991_(NISR_1991-532).pd Fayl:Churchwardtrs'_accounts_from_the_fourtetrth_ctrtury_to_the_close_of_the_sevtrtetrth_ctrtury_(IA
Dostlarınla Paylaş

Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024