Daqo (xalq) Haqqinda Melumat - Vikipedia

Daqo (xalq) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Daqo, dacu, daquSudanda (Kordofan əyalətinin cənub qərbində və Darfur regionunun bir hissəsində) yaşayan xalq. Çadda 140 min nəfərdən, Sudanda 100 min nəfərdən artıq daqolu yaşayır. Onlar Nil-Saxara makro dil ailəsinin şərqi Sudan alt dil ailəsinin dacu kir-abbay dil ailəsinə daxil olan daqo (dacu) dilində danışırlar. Daqolar arasında ərəb dili də geniş yayılmışdır. Dini inamlarına görə onlar sünni müsəlmandırlar.

Mənşəyi redaktə

Daqo xalqı XVII-XVIII əsrlərdə təşəkkül tapmışdır, məhz bu dövrdə bu xalq ilk dövlətini yaratmış və Darfur sultanlığının tərkibinə daxil olmuşdur.

Təsərrüfat fəaliyyəti və məişət ənənələri redaktə

Daqoların əsas məşğuliyyəti heyvandarlıq (xüsusilə iribuynuzlu mal-qara və dəvəçilik), həmçinin dəmyə və suvarma əkinçilikdir. Onların məişətlərində süddən və tərəvəzdən hazırlanan yeməklər əsas yer tutur.

Sosial münasibətlər redaktə

Daqolar yığcam və böyük ailələr formasında icmalar halında təmsil olunurlar.

Mənbə redaktə

  • Андрианов Б. В. Даго // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999. С.154.

Xarici keçid redaktə


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024