Dargilər Haqqinda Melumat - Vikipedia

Dargilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Dargilər (özlərini darqan adlandırırlar) — əsasən Dağıstanda yaşayan xalq. Avarlardan sonra respublikanın sayca ikinci ən böyük xalqıdır. Subetnik qrupları sayılan qaytaqlılar və qubaçılılar ilə birlikdə sayları 510 min nəfərdir (2002). Onların 495 mini Dağıstanda yaşayır. Dargi dilinin müxtəlif ləhcələrində danışırlar. Dini baxımdan sünni müsəlmandırlar.

Dargilər
darg. дарган, дарганти, даргва, даркала хъалкъ.
Ümumi sayı
600 000
Yaşadığı ərazilər
Rusiya Rusiya 510 156 (2002)[1]
Dağıstan 490 384 (2010) [2]
Moskva 3 255 (2010) [1]
Dili

Dargi dili

Dini

İslam, sünni

İlk dəfə "dargi" etnonimi XV əsrdə işlənmişdir. Həmin dövrdə mərkəzi Dağıstanın əhalisi ciddi və kütləvi şəkildə islamı qəbul etməyə başlamışdır. Bu günlər dargilər Dağıstan əhalisinin 16%-ni təşkil edir. Əksəriyyətdə mərkəzi Dağıstanın dağ və dağətəyi Aquşa, Dahadayev, Qaytaq, SerqoqalaLevaşi rayonlarında, İzberbaş şəhərində yaşayırlar. QarabudaqkəndQayakənd rayonlarında əhalinin böyük qismini təşkil edirlər.

İstinadlar redaktə

  1. 1 2 "Всероссийская перепись населения 2002 года". 2008-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-03.
  2. Официальный сайт Всероссийской переписи населения 2010 года. Информационные материалы об окончательных итогах Всероссийской переписи населения 2010 года

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024