Darkənd gümbəzi Haqqinda Melumat - Vikipedia

Darkənd gümbəzi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Darkənd gümbəzi

Darkənd gümbəzi - Ordubad rayonunun Darkənd kəndində yerləşir. XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.

Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır.

Darkənd gümbəzi dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir.

Mənbə redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024