Davud Ağamirzadə Haqqinda Melumat - Vikipedia

Davud Ağamirzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Davud Ağamirzadə

Ağamirzadə Davud Əsgər oğlu (? – ?) — Azərbaycan şairi. 1918–20 — illər milli istiqlal poeziyasının nümayəndələrindən biri.

Davud Ağamirzadə
Fəaliyyəti şair

Həyatı redaktə

Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cümhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbi mühitində seçilən şairlərdən idi. Yaradıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalqı birliyə çağırış ruhlu şeirlər mühüm yer rutur. Şair Azərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edirdi: Üzərində göründükcə ulduzun Şeir söylər sənə nazlı tiirk qızı Sən çırpındın, sən yüksəldin, göründün Və tanıtdın millətlərə sən bizi Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna", "Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli istiqlalımızın qorunması tərənnüm edilir. Davud müstəqillik rəmzi kimi tərənnüm etdiyi üçrəngli milli bayrağı xalqın əsarət və köləliyinə qoyulan nöqtə kimi mənalandırır.

Mənbə redaktə

  • Azərbaycan Xalq Cürnhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998;
  • Ağayev İ., XX əsrin əvvəllərində Azərbaycan şeri, B., 2002.

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024