Davud Müzəffərli Haqqinda Melumat - Vikipedia

Davud Müzəffərli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Davud Müzəffərli

Davud Müzəffərli — Ssenari müəllifi. Kino redaktoru.

Davud Müzəffərli
Doğum tarixi (49 yaş)
Doğum yeri Yardımlı rayonu, Ostair
Fəaliyyəti ssenarist

Həyatı redaktə

Davud Müzəffərli 19 dekabr 1974-cü il tarixində Yardımlı rayonunun Ostair kəndində doğulmuşdur. Ostair kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin aprel ayından 1996-cı yanvar ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam rayonu uğrunda savaşda iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır.

1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ilin sentyabr ayından Lider televiziyasında (Lider Media Holding) Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi vəzifəsində yaradıcı fəaliyyətə başlamışdır. 2007-ci ildən "MZ Production" MMC-də ssenari müəllifi kimi çalışmış, "Vətən sağ olsun" adlı hərbi-vətənpərvərlik layihəsinin (İctimai televiziyada yayımlanmışdır) ssenari müəllifi olmuşdur. 2011-ci ildən İnteraz televiziyasında Müəllif verilişləri şöbəsinə rəhbərlik etmişdir. 2012-cü ilin noyabr ayından "Azad Azərbaycan" MTRK-nın (ATV) "Vətənim" Yaradıcılıq Birliyində ssenari müəllifi kimi fəaliyyət göstərmişdir. Ailəlidir. İki övladı var.

Filmlərin izahı redaktə

  • Davud Müzəffərlinin ssenari müəllifi olduğu "Özgə dünyanın adamı" sənədli filmi (rejissor Emil Babayev) dahi rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığının bəzi bölümlərinə işıq salır.
  • "Cizgilərə hopan ömür" sənədli filmi (Davud Müzəffərlinin ssenarisi əsasında, rejissor Emil Babayev)isə qrafist-rəssam, Azərbaycanın xalq rəssamı Cəmil Müfidzadənin yaradıcılıq yolundan bəhs edir. Filmdə rəssamın rəng dünyası öz dili ilə açılır, yaratdığı əsərlər barədə məlumat verilir.
  • "Şahzadə İbrahim" sənədli filmi (rejissor Emil Babayev) Gəncə İmamzadəsi kimi tanıdığımız şahzadə ibrahimin kimliyinə, onun Azərbaycana gəlməsinə səbəb olan ictimai-siyasi duruma və ölümündən sonra məzarının ziyarətgaha çevrilməsinin səbəblərinə aydınlıq gətirir.
  • "Elm məbədi" sənədli filmi (rejissor Akif Arifoğlu) Azərbaycan NQÇİ-nin elmi tədqiqat institutlarından bəhs edir.
  • "Dünəni yaşadan sənət" sənədli filmi (rejissor Akif Arifoğlu) Azərbaycan miniatür sənətinin tarixindən, bu sahənin tanınmış simalarından bəhs edir.
  • "Yeldən yarananlar" sənədli filmi Azərbaycanda atçılığın tarixindən, atla bağlı olan milli idman növlərindən, eləcə də Azərbaycanda Qarabağ atlarının cinsinin qorunması məqsədilə görülən işlərdən bəhs edir.
  • "Yaşıl şəhər" sənədli filmi (rejissor Emil Babayev) Bakı bulvarının tarixinə həsr olunub.
  • Şəki bölgəsinin tarixindən, mədəniyyətindən, etnoqrafiyasından, məişətindən bəhs edən 3 hissəli "Gələsən görəsən" sənədli filmində (rejissor Faiq Kərimoğlu) tamaşaçılara bu bölgənin bir çox maraqlı nüanslarını açılır, Şəkinin qədim ənənələri fonunda müasirliyin ortaya çıxardığı təzadlarından, unudulmaqda olan sənət növləri və adət-ənənələrdən danışılır.
  • "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər" tammetrajlı sənədli filmində (rejissor Həbibə Mirzəyeva) Azərbaycanın ilkin orta əsrlər tarixinə nəzər salınır, burada ilkin xristian ocaqlarının yaranması və yayılması araşdırılır. Sönrakı əsrlərdə Alban kilsəsinin maddi-mənəvi irsinin erməni kilsəsi tərəfindən ələ keçirilməsi faktlarla göstərilir.

Filmoqrafiya redaktə

  1. Dünəni yaşadan sənət (film, 2004)
  2. Yeldən yarananlar (film, 2004)
  3. Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
  4. Əziz Əliyev (film, 2007)
  5. Seçilmişlər (film, 2007)
  6. Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024