Dedpul Haqqinda Melumat - Vikipedia

Dedpul Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dedpul (ing. Deadpool) — Marvel Comics nəşriyyatının işçiləri Fabian Nikieza və Rob Lifild tərəfindən yaradılmış[1] və ilk olaraq "Yeni Mutantlar" komiksinin 98-ci sayında görünən personaj. DC Comics tərəfindən yaradılmış Dezstrouk personajının parodiyasıdır. İlk olaraq antiqəhrəman kimi görünmüşdür, lakin daha sonra İks-adamlara qatılmışdır. Yaradıcılarından Rob Lifild bir Teen Titans pərəstişkarı idi, oradakı Dedstork personajının parodiyası kimi Dedpulu yaratmaq qərarına gəlmişdir. Dedstrokun əsl adı Sleyd Vilson,[2] Dedpulun əsl adı Ueyd Vilsondur.

Dedpul
ing. Deadpool
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Yeni Mutanlar" #98 (yanvar, 1991)
Yaradıcı(lar) Fabian Nikieza
Rob Lifild
Xüsusiyyətlər
Əsl adı Ueyd Vinston Vilson
Cinsiyyəti kişi
Növü insan (sonradan mutant)
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Dedpul Korpusu
İldırımsaçanlar
Silah-X
Muzdlu Qəhrəmanlar
X–Men
Six Pack
Partnyorları Kinqpin, Taskmaster, Cəsus X, Copycat, Porsuq, Kabel, Domino, Ölüm, BOB
Ləqəbləri Merc With a Mouth, Cek Ueyd T.Vilson, Halkpul, Tom Kruz, Ninza Hörümçək–adam, X–Silah
Gücləri Regenerasiya xüsusiyyəti
Çeviklik, güc dayanıqlıq
Nişancılıq

Çox danışan bir personajdır. Hətta bir dəfə çox danışdığından bir nfərin intihar etməsinə səbəb olmuşdur. Dedpulun digər personajlardan əsas fərqli cəhəti özünün komiks qəhrəmanı olduğunu bilməsi, oxucu ilə ünsiyyətə keçə bilməsi, oxucunu güldürə bilməsidir. Ən sevdiyi yeməklər tako və çimçanqadır. Komik və pozğun bir şəxsiyyətə malikdir. Başında iki səs var, biri ağıllı, digəri isə əyləncəli, lakin axmaq şeylər söyləyir.

Bioqrafiya redaktə

 
"Yeni Mutantlar" komiksinin 98-ci sayı (yanvar, 1991)

Əsl adı Ueyd Vilsondur. Keçmişi haqqında məlumat çox azdır. Anası xərçəng özündən ölmüş, atası ilə yaxın dostu tərəfindən öldürülmüşdür. Kanada ordusundan atılmasından sonra Silah-X layihəsinə qatılmışdır. Bir neçə dəhşətli təcrübəyə məruz qalmışdır. Təcrübələr o qədər dəhşətli idi, hətta onun ölümü haqqında mərcə girmişdilər. Bu mərc isə Dedpul (azərb. Ölüm hovuzu‎) adlanırdı. Bu mərcin qaydalarına görə mərcə girənlər hovuza (pool) pul yatırırlar. Qalib gələn bütün pulu alır. Təcrübələr üzündən ağlını da itirən Vilson ölümün yaxınlaşdığını da hiss etmişdir. Özünü öldürməyə çalışmışdır. Ayaksa onu öldürməyi xahiş etsə də, Killebrunun təcrübələri üçün canlı lazım olduğundan onu öldürməmişdir. Lakin sonda Ayaks bunu dözməmiş və Vilsonun dostlarından birini vəhşicəsinə döymüşdür. Can çəkən yoldaşını öldürən Vilsonun ürəyi də Ayaks tərəfindən sökülmüş və ölümə tərk edilmişdir. Lakin möcüzəvi şəkildə sağalmışdır. Saxladığı kin və nifrəti söndürmək üçün Ayaksın arxasınca düşmüşdür. Ayaksı öldürmüş, adını Dedpul qoyaraq laboratoriyanı da məhv etmişdir.

Qabiliyyətləri redaktə

Dedpul bir qatildir, lakin heç bir zaman qadın və uşaq öldürmür. Düşmənləri hər bir zaman öldürməyə çalışır. Ninza təlimi də görmüşdür və əla nişancıdır. Hər növ silahdan mahir istifadə edə bilir. Güclü regenerasiya qabiliyyətinə də malikdir, hətta Halk onu parçalasa belə sağala bilir. Bədəninin hər hansı üzvünün qopmasına alışmışdır. Regenerasiya qabiliyyəti hətta Porsuqdan da güclüdür. Zəhərə dayanıqlıdır, heç vaxt sərxoş olmur. Sağalma qabiliyyəti dəfələrlə onun beyin hüceyrələrini öldürüb canlandırdığından şizofrenikdir. Öz dünyasında iki şəxsiyyət yaratmışdır. Dərisi xərçəng üzündən çox çirkindir və buna görə heç vaxt kostyumunu çıxarmır. Əla yaddaşa malikdir. Dəli olmasına baxmayaraq planlar qura bilir. Planları axmaq kimi görsənsə də, sonda tutur. Dedpul həmçinin ölümsüzdür. Bunun da səbəbi Tanos tərəfindən lənətlənməsidir. Hətta Yeni X-Force[3] komandası 800 il sonrakı gələcəyə səyahət edərkən onun hələ də yaşadığını görmüşdür. Dedpul ingilis dilindən başqa yapon, ispanalman dillərini bilir. Dəli olduğundan telepatlar onun beynini idarə edə bilmirlər.

Maraqlı faktlar redaktə

 
Rayan Reynolds "İks-adamlar: Başlanğıc. Rosomaxa" filmində Ueyd Vilson kimi.
  • Taskmastera görə Dedpul hücumlardan qorunmaq üçün həmişə sol tərəfə qaçır.
  • Dedpul oxucularla danışa bilən nadir personajlardandır. Digərləri Şi-Halk və Hörümçək-adamdır.
  • Üz qırxmaqda bərbaddır.
  • Komikslərdə həmişə Dedpulun danışma balonu sarı rəngdədir. Blind Al ilk illərdə Dedpulun səsinin benzin və çınqıl qarışığına bənzətmişdir.
  • Dedpul bir dəfə Loki tərəfindən lənətlənmiş və buna görə bir müddət Tom Kruz kimi görsənmişdir.
  • Qambit onunla döyüşdükdən sonra onunla döyüşməyin intihar olduğunu bildirmişdir.
  • Maskasız özünü məyus hiss edir.
  • Hədəf onunla döyüşməkdən imtina edib ona pul təklif etmişdir. Özünə televiziya studiosu alan Dedpul hətta yanına Hidra cəsusu olan Bobu almışdır.
  • Ən yaxın dostunun Porsuq olduğunu düşünür.
  • Dedpula görə Hörümçək-adamın kostyumu onunkına çox bənzəyir.[4]
  • Uşaqlıq qəhrəmanı Kapitan Amerikadır.
  • Üzv olduğu İldırımsaçanlar komandasının[4] üzvlərini öldürmək üçün ayrı-ayrı planlar fikirləşmişdir. Komanda Qırmızı Halk, Elektra, Venom (Fleş Tompson), Kabus sürücü və Cəzalandırandan ibarətdir.
  • Bütün Ceki Çan fimlərini izləmişdir.
  • Kostyumun üzərinə bəzən başqa kostyum geyinir.

Filmlər redaktə

Dedpul ilk dəfə olaraq 2009-cu ildə "İks-adamlar: Başlanğıc. Rosomaxa" filmində görünmüşdür. Bu filmdə Ueyd Vilson rolunu Rayan Reynolds oynamışdır, lakin kostyum və Dedpul təxəllüsü ilə çıxış etməmişdir. Dedpula həsr olunan ilk film isə 12 fevral 2016-cı[5][6] ildə çıxmış "Dedpul" filmidir. Bu filmdə də Dedpul rolunu Rayan Reynolds ifa etmişdir. 2018-ci ildə sikvel filmi çəkilmişdir.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
  2. "Classic Marvel Figurine Collection" #56
  3. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
  4. 4,0 4,1 "Arxivlənmiş surət". 2008-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
  5. "Arxivlənmiş surət". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
  6. "Arxivlənmiş surət". 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.

Xarici keçidlər redaktə

  • Dedpul Marvel Dünyası Vikisində

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023