Demoqrafik partlayış Haqqinda Melumat - Vikipedia

Demoqrafik partlayış Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Demoqrafik partlayış

Demoqrafik partlayış — sosial-iqtisadi və ekoloji həyat şəraitinin dəyişilməsilə növün fərdlərinin, o cümlədən əhalinin kəskin artması.

Ümumi məlumat redaktə

 
Dünya əhalisinin say dinamikası, milyard nəfərlə, e.ə.10000 il əvvəldən eramızın 2000-ci ilinə kimi

Demoqrafik partlayış əhalinin sayının durmadan artması yarandığı vaxtdan bəşəriyyət üçün xasdır. Eramizin əvvəlində planetdə əhalinin sayı 180 milyona yaxın idi, 1500-cü ildə onun sayı 425 milyon nəfərə çatdı.

Səbəbləri redaktə

Tarixçi-demoqraf Aydın Məmmədov yazır ki, tarixi baxımdan demoqrafik artım bioloji cəhətdən yox, qanunauyğunluq nöqteyi-nəzərincə qiymətləndirilir. Burada bir neçə dövr fərqləndirilir. Birinci dövr neolit dövrü adlanır. Bu dövr aşağı səviyyədə doğum, yüksək səviyyədə ölümlə fərqlənirdi. Bu dövrdən sonra ikinci dövrdə sosial-iqtisadi şərait dəyişmiş və əhalinin yüksək doğum və yüksək ölümlə səciyyələnən təkrar istehsalı baş vermişdir. Üçüncü dövr əhalinin təkrar istehsalı aşağı səviyyədə doğum və aşağı səviyyədə ölüm prinsipi üzrə baş vermişdir. İndiki dövrün özünəməxsus xüsusiyyəti yüksək iqtisadi, elmi-texniki, mədəni sürətinin çox aşağı və bəzən sıfıra yaxınlaşmasından və əksinə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhali sayının çox sürətlə (demoqrafik partlayış) artmasından ibarətdir[1].

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə

  1. Aydın Məmmədov. Tarixi demoqrafiya. Dərslik. Bakı, 2019. səh. 217

Saytda 225 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024