Dermatoveneroloq Haqqinda Melumat - Vikipedia

Dermatoveneroloq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dermatoveneroloq — dəri və zöhrəvi xəstəlikləri sahəsində ixtisaslaşmış həkim.

Qısa məlumat redaktə

Dermatoveneroloq ixtisasına sahib olan həkimlər dəri və zöhrəvi, yəni dəri xəstəlikləri və cinsi yolla yoluxan xəstəlikləri müalicə edirlər. Dermatoveneroloq sözü dermatoloq və veneroloq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dermatoloq dedikdə dəri həkimi veneroloq dedikdə isə zöhrəvi xəstəlikləri həkimi nəzərdə tutulur. Adətən dermatoloq və veneroloq eyni həkim olduğu üçün onlara dermatoveneroloq deyə müraciət edirlər. Azərbaycan və Türkiyədə 4 illik rezidentura təhsilindən sonra dəri və zöhrəvi xəstəlikləri sahəsində ixtisaslaşan həkimlərə Dermatoveneroloq ixtisası verilir.

Verdiyi xidmətlər redaktə

Dermatoveneroloqların xəstələrə verdiyi xidmətlər spektrumu çox genişdir. Bu ixtisas sahiblərinin müayinə və müalicə etdikləri xəstəlik çeşidləri digər tibb ixtisas sahibləri ilə müqayisədə daha genişdir.

Dermatoveneroloqların verdiyi xidmətlər:

  1. Dəri cərrahiyyəsi
  2. Pediatrik dermatologiya
  3. Kosmetik və estetik dermatologiya
  4. Dermatopatologiya
  5. Venerologiya
  6. Dermato-onkologiya

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 227 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024