Deymos (Mars) Haqqinda Melumat - Vikipedia

Deymos (Mars) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

DeymosGünəş sistemində Mars planetinin peykidir.

Deymos
Deymosun Vikinq 1 stansiyası tərəfindən çəkilmiş şəkli.
Kəşfi
Kəşf edənAsaf Hol
Kəşf tarixi12 avqust 1877
Şərəfinə adlandırılıb
Deymos (mifologiya)
Orbital xarakteristikası
Periapsidi23.455,5 km
Apoapsidi23.470,9 km
Böyük yarımoxu
23.458 km[1]
Əyilməsi0,48 radian
Nəyin peykidirMars
Özünə xas ekssentrisitet
0,0002
Kütləsi1,48 ± 0,04 exagram[2]
Orta sıxlığı
1,471 q/sm³
0,003 metre per square second
Albedo0,068
12,89

Kəşfi redaktə

1877-ci ildə Amerika astronomu A. Holl kəşf etmişdir. İlk dəfə yaxın məsafədən şəklini 1977-ci ildə “Vikinq-1” KA çəkmişdir.

Xüsusiyyətləri redaktə

Planetin mərkəzindən orta məsafəsi 23,5 min km, dolanma dövrü 30 saat 21 dəqiqədir. Deymos düzgün olmayan formaya malikdir və bəzi asteroidlərin maddəsinə oxşayan dağ süxurunun və buzun karbonla zəngin qatışığından ibarətdir. Deymosun səthi dayaz kraterlərlə doldurulmuş (iki ən böyük kraterinin diametri təqr. 2 km-dir) və reqolitlə –xırda tozlu layla ör tülmüşdür. Deymosun ölçüsü 15×12,2×11 km, kütləsi təqribən 1,8×1015 kq. Bu parametrlər Deymosu asteroid hesab etməyə əsas verir. Onun orbiti Yupiterin təsiri ilə elə dəyişmişdir ki, sonralar Marsa yaxın keç dik də Deymos planetin cazibə sahəsi ilə tutulmuşdur. Digər nəzəriyyəyə görə Deymos Marsla ümumimənşəlidir. Axırıncı fikir Deymosun orbitinin praktik olaraq Marsın ekvator müstəvisində yerləşməsinə (meyli təxminən 2°) əsaslanır. Mars Deymosda güclü qabarmalar törədir və nəticədə Deymosun ox ətrafında fırlanması və orbit üzrə dolanması rezonansda olur, yəni peyk Marsa həmişə bir tərəfi ilə çevrilir. Marsdan müşahidə etdikdə Deymosun bucaq diametri təqr. 2 ״-dir və sıfır ulduz ölçülü parlaq ulduz kimi görünür[3].  

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. http://ssd.jpl.nasa.gov/?sat_elem#mars.
  2. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
  3.  Deymos// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 514.

Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024