Dil Dil Pakistan Haqqinda Melumat - Vikipedia

Dil Dil Pakistan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dil Dil Pakistan (urdu دل دل پاکستان) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi.[1][2]

Sinql
Dil Dil Pakistan
İfaçı Vital Signs
Yayımlanıb 14 avqust, 1987
Janr Pop/vətənpərvərlik
Müddət 4:28
Sözlərin müəllifləri Salman Əhməd, Şahzad Həsən, Rohail Hyatt, Junaid Camşed
Prodüser Şoaib Mansor

Qəbulu redaktə

Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir.[2][3]

Musiqi videosu redaktə

Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir.

Lirika redaktə

Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır.[4] Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü. Nəhayət, Şoaib Mansor məhəbbət mahnısı ideyasından imtina edib və vətənpərvərlik mahnısı üzərində işləməyə qərar verib və nəticədə Dil Dil Pakistan yaranıb.[2][5]

Kütləvi mədəniyyətdə redaktə

2003-cü ildə BBC World Service-in məşhur mahnıların beynəlxalq sorğusunun nəticələrinə görə Dil Dil Pakistan üçüncü yerdə qərarlaşıb.[3] 1990-cı ildə yaradılmış "Dil Dil Hindustan" mahnısı Dil Dil Pakistandan ilhamlanaraq, köçürülmüşdür.[6] 1 yanvar 2014-cü ildə mahnının dəyişdirilmiş versiyası Şam İdris tərəfindən hazırlanıb və Karter Zaherin iştirakı ilə yayımlanıb.

İstinadlar redaktə

  1. "Patriotic partners – The Express Tribune". Tribune.com.pk. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
  2. 1 2 3 Anis, Ema. "Video of the day: Junaid Jamshed can still sing – The Express Tribune". Tribune.com.pk. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
  3. 1 2 "The Worlds Top Ten". BBC World Service. 2006-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
  4. Madeeha Syed. "Exclusive: The life and times of Rohail Hyatt". Dawn. July 26, 2009. November 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2012.
  5. "Dil Dil Pakistan — jazz style | Metropolitan". Dawn.Com. 2011-09-17. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
  6. "'Gabbar is Back' item number rips off Pakistani song". Express Tribune. 17 April 2015. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.

Xarici keçidlər redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024