Dilsuz Qarayev Haqqinda Melumat - Vikipedia

Dilsuz Qarayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dilsuz Məmmədağa oğlu Qarayev (23 dekabr 1990; Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR3 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi.

Dilsuz Qarayev
Dilsuz Məmmədağa oğlu Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Röya Qarayeva
Atası Məmmədağa Qarayev
Anası Cəvahir Qarayeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2009—2016
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı və hərbi xidməti redaktə

Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət etmişdir. Gizir məktəbinə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuşdur. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Aprelin 4-ü isə Dilsuz Qarayev doğulduğu Ağcabədi rayonunun Hindarx qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qarayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Təltifləri redaktə

İstinadlar redaktə


Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024