Diopsid Haqqinda Melumat - Vikipedia

Diopsid Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Diopsid – CaMg [Si2O6]monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Diopsid
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaMgSi₂O₆[1]
Strunz təsnifatı VIII/F.01[2]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri redaktə

Piroksenlər qrupuna aid olan mineral bir neçə növ müxtəlifliyi ilə təmsil olunmuşdur: otu çalarlı yaşıl xromdiopsid (5% Cr2O3), yaşıl omfasit (5–11% Al2O3, 6 % -dək Na2O), Fe3+ ilə zənginləşmiş diallaq, lavrovit (2–4% -dək V2O3) və b.

Xassələri redaktə

Rəng – müxtəlif intensivlikli yaşıl, az hallarda ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – yaşılımtıl-ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,3–3,4; Sərtlik – 5,5–6; Kövrəkdir; Ayrılma – {110} üzrə aydın; Bölünmə – çox vaxt {100} üzrə diallaqda müşahidə edilir; Sınıqlar – pilləlidən qeyri-hamaradək; Morfologiya – kristallar: prizmatik, nisbətən az iynə- və lövhəvari; İkiləşmə: çox vaxt {100} və {102} üzrə; Mineral aqreqatları: sıx bütöv və dənəvər kütlələr (kokkolit), çubuqvari, radial-şüalı əmələgəlmələr.

Mənşəyi və yayılması redaktə

Maqmatik diopsidə müxtəlif tip süxurlarda rast gəlinir. Ultraəsası və əsası püskürmə süxurlarında – piroksenit, dunit, qabbro, diabazlarda, ultraəsası lavalarda, olivinli bazaltlarda, traxibazaltlarda və b., xromdiopsid isə ekloqitlərdə və peridotitlərdə geniş yayılmışdır. Qələvi peqmatitlərdə ətraf süxurların peqmatit ərintisi tərəfindən assimilyasiyası məhsulu kimi qeyd edilir. Kontakt-metasomatik mənşəli diopsid ən çox skarnlarda inkişaf etmişdir, çox vaxt roqoviklərdə də rast gəlir. Metamorfik əmələgəlmələrin tipik mineralıdır – mineralın ən iri yığınları piroksen-roqovik və epidot-amfibolit fatsiyalarında toplanmışdır. Qırıntı materialı kimi çökmə süxurlarda rast gəlir. Bir sıra daş meteoritlərində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: skapolit, qranatlar, vollastonit, titanit, tremolit, xlorit, maqnenit və b. Mineralın tapıldığı yerlər: Axmatov, Slüdyanka (Rusiya); Svartsenşteyn (Avstriya); Nordmark (İsveç); Kanaan (ABŞ) və b. Diopsid Kiçik Qafqazın Azərbaycan hissəsində ofiolit qurşağının hiperbazitlərində (dunitlərdə, peridotitlərdə), Göydərə xromit yatağında, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında tapılmışdır.

Tətbiqi redaktə

Şəffaf xromdiopsid zərgərlikdə istifadə edilir.

İstinadlar redaktə

  1. rruff. International Mineralogical Association, Arizona Universiteti.
  2. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Diopside // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə redaktə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər redaktə


Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024