Diyar Haqqinda Melumat - Vikipedia

Diyar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, RusiyadaSlovakiyada inzibati–ərazi vahididir.

Sözün mənşəyi redaktə

"Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir.[1]

Çexiyada redaktə

 
Çexiyanın diyarları

Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara[q 1] (I dərəcəli inzibati vahidə) bölünmüşdür:[2]

  1. Karlovı Varı diyarı
  2. Kraloveqradetsk diyarı
  3. Liberets diyarı
  4. Moraviya-Sileziya diyarı
  5. Olomoutsk diyarı
  6. Pardubitsk diyarı
  7. Plzen diyarı
  8. Praqa (diyar statuslu şəhər)
  9. Stredoçesk diyarı
  10. Ustetsk diyarı
  11. Vısoçina diyarı
  12. Yihoçesk diyarı
  13. Yihomoravsk diyarı
  14. Zlin diyarı

Gürcüstanda redaktə

Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır.[3] 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar[4] təşkil edilmişdir:

 
Gürcüstanın diyarları
  1. İmereti diyarı
  2. Kaxeti diyarı
  3. Aşağı Kartli diyarı
  4. Quriya diyarı
  5. Msxeta-Mtianeti diyarı
  6. Raça-Leçxumi və Aşağı Svaneti diyarı
  7. Sameqrelo-Yuxarı Svaneti diyarı
  8. Samtsxe-Cavaxeti diyarı
  9. Daxili Kartli diyarı

Rusiyada redaktə

Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus. край) kimi tərcümə olunur.[5] 2005–ci il etibarı ilə Rusiya Federasiyasının 83 subyektindən 9–u diyar statusuna[5][q 2] malikdir:[6]

 
Rusiyanın diyarları
  1. Altay diyarı
  2. Kamçatka diyarı
  3. Xabarovsk diyarı
  4. Krasnodar diyarı
  5. Krasnoyarsk diyarı
  6. Perm diyarı
  7. Primorsk diyarı
  8. Stavropol diyarı
  9. Zabaykal diyarı

Slovakiyada redaktə

Diyar slovak dilində kray (slovak. kraj) adlanır. Diyar Slovakiyada I dərəcəli inzibati–ərazi vahididir və öz növbəsində slovak dilində okres (slovak. okres) adlanan II dərəcəli inzibati–ərazi vahidlərinə bölünür. 1996–cı il etibarı ilə Slovakiya 8 diyara[q 3] bölünmüşdür:[7]

 
Slovakiyanın diyarları
  1. Banska Bistritsa diyarı
  2. Bratislava diyarı
  3. Jilina diyarı
  4. Koşitse diyarı
  5. Nitra diyarı
  6. Preşov diyarı
  7. Trençin diyarı
  8. Trnava diyarı

Qeydlər redaktə

  1. Əlavə: AXİN–in Çexiya haqqında qısa icmalında isə bu vahid region adlandırılıb və məlumat bu şəkildə verilib: ... Ərazi bölgüsü: 13 region (kray) və 1 paytaxt. ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: Çexiya (qısa icmal) — 1. Ümumi məlumat).
  2. Əlavə: ASE–də bu inzibati vahid ölkə adlandırılıb: məsələn – Primorye ölkəsi məqaləsi (Mənbə olaraq bax: Азәрбајҹан Совет Енсиклопедијасы. VIII ҹилд: Прадо – Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1984, сəh. 12) ; AXİN–in Rusiya haqqında qısa icmalında isə bu vahid məmləkət adlandırılıb və məlumat bu şəkildə verilib: ... İnzibati-ərazi bölgüsü: Rusiyanın tərkibində ..., 8 məmləkət, 47 vilayət,... var. ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: Rusiya (qısa icmal) — 1. Ümumi məlumat).
  3. Əlavə: AXİN–in Slovakiya haqqında qısa icmalında isə bu vahid region adlandırılıb və məlumat bu şəkildə verilib: ... Ərazi bölgüsü: 8 region (kray). ... (Mənbə olaraq bax: AXİN–in rəsmi saytında: Slovakiya (qısa icmal) — 1. Ümumi məlumat).

İstinadlar redaktə

  1. Dd, səh. 652. // Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Redaktor: Əliheydər Orucov; Tərtibçilər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Ağamusa Axundov. Bakı: Şərq – Qərb, 2006, 744 səhifə. ISBN 9789952340230
  2. Regions of the Czech Republic Arxivləşdirilib 2014-09-26 at the Wayback Machine — Administrative Divisions of Countries Country Regions ("Statoids" Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine). United States of America, North Carolina, Durham.
  3. gürc. ქართულ-აზერბაიჯანული ლექსიკონი. ნასიბ ნასიბოვი, ვენერა ჯანგიძე, სულეიმან სულეიმანოვი; რედაქტორი ნასიბ ნასიბოვი. თბილისი: ინეტელქტი, 2010, გვერდი 295. ISBN 9789941420009 / azərb. Gürcücə – azərbaycanca lüğət. Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşri. Redaktor: Nəsib Nəsibov; Tərtib edənlər: Nəsib Nəsibov, Venera Cangidze, Süleyman Süleymanov. Tbilisi: İntelekti nəşriyyatı, 2010, səhifə 295. ISBN 9789941420009
  4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi: Gürcüstan (qısa icmal) — 1. Ümumi məlumat — Yoxlanılıb: 22.02.2015
  5. 5,0 5,1 Azərbaycanca – rusca lüğət. (Yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşr.) Dörd cilddə. I cild (A-D). Müəlliflər: M.T. Tağıyev, İ.M. Aydınov, İ.M. Kərimov, R.İ. Qurbanova, O.M. Hacıəliyev, M.Z. Mövsümov; Redaktorlar: M.T. Tağıyev, İ.M. Aydınov, İ.M. Kərimov, R.İ. Qurbanova. Bakı: Şərq – Qərb, 2006, səh. 801 ISBN 9789952340095
  6. Subjects of Russia — Administrative Divisions of Countries Country Regions ("Statoids"). United States of America, North Carolina, Durham.
  7. Regions of Slovakia — Administrative Divisions of Countries Country Regions ("Statoids"). United States of America, North Carolina, Durham.

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023