Dizaq məlikliyi Haqqinda Melumat - Vikipedia

Dizaq məlikliyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dizaq mahalı

(Dizaq məlikliyi səhifəsindən istiqamətləndirilmişdir)

Dizaq mahalıQarabağ xanlığının inzibati bölgələrindən biri.

Mahal haqqında qısa məlumat redaktə

Tarixi redaktə

Mehdi bəy Məlik-Aslanovun evi 
Mehdi bəy Məlik-Aslanovun evi

Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir.[1] Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. O, yazır: "Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» [2]. Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündoğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi.

Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hoğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi.

23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var.

Dizaq mahalı

  1. Arış kəndi-bəy rəiyyəti 12 tüstü, 26 kişi
  2. Hoğa kəndi-bəy rəiyyəti 5 tüstü, 7 kişi
  3. Rəfəddinli kəndi-bəy 2 tüstü, 5 kişi, dövlət kəndlisi 14 tüstü, 48 kişi
  4. Cuvarlı kəndi-dövlət kəndlisi 8 tüstü, 25 kişi
  5. Xələfşəli kəndi-dövlət kəndlisi 13 tüstü, 26 kişi
  6. Gavşatlı kəndi-bəy rəiyyəti 10 tüstü, 27 kişi
  7. Şıxımlı kəndi-bəy 4 tüstü, 14 kişi, dövlət kənlisi 1 tüstü, 25 kişi

Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Mahalın ərazisi yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.

Dizaq mahalının məlikləri redaktə

Titul Adı Başlanığıcı Sonu
Məlik Məlik Yeqan 1737 1744
Məlik Məlik Aram 1744 1746
Məlik Məlik İsay 1746 1781
Məlik Məlik Avaq Məlikyeqanlı 1781 1785
Məlik Məlik Vaxtanq Məlikyeqanlı 1785 1789
Məlik Məlik Abbas Məlikyeqanlı 1789 1805
Məlik Məlik Aslan bəy Məlikyeqanlı 1805 1822

Qalereya redaktə

İstinadlar redaktə

  1. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  2. Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yazıçı», 1989,səh.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Dizaq mahalı, "Soy" dərgisi, 12 (24), 2009, səh.48-57.
  • Ənvər Çingizoğlu. Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.

Həmçinin bax redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023