Dmitri Anuçin Haqqinda Melumat - Vikipedia

Dmitri Anuçin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dmitri Anuçin

Rus coğrafiyaşünas

Dmitrii Nikolayeviç Anuçin (27 avqust (8 sentyabr) 1843, Sankt-Peterburq[1]4 iyun 1923[1][2], Moskva[1]) — rus coğrafiyaşünası, etnoqrafı, akademik. Rusiyada antropologiya elminin əsasını qoyan.

Dmitri Anuçin
Dmitrii Nikolayeviç Anuçin
Doğum tarixi 27 avqust (8 sentyabr) 1843
Doğum yeri
Vəfat tarixi 4 iyun 1923(1923-06-04)[1][2] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi coğrafiya
Elmi dərəcələri
İş yerləri
Təhsili
  • Moskva İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d] (–1867)
Tanınmış yetirmələri Lev Berq, Aleksandr Borzov, Viktor Bunak
Üzvlüyü
Mükafatları III dərəcəli Müqəddəs Vladimir ordeni IV dərəcəli Müqəddəs Vladimir ordeni "Müqəddəs Anna" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

D. N. Anuçin 1843-cü ildə Peterburqda anadan olmuşdur. Atası Kutuzovun ordusunda əsgər kimi xidmət etməsinə baxmayaraq onda elm sahəsinə xüsusi maraq olmuşdur. Coğrafiya, etnoqrafiyaarxeologiya sahəsində geniş biliyə malik olan Anuçin Rusiyada antropologiyanın banilərindən biri olmuşdur.

1854-cü ildə gimnaziyaya daxil olmuşdur. Daha sonra Peterburq universitetinə daxil olmasına baxmayaraq, xəstəlik təhsilini yarımçıq qoymağa məcbur edir. Müalicədən qayıtdıqdan sonra Moskva universitetinə daxil olur. 1867-ci ildə universiteti bitirir və Moskva zoologiya bağına işə düzəlir. Dağılmaqda olan bağ Anuçinin fəaliyyəti nəticəsində Orta Asiya, Sibir, Afrikanın nadir heyvanları ilə əvvəlki görkəminə qaytarıldı. Elə bu bağda Anuçin ilk elmi işini yazır. 1890-cı ildə o, universitetdə antropologiyadan mühazirələr oxumağa başlayır. 1885-ci ildən ömrünün sonuna qədər ilk dəfə təşkil olunmuş coğrafiya kafedrasına rəhbərlik edir.

Dmitri Nikolayeviç Anuçinin ilk ekspedisiya fəaliyyəti 1882-ci ildə Dağıstanla başlamışdır. 1890-cı ildə o, Valday yüksəkliyinə ekspedisiya təşkil etməklə Volqa, Qərbi DvinaDnepr çaylarının mənbələrini tədqiq edir. Onun "Yuxarı Volqa gölləri və yuxarı Qərbi Dvina" əsəri Rusiyada göllərin öyrənilməsinin, başqa sözlə limnologiya elminin əsasını qoydu.

1894-cü ildə Anuçin "Yerşunaslıq" jurnalını təşkil edir. Jurnal qısa müddətdə coğrafiya sahəsində çalışan alimləri, müəllimləri, səyyahları, coğrafiya həvəskarlarını öz ətrafına topladı. Onun jurnalda çap olunan məqalələri əsasən müxtəlif xalqların həyat tərzi və məişətinə, zəlzələlərə, vulkanlara, göllərə, sellərə, yer səthinin formalarına həsr olunurdu. 1896-cı ildə Anuçin akademik seçilir. 1915-ci ildə Anuçinin sədrliyi altında Moskvada coğrafiya müəllimlərinin qurultayı çağrılır. Qurultay orta məktəblərdə coğrafiyanın yeni proqramını hazırladı. Anuçinin sonuncu əsəri rus səyyahı Mikluxo-Maklayın həyat və yaradıcılığına həsr olunmuşdur. 1923-cü ildə 80 yaşında Anuçin vəfat etdi. Aspirant və coğrafiya fakültəsinin tələbələrinə onun adına təqaüd təsis edilməklə xatirəsi əbədiləşdirilmişdir.

Əsərləri redaktə

  • Анучин Д. Н. Сани, ладьи и кони, как принадлежности похоронного обряда // Древности, т. XIV, 1890.
  • Анучин Д. Н. К истории ознакомления с Сибирью до Ермака // Древности, т. XIV, 1890.
  • Анучин Д. Н. Рельеф поверхности Европейской России в последовательном развитии о нём представлений // Землеведение, 1895.
  • Анучин Д. Н. К вопросу о диких лошадях и об их приручении в России // Журнал Министерства Народного Просвещения, 1896.
  • Анучин Д. Н. Труды экспедиции по исследованию источников главных рек Европейской России. — М. 1897.
  • Анучин Д. Н. К истории искусства и верований у Приуральской чуди в кн: "Материалы по археологии восточных губерний". — М., 1899.
  • Цикл статей "Япония и японцы" // Землеведение за 1904–1906 гг.
  • Анучин Д. Н. О людях русской науки и культуры. 2-е изд. — М., 1952.
  • Анучин Д. Н. Географические работы. — М., 1954 (библиография).
  • Анучин Д. Н. Геологическое прошлое и географическое настоящее Москвы // Москва в зеркале веков. — М.: АСТ: Астрель, 2007. — С. 3–30.
  • Анучин Д. Н. Доисторическое прошлое Москвы // Москва в зеркале веков. — М.: АСТ: Астрель, 2007. — С. 31–75.

Mənbə redaktə

  • Богданов В. В. Д. Н. Анучин. Антрополог и географ. — М., 1941.
  • Соловьев А. И. Д. Н. Анучин (1843–1923) // Анучин Д. Н., Борзов А. А. Рельеф Европейской части СССР. — М., 1948.
  • Берг Л. С. Д. Н. Анучин (1843–1923) // Очерки по истории русских географических открытий. — М.-Л., 1949.
  • Карпов Г. В. Д. Н. Анучин. — М.: Географгиз, 1954. — 40 с. (Замечательные географы и путешественники).
  • Есаков В. А. Д. Н. Анучин и создание русской университетской географической школы. — М., 1955.
  • Карпов Г. В. Д. Н. Анучин. — М., 1962.
  • Ивановский, А. А. Д. Н. Анучин // Русский Антропологический Журнал, 1900, № 1.
  • Ивановский, А. А. Чествование проф. Д. Н. Анучина // Русский Антропологический Журнал, 1900, № 2.
  • Богданов, В. В. Анучин Д. Н. // Сборник в честь 70-летия Анучина (с портретом и библиографией трудов до 1912 г.). — М., 1913.
  • Григорьев С. Г. Д. Н. Анучин // Вестник воспитания. — 1913.
  • Крубер А. А. Д. Н. Анучин // Землеведение. — 1923.
  • БСЭ. — М., 19??.
  • Энциклопедический справочник "Тверская область". — Тверь, 1994.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Анучин Дмитрий Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 2,0 2,1 Dmitrij Nikolajevič Anučin // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.

Xarici keçidlər redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023