Doğuş Balbay Haqqinda Melumat - Vikipedia

Doğuş Balbay Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Doğuş Balbay (türk. Doğuş Balbay; doğ. 21 yanvar 1989-cu il, İstanbul, Türkiyə) — Türkiyəli peşəkar basketbolçu. Anadolu Efes basketbol klubunda oyun qurucu mövqedə oynayır. Balbay iki mövsüm Fənərbaxça klubunda oynamışdır. 2006-cı ildə ABŞ-yə getmiş və orda Bryuster akademiyasında təhsil almışdır. Dörd il sonra Ostin Texas Universitetinə daxil olmuşdur. Üç mövsüm Texas Lonqhorns klubunda oynadıqdan sonra NBA Draft (2011) qatılmaq üçün müraciət etmiş ancaq qəbul olunmamışdır. 2013-cü ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış etmişdir.

Doğuş Balbay
Mövqeyi Oyun qurucu
Boyu 182 sm
Çəkisi 82 kq
Vətəndaşlığı
Doğum tarixi 21 yanvar 1989(1989-01-21) (35 yaş)
Doğum yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası redaktə

Doğuş Balbay Mithat və Şukran Balbayların ailəsində anadan olub.[2] Uşaqlıqda futbol oynamağı çox sevirdi. 11 yaşında böyük bacısı Deryanın məsləhəti ilə basketbola maraq göstərirdi. Mükəmməl sürət keyfiyyətləri sayəsində Balbay yaxşı bir basketbolçu kimi yetişdi və ölkənin güclü klublarından biri olan Fənərbaxçada oynamağa başladı.[3]

Peşəkar karyerası redaktə

Təhsilini bitirdikdən sonra Balbay 2011-ci il NBA Draftına namizədliyini irəli sürdü, ancaq seçilmədi. Elə həmin ilin iyul ayında Türkiyəyə qayıtdı və Anadolu Efes klubu ilə üç illik müqavilə imzaladı.[4] 2012-ci ildə Balbay Türkiyə Liqasının ən yaxşı müdafiə oyunçusu olaraq tanıdı.[5] Eyni zamanda Türk Liqasının slam dunk yarışında qalib seçildi. Komanda yoldaşı Sinan Gülerin üstündən atlayaraq yuxarıdan iki dəfə fərqlənmişdir.[6]

2014-cü ildə Balbay NBA Yay Liqasında oynamağa yaxın idi. Onunla Filadelfiya Seventi Siksers klubu danışıqlar aparırdı və bir neçə başqa klub da ona maraq göstərirdi. Ancaq 2014-cü ilin yayında Balbay Anadolu Efes ilə yeni iki illik müqavilə imzaladı və NBA Yay Liqasında oynamaq şansını itirdi. 2015-ci ildə Balbay Türkiyə Kubokunu qazandı[7].

Milli karyerası redaktə

Balbay iki ili 16 yaşdan aşağı olan Türkiyə millisinin tərkibində 2005 Avropa çempionatında oynamışdır. 2013-cü ildə Balbay Aralıq dənizi Oyunlarında Türkiyə yığması ilə qalib oldu və eyni zamanda Sloveniyada keçirilmiş Avropa Çempionatında da iştirak etmişdir. Bu yarışda Türkiyə ancaq 17-ci yerlə kifayətlənmişdir.

İstinadlar redaktə

  1. College Basketball at Sports-Reference.com.
  2. "Dogus Balbay - 2010-11 Men's Basketball" (ingilis). The University of Texas at Austin. 2011-03-28. 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  3. "Studyinamerica.com's Most Valuable Student: Dogus Balbay" (ingilis). Study In America. 2011. 2015-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  4. "Efes signs youngster Balbay" (ingilis). Euroleague.net. 2011-07-05. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  5. Berkowitz, Evan. "Where are they now: Texas PG Doğuş Balbay" (ingilis). The Daily Texan. 2014-10-14. 2015-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  6. "TBL All-Star Game: Sasha Vujacic named MVP, Dogus Balbay takes dunk contest" (ingilis). BallinEurope.com. 2012-01-23. 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  7. "Balbay, Dogus - biography" (ingilis). Euroleague.net. 2015. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024