Doktor Osminoq Haqqinda Melumat - Vikipedia

Doktor Osminoq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Doktor Osminoq

Marvel Comics kainatında personaj

Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten LiStiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir.

Doktor Osminoq
ing. Doctor Octopus
Nəşriyyat Marvel Comics
Yayım tarixi (Doktor Osminoq kimi):
"The Amazing Spider-Man" #3 (iyul 1963)
(Ali Hörümçək-adam kimi):
"Daredevil" cild 3 #21 (dekabr 2012)
Yaradıcı(lar) Sten Li
Stiv Ditko
Xüsusiyyətlər
Əsl adı Otto Günter Oktavius
Cinsiyyəti kişi[d]
Komiks bioqrafiyası
Üzvlükləri (Doktor Osminoq kimi):
Məşum altılıq
Bəla ustaları
İldırımsaçanlar
Lənətli legion
(Ali Hörümçək-adam kimi):
Qisasçılar
Qüdrətli Qisasçılar
Parker Industries
Horizon Labs
Spayderlinqs
Ali altılıq
(Ali Osminoq kimi):
Hidra
Hidranın Qisasçıları
Düşmənləri Hörümçək-adam, Herri Ozborn
Ləqəbləri Usta plançı, Usta proqramçı, Dok Osm, Ali Osminoq, Ali Hörümçək-adam
Gücləri Əla mühəndis və ixtiraçı
Güclü taktikaçı
Xarizmatik lider
Dahilik səviyyəsində intellekt
Güclü və dayanıqlı uzun mexaniki qollar
Mexaniki qollarını telepatik yolla idarə etmək

Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir.[1] 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur. IGN personajı Hörümçək-adamın ən böyük düşməni adlandırmışdır.[2] Supercinayətkar olsa da, əsasən mərd və şərəfli personaj kimi təsvir edilir.

Nəşrolunma tarixi redaktə

Doktor Osminoq ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında (iyul 1963) peyda olmuş və Sten Li ilə Stiv Ditko tərəfindən yaradılmışdır.[3][4][5][6]

"  Supercinayətkar yaradan zaman etdiyim ilk iş ad fikirləşməkdir və ad tapandan sonra fikirləşirəm: "Yaxşı, ad tapdım, bəs o nə olacaq və nə edəcək?". Bu zaman osminoqları düşündüm və ona Osminoq adı vermək istədim. Və maraqlı alınması üçün ona əlavə qollar vermək fikrinə düşdüm. Lakin bunu necə edəcəyimi düşünməli idim.[7]
Sten Li
" 

Personaj "The Amazing Spider-Man" komiksinin 11-12 və 31-33-cü saylarında yenidən görünmüşdür.

Doktor Osminoq Hörümçək-adamın ən böyük düşmənlərindən biri hesab olunur. Çox vaxt Hörümçək-adamın məşhurluğunda əsas amil kimi onu göstərirlər.[5][8][9] O, Hörümçək-adamı döyüşdə məğlub edən ilk adam olması və Mey xala ilə evlənməsi ilə məşhurdur. Məşum altılığın əsas üzvüdür və komandanın düşünən beynidir.[8][10]

Bioqrafiya redaktə

 
Doktor Osminoqun ilk dəfə peyda olduğu komiks: "The Amazing Spider-Man" #3.

Nyu-York ştatının Senektadi şəhərində anadan olan Otto Oktavius çətin şəraitdə böyüyüb. Fabrik işçisi olan atası Torbert Oktavius həm Otto, həm də anası Meri Oktaviusa qarşı zorakı davranıb. Gənc Ottonun utancaqlığı və məktəbdəki uğurları ona "müəllimlərin sevimlisi" ləqəbini qazandırıb, onu məktəbdə zorakılıq hədəfinə çevirib. Atası ona zorakılıq edən şəxslərlə məşğul olmayıb və zorakılarla özünün məşğul olmasını istəyib. Meri Oktavius onu atasının bəd məsləhətlərindən qorumağa çalışıb və Ottonun yumruqlarından deyil, beynindən istifadə edərək problemlərini həll etməsini istəyib. Anasının təkidlərinə və adi laboratoriyada işləyən adamlara olan nifrətlərinə görə Otto atası kimi olmamağa qərar verib və bütün gücünü təhsilinə verərək əla qiymətlər almağa başlayıb. Otto universitetdə pulsuz təhsil almaq hüququ əldə edib. Ottonun universitetdəki ilk ilində atasının qəza nəticəsində ölməsindən sonra Otto fikrini fiziki elmə yönəldib. Universiteti bitirdikdən sonra mühəndislik şirkətində iş tapıb.

Otto nüfuzlu və dahi nüvə fiziki, atom tədqiqatçısı məsləhətçisi, leksiyaçı və ixtiraçıya çevrilir. Atom fizikasında tədqiqat aparmasına kömək etməsi üçün beyin-kompüter interfeysi ilə kontrol edilən çox güclü mexaniki qollar düzəldir. Onun osminoqu xatırladan mexaniki qolları radiasiyaya davamlı və böyük gücə malikdir.[11] Daha sonrakı kriminal karyerasında Otto iddia edir ki, bu qolların ilham mənbəyi evimlilərindən olan Leonardo da Vinçinin məşhur eskizlərindən olan Vitruvian adamı olmuşdur.[12]

Həmkarı Meri Alisa Enderslə yaxınlaşmağa başlayır və aralarında münasibət başlayır. Tezliklə Otto ona evlilik təklif edir. Ottonun anası bu evliliyi təsdiqləmir və bu qızın oğlu üçün layiq olmadığını düşünür. Onun xahişi ilə nişanı ləğv edir. Lakin anasının bir kitabxanaçı ilə görüşdüyünü öyrəndikdən sonra onu sərt şəkildə qınayır və mübahisə zamanı anası ürək tutmasından ölür. Həm sevdiyi qadından ayrı düşməsinə, həm də anasının ölümünə görə bəd ürəkli birinə çevrilir və işlərində təhlükəsizliyə daha az məhəl verməyə başlayır.[13] Həmkarları ona "Dr. Osminoq" deməyə başlayırlar. Otto vəziyyətini dərk edir, lakin vecinə almır.

Radiasiya sızması nəticəsində baş verən qəza nəticəsində mexaniki qollar Ottonun bədəni ilə qaynaşır. Daha sonra məlum olmuşdur ki, radiasiya onun beynində mutasiyaya səbəb olub və bunun sayəsində qollarını telepatiya ilə idarə edə bilir. Hətta onlar Ottodan ayrı qalsalar belə, Otto onları uzaq məsafədən idarə edə bilir. Qəza onun beyninə mənfi təsir göstərir və alim supercinayətkara çevrilir. İlk öncə bir xəstəxananı əsir alır və özünə "Doktor Osminoq" adını verir. Qəza həmçinin onun gözlərini işığa qarşı daha həssas hala salır və eynək geyməyə məcbur olur.[11]

Hörümçək-adamla ilk döyüşündə onu məğlub edir, pəncərədən çölə atır. Hətta Hörümçək-adam buna görə superqəhrəmanlıq karyerasını başa vurmaq istəyir, lakin Məşəl-adamın köməyi ilə Doktor Osminoqu məğlub edə bilir.[11]

Güclər redaktə

Otto Oktavius atom fizikası sahəsində bir dahidir və nüvə elmləri sahəsində fəlsəfə doktoru dərəcəsinə malikdir. Əla ixtiraçı və mühəndis, dahi taktikaçı, xarizmatik liderdir. Radiasiya sahəsindəki dahiliyinə görə hətta Mister Fantastik onun köməyini istəmişdir.

Atomik radiasiyaya görə Doktor Osminoq 4 elektrikli, titan-polad qollar üzərində psixokinetik kontrola malikdir.

Digər mediada redaktə

Televiziya redaktə

Film redaktə

 
Alfred Molina "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunda.
  • "Hörümçək-adam" filminin rejissoru Sem Reymi Doktor Osminoqu əvvəlcə ilk filmə daxil etmək istəmişdi. Onun ideyası Doktor Osminoqun Yaşıl qoblinlə birlikdə Hörümçək-adama qarşı döyüşməsindən ibarət idi. Lakin Sem Reymi "üçüncü mənşə hekayəsinə" ehtiyac duymadığını hiss edərək ideyadan əl çəkmişdi.[17]
  • Doktor Osminoq 2004-cü il istehsalı "Hörümçək-adam 2" filminin əsas supercinayətkarıdır və Alfred Molina tərəfindən canlandırılmışdır. Filmdə Otto Oktavius simpatik personaj və Rozaliya Oktaviusun əri kimi təsvir olunmuşdur. Filmdə Piter Parker Kurt Konnorsun məsləhəti ilə onla tanış olur. Tritium üzərində təcrübə zamanı baş verən qəza nəticəsində həyat yoldaşı ölür və mexaniki qollar Ottonun bədənini ələ keçirir. Süni intellekt kimi davranan qolların sayəsində Otto cinayətkar olur. Təcrübələrini maliyyələşdirmək üçün bank soyğununa girişəndə ilk dəfə Hörümçək-adamla döyüşür. Hətta Meri Ceyn Uotsonu qaçırır. Otto bütün şəhəri məhv edəcək tritium reaktoru düzəldir, lakin Hörümçək-adam onunla son döyüşündə şəxsiyyətini açıqlayaraq onun "elm məsuliyyətsiz şəkildə istifadə olunmamalıdır" sözlərini təkrarlayır. Otto orijinal şəxsiyyətinə qayıdır, qolların kontrolunu ələ keçirir və özünü qurban verərək şəhəri xilas edir.

Videooyun redaktə

İstinadlar redaktə

  1. Doctor Octopus is number 28 Arxivləşdirilib may 16, 2009, at the Wayback Machine, IGN.
  2. "Top 25 Spider-Man Villains". IGN. 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  3. Manning, Matthew K.; Gilbert, Laura, ed. 1960s // Spider-Man Chronicle Celebrating 50 Years of Web-Slinging. Dorling Kindersley. 2012. səh. 19. ISBN 978-0756692360. One of Spider-Man's most recognizable foes burst onto the scene in this epic tale of the origin of Doctor Octopus. ([[:Category:|link]])[[Category:]]
  4. Siegel, Lucas. "The 10 Greatest SPIDER-MAN Villains of ALL TIME!". Newsarama. 9 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2014.
  5. 5,0 5,1 DeFalco "1960s" in Gilbert (2008), p. 93: "Dr. Octopus shared many traits with Peter Parker. They were both shy, both interested in science, and both had trouble relating to women...Otto Octavius even looked like a grown up Peter Parker. Lee and Ditko intended Otto to be the man Peter might have become if he hadn't been raised with a sense of responsibility.
  6. Lee, Stan (w), Ditko, Steve (p), Ditko, Steve (i). "Spider-Man Versus Doctor Octopus" The Amazing Spider-Man 3 (July 1963)
  7. Thomas, Roy. "Stan Lee's Amazing Marvel Interview!". Alter Ego. TwoMorrows Publishing (104). August 2011: 3–45.
  8. 8,0 8,1 "Doctor Octopus is number 28 on greatest comic book villain of all time". IGN. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2014.
  9. Hanks, Henry. "Events in landmark 'Spider-Man' issue have fans in a frenzy". CNN. 4 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2014.
  10. Cronin, Brian. "50 Greatest Friends and Foes of Spider-Man: Villains #1-3". Comic Book Resources. 23 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2014.
  11. 11,0 11,1 11,2 The Amazing Spider-Man #3
  12. Spider-Man/Dr. Octopus: Negative Exposure #1
  13. Spider-Man Unlimited #3
  14. 14,00 14,01 14,02 14,03 14,04 14,05 14,06 14,07 14,08 14,09 14,10 14,11 14,12 14,13 14,14 14,15 14,16 14,17 "The Voices of Doctor Octopus". Behind The Voice Actors. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  15. Webb, Charles. "Interview: Tom Kenny on the Hilarious Creepiness of 'Adventure Time's' Ice King". MTV. 2011-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  16. "Marvel's Animated Spider-Man Voice Cast and Premiere Date". 14 July 2017. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2018.
  17. Making The Amazing (DVD) (#format_missing_url). Sony. 2004.
  18. Minn, Jay. "Marvel Super Hero Squad Online". IMDb. IMDb. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  19. "Marvel Costume Kit 1". Sony. February 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  20. Taylor, Nicholas. "Doc Ock even had his theme song completed for MvC3? Niitsuma confirms that this Spidey villain's development had gone further than previously thought". eventhubs.com. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  21. "LEGO Marvel Superheroes: Stan Lee Hulks Out - Comic-Con 2013 - IGN Video". 2013-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  22. LEGO Marvel Super Heroes 2 [LEGOMarvelGame]. "Your first look at Superior Spider-Man! #MarvelGames #LEGOMarvel #LEGOMarvelNYCC" (Tweet). 12 October 2013. /photo/1
  23. "Spider-Man, Venom and More Added to "Disney Infinity: Marvel Super Heroes"". 10 June 2014. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2018.
  24. "Arxivlənmiş surət". 2016-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  25. "Piecing Together Marvel Puzzle Quest: Doctor Octopus". News - Marvel.com. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  26. "Entering Marvel Contest of Champions: Doctor Octopus". News - Marvel.com. 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.

Xarici keçidlər redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023