Dolmen Haqqinda Melumat - Vikipedia

Dolmen Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi.

İrlandiyada dolmen

Ümumi məlumat redaktə

Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur.

Azərbaycanda dolmenlər redaktə

Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır.

Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.

Qalereya redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024